Onayaqlılar
Onayaqlılar, onayaqlı xərçəngkimilər, dekapodlar (lat. Decapoda) — ali xərçənglər yarımsinfinə daxil olan onurğasız heyvan dəstəsi.
Onayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinifüstü: Multicrustacea Sinif: Yarımsinif: Eumalacostraca Dəstəüstü: Eucarida Dəstə: Onayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xarakter əlaməti başdakı çənə buğumlarının döş buğumları ilə birləşməsi, üç çüt ön döş ətraflarının ayaqçənəyə çevrilməsidir. 5 cüt arxa döş ətrafı ilə hərəkət edir (adı da buradandır). Macrocheira kampferi-nin uzanmış ayaqlarının ucları arasındakı məsafə 3 m-dən çoxdur. Madaqaskar çay xərçənginin (Astacoides) bədəninin uzunluğu 80 sm-dir. Növlərin çoxunda ön ayaqların 2 cütü erkəklərdə kopulyasiya orqanı, dişilərdə isə yumurta daşıyıcısıdır. Ayrıcinsiyyətlidir. Şirin və dəniz sularında yaşayır. 8500 növdən Xəzər dənizində 2 növ krevetka, 5 növ çay xərçəngi və bir növ yenkəc məlumdur. Azərbaycanın şirin sularında 2 növ çay xərçəngi, bir növ şirinsu yenkəcinə təsadüf olunur. Heyvani və bitki mənşəli yemlərlə qidalanır. Balıqlar və pərayaqlıların qidasıdır.
Krevetlər (Palaemon elegans, P.adspersus) Xəzər dənizində 1930-cu ildə Azov dənizindən kefal balıqları ilə birlikdə təsadüfi olaraq gətirilmişdir. 1958-ci ildə Volqa-Don kanalı ilə Azov dənizindən Xəzərə gəmilərin ballas suları ilə özbəşına olaraq Hollandiya yengəci (Rhithropanopeus harrisii tridentatus) gəlmişdir. Bəzi balıqların (nərəkimilər, çəki, külmə, xullar) qidasında yengəcə rast gəlinir.
Azərbaycanın şirin sularında Pontastacus cinsinin 2 növü yayılmışdır.
Kateqoriyası və statusu
Məhdud areallı endem növdür. Arealı Respublikanın daxilindədir.
Qısa təsviri
Orta ölçülü çay xərçəngidir. Karapaks yumurtavari olub, gözlərin arxasında və rostrumun əsasında tikancıqvari çıxıntılara malikdir. Baş – döş və qarıncıq yığcam, axımlı və silindrik formadadır. İri qısqacları var. Qısqacın hərəkətsiz tayının daxili səthində girintiçıxıntı yoxdur, onun xarici səthi isə hamardır. Qısqacın barmaqları bir-birinə yaxınlaşarkən onların arasında, demək olar ki, boşluq qalmır. Rostrum qısa və enli olub, yaxşı inkişaf etmişdir.
Çayların sanitarları olub, zooloji tədqiqatlarda və qida obyekti kimi əhəmiyyət kəsb edir.
Yayılması
Böyük Qafqazın cənub yamaclarındakı çaylarda – Qanıx, Talaçay, Girdımançay, Əyriçay, Göyçay çaylarında və onların qollarında rast gəlinir. Arealında hiss olunacaq dəyişilmə nəzərə çarpmır, sayı sürətlə azalır.
Yaşayış yeri və həyat tərzi
Yatağını iri daşlar örtən və arabir bitkilərdən ibarət adacıqlara malik olan və daimi suyu olan dağ çaylarının dağətəyi hissələri. Gecə həyat tərzi keçirir. Sutkanın işıqlı vaxtları daşların və bitki köklərinin altındakı yuvacıqlarda gizlənir. Ayrı cinsli heyvan olub, daxili mayalanmağa və birbaşa (düzünə) inkişafa malikdir. Dişi fərd yumurtalarını ayaqlarına (pleopod) yapışdıraraq gəzdirir. Digər çay xərçəngləri kimi bunlar da bitki və heyvani qidalarla (ölmüş heyvan cəsədlərinə üstünlük verir) qidalanır. 10 ilə qədər yaşayır.
Sayı
Azsaylı növ olub, areal daxilindəki sularda hər 100 kv.m sahədə 1, nadir hallarda 2 fərdə rast gəlinir.
Şəkillər
- Mavi xərçəng
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Angyal D., Simões N., Mascaró M. Uptaded checklist, historical overview and illustrated guide to the stygobiont Malacostraca (Arthropoda: Crustacea) species of Yucatan (Mexico) (ing.). // Subterranean biology Pensoft Publishers, 2020. Vol. 36. P. 99. ISSN 1768-1448; 1314-2615 doi:10.3897/SUBTBIOL.36.53558