De ki, məni sevirsən! (film, 1977)
De ki, məni sevirsən! | |
---|---|
Janr |
dram detektiv məhəbbət uşaq |
Rejissor | Maqsud İbrahimbəyov |
Ssenari müəllifi | Maqsud İbrahimbəyov |
Baş rollarda |
Səbinə Həsənova — Səbinə Samir Bəbirov — Samir Zemfira Sahilova — Zemfira xanım Rəsmi Cəbrayılov — Rəsmi Natiq Rəsulzadə — Natiq |
Operator | Valeri Kərimov |
Bəstəkar | Firuz Bahar |
Rəssam | Fikrət Bağırov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 14 sentyabr 1977 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 63 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1977 |
Texniki məlumatlar |
7 hissə 1886 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
Məzmun
Kinopovest cinayət axtarışı əməkdaşları tərəfindən qiymətli balıq növlərinin qeyri-qanuni ovlanmasının təhqiqindən, nəinki maddi, həm də mənəvi ziyan vuran brakonyerlərin ifşa olunub həbs edilməsindən danışır. Filmin gənc qəhrəmanları-dəniz sahilindəki qəsəbəyə istirahətə gəlmiş Samir (Samir Bəbirov) və Səbinə (Səbinə Həsənova) istər-istəməz istintaqa kömək edirlər. Burada eyni zamanda şəxsi və ictimai münasibətlər probleminə toxunulur, milis işçilərinin fədakar əməyindən, öz işinə sadiq adamlardan, sabahkı həyata başlayacaq gənclərdən söhbət açılır.
Film haqqında
- Film rejisor Maqsud İbrahimbəyovun böyük kinoda debütü və diplom işidir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Maqsud İbrahimbəyov
- Quruluşçu rejissor: Maqsud İbrahimbəyov
- Quruluşçu operator: Valeri Kərimov
- Quruluşçu rəssam: Fikrət Bağırov
- Bəstəkar: Firuz Bahar
- Səs operatoru: Əsəd Əsədov
- Rejissor: Rafiq Dadaşov
- Montaj edən: Nelli Mahmudova
- Rejissor assistenti: E.Quliyev
- Qrim rəssamı: Alim Rzazadə
- Operator assistenti: Rəsul Bayramov (R.Bayramov kimi), M.Məmmədov
- Montaj üzrə assistent: G.Hüseynova, R.Qəmbərova, Tamilla Muxtarova
- Rejissor köməkçisi: Mahir İsayev, Kamil Hacıyev
- Məsləhətçi: N.Kərimov (milis podpolkovniki)
- Redaktor: Ədhəm Qulubəyov
- Bədii rəhbər: Georgi Daneliya
- Filmin direktoru: Semyon Qaragedov
- Filmin direktor müavini: Nadir Əliyev
- Musiqilərindən İstifadə edilən bəstəkar: Emin Sabitoğlu
- Mahnı ifa edən: Yalçın Rzazadə
Rollarda
- Səbinə Həsənova — Səbinə
- Samir Bəbirov — Samir
- Zemfira Sahilova — Zemfira xanım
- Rəsmi Cəbrayılov — Rəsmi
- Natiq Rəsulzadə — müstəntiq Natiq
- Rafiq Qasımov — Rafiq
- Nodar Şaşıqoğlu — Nodar
- Naib Rəsulov — milis nəfəri
- Larisa Xələfova — Larisa
- Məlik Dadaşov — milis podpolkovniki
- Tələt Rəhmanov — Davud
- Gümrah Rəhimov — sürücü
- Mirzə Babayev — müğənni
- Oqtay Mirqasımov — rayon prokuroru
- E.Quliyev
- D.Əsədov
- D.Süleymanov
- Yusif Əlizadə (Yusif Əliyev kimi) — milis işçisi
- Mahirə Yaqubova — rəfiqə (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
- Kamal Xudaverdiyev — sürücü (Gümrah Rəhimov) (titrlərdə yoxdur)
- Rasim Balayev — müstəntiq (Natiq Rəsulzadə) (titrlərdə yoxdur)
- Zərnigar Ağakişiyeva — satıcı (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Samir (Samir Bəbirov) (titrlərdə yoxdur)
- Həsənağa Turabov — rayon prokuroru (Oqtay Mirqasımov) (titrlərdə yoxdur)
- Səməndər Rzayev — podpolkovnik (Məlik Dadaşov) (titrlərdə yoxdur)
- Həsən Əbluc — Rəsmi (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
- Şahmar Ələkbərov — Nodar (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — Rafiq (Rafiq Qasımov) (titrlərdə yoxdur)
- Ofeliya Sənani — Larisa (Larisa Xələfova) (titrlərdə yoxdur)
- Dadaş Kazımov — milis nəfəri (Naib Rəsulov) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli — milis işçisi (Yusif Əlizadə) (titrlərdə yoxdur)
Mənbə
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 216.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.