Davud bəy Yadigarov
Yadigarov Davud bəy Sadıq bəy oğlu (1883, Təkəli, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – bilinmir) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor.
Davud bəy Yadigarov | |
---|---|
Yadigarov Davud bəy Sadıq bəy oğlu | |
10 avqust 1903 – ? | |
ADR-in Birinci piyada diviziyasında birinci dəstənin komandanı ![]() | |
avqust 1919 – 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | zabit |
Atası | Sadıq bəy Yadigarov |
Anası | Olga Rusieva-Korchibaşeva |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Xidmət illəri | 1903-1920 |
Mənsubiyyəti |
![]() ![]() |
Qoşun növü | Süvari |
Döyüşlər | |
Rütbəsi |
![]() ![]() General-mayor (1919) |
Həyatı
Davud bəy Yadigarov 1881-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində bəy ailəsi olan Yadigarovlar ailəsində anadan olmuşdur. Atası torpaq sahibi Sadıq bəy Yadigarov, anası isə gürcü knyaz nəsli olan Rusişvililərdən olan qadın idi.[1]
1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu bitirmiş və Nijni-Novqoroddakı draqun alayında xidmət etməyə başlamışdır. 25 oktyabr 1904-cü ildə kornet rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində döyüşmüşdür. O, müharibədəki bütün rus qüvvələrinin komandanı A. N. Kuropatkinin sərəncamı ilə könüllü olaraq Mukdenə yaponlarla döyüşməyə getmişdir.[2]
Birinci Dünya müharibəsi başladığı zaman ştabs-rotmistr rütbəsində idi[3] və Çar ordusu dağıdıldığı zaman polkovnik olmadı bacarmışdı. 1918-ci ildə Qafqaz cəbhəso komandanı M.A.Prjevalskinin əmri ilə yeni yaradılmış Müsəlman Korpusunun zabitlərindən biri olmuşdur. O, bu ordu birliyində II Qarabağ süvari alayına komandanlıq etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 1919-cu il avqustun 3-də Azərbaycan ordusunun süvari diviziyasının komandirinin köməkçisi təyin edilib. O, 1919-cu ilin avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə 1-ci piyada diviziyasının rəisi general Cavad-bəy Şıxlinskinin baş komandanlığı altında ADR qoşunlar qrupundan olan birləşdirici dəstələrdən birinə rəhbərlik etmişdir. Hərbi rütbələr haqqında Azərbaycan Respublikası Hökumətinin 8 oktyabr 1919-cu il tarixli 39 saylı sərəncamı ilə süvari diviziyasının rəisinin köməkçisi polkovnik Yadigarov Davud bykə xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmişdir. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb. 1920-ci ilin martında baş qərərgah yanında təyinatlar və ezamiyyətlər üzrə səlahiyyətli şəxs təyin edilmişdirı.[4][5][6]
1920-ci il 28 aprel işğalından sonra Davud bəyin taleyi məlum deyil.
Qardaşları
Ədəbiyyat
- Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı, "Şirvannəşr", 2004 (az.)
İstinadlar
- Назирли, 1991. səh. 33-34
- Потто, 1908. səh. 248, 159
- Кавказский календарь на 1914 год. — Тифлис, 1913, s. 589
- Степашин və Ямпольский, 1908. səh. 248, 159
- Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). Bakı. 1998. səh. 246—250.
- Şəmistan Nəzirli. . Bakı: Şirvannəşr. 2004. səh. 11-18.
- "Historia Veli bek Jedigara". domkaukaski.org. 2007. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2022.
Mənbə
- Şəmistan Nəzirli. Yadigarov qardaşları. // Azərbaycan generelları. Bakı: Gənclik. 1991. 208.
- В. А. Потто. История 17-го Драгунского Нижегородского Его Императорского Величества полка. Tiflis. 1908. 248.
- С. В Степашин, В. П Ямпольский. Органы государственной безопасности СССР в Великой Отечественной войне. Bakı. 1995. 699.