Davud Paşayev

Davud Hüseyn oğlu Paşayev (rus. Дави́д Гусе́йнович Паша́ев; 19.7.1940, Ostaşovo, Moskva vilayəti — 6.4.2010, Moskva) — Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru (1993–2004) və prezidenti (2004–2010), "Sevmaş" maşınqayırma zavodunun direktoru (1988–2004), Rusiya qəhrəmanı (1995)[1], Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı (2000, 2006).

Davud Paşayev
Дави́д Гусе́йнович Паша́ев
Doğum tarixi
Doğum yeri Ostaşovo, Moskva vilayəti, RSFSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
  • Severodvinsk[d]
Vətəndaşlığı SSRİ
Rusiya
Milliyyəti azərbaycanlı
Təhsili Ural Politexnik İnstitutu
Fəaliyyəti akademik[d]
Mükafatları Rusiya qəhrəmanı (1995)
Rusiya Federasiyası Dövlət mükafatı (2000, 2006)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

Davud Paşayev 19 iyul 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olmuşdur. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. Atası Vətənini ötən əsrin 20-ci illərinin əvvəlində tərk etmişdir. Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə onun və xanımı Varvara Sergeyevnanın oğlu olur və adını Davud qoyurlar. Ailə Böyük Vətən müharibəsinin əvvəlində Kirov vilayətinə köçür. Hüseyn Paşayev körpü inşa edir, həyətyanı təsərrüfatla məşğul olurdu.

1963-cü ildə Ural politexnik institutunu bitirmiş və SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinnaməsi əsasında "Şimal maşınqayırma müəssisəsi" istehsalat birliyinə (rus. ПО Северное машиностроительное предприятие) işə qəbul olunmuşdur. 1988-ci ildə həmin istehsalat birliyinin — Rusiyada ən böyük atom sualtı gəmiqayırma mərkəzinin baş direktoru təyin edilmişdir.

1993–2004-cü illərdə "Sevmaş" və digər əlaqəli istehsalat müəssisələrini birləşdirən Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru, 2004-cü ildə isə prezidenti təyin olunmuşdur.

Sankt-Peterburq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir.

2005–2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında İctimai Palatanın üzvü olmuşdur.

6 aprel 2010-cu ildə Moskvada vəfat etmiş və Severodvinsk şəhər məzarlığında dəfn edilmişdir.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2012-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-20.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.