Davud Məmmədov

Davud Cəbrayıl oğlu Məmmədov (21 fevral 1910, Yelizavetpolbilinmir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1958–1963).

Davud Məmmədov
bayraq
Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri
bayraq2
30 mart 1963 11 iyun 1963
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıNəbibə Həsənova
bayraq
Azərbaycan SSR yerli sənaye naziri
bayraq2
31 dekabr 1958 28 mart 1963
ƏvvəlkiQurban Xəlilov
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 21 fevral 1910(1910-02-21)
Doğum yeri
Vəfat tarixi bilinmir

Təltifləri "Lenin" ordeni  — 1942 "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı

Həyatı

Davud Məmmədov 1910-cu ildə hazırkı Gəncə şəhərində xırda qulluqçu ailəsində anadan olmuşdur. 1928-ci ildə orta məktəbi bitirərək Tiflis Politexnik İnstitutuna daxil olmuş, sonra isə Bakıdakı Azərbaycan Neft İnstitutuna keçərək həmin institutu 1933-cü ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Davud Məmmədov təhsil aldığı illərdə S. M. Kirov adına mexaniki zavodda mühəndis vəzifəsində çalışmış, təhsilini tamamladıqdan sonra da burada qalaraq əvvəlcə mühəndis-texnoloq, sonra növbə rəisi və mexaniki sexin rəis müəvini işləmişdir.[1]

1935-ci ildə Davud Məmmədov Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmış, tərxis olunduqdan sonra yenidən işlədiyi zavoda qayıtmışdır. Burada texnoloji proseslər üzrə qrupun rəhbəri, 1939-cu ilin avqustunda isə zavodun baş mühəndisi olmuşdur. Bundan sonra o, rəhbər işə irəli çəkilərək "Azərneftmaş" trestinə müdir təyin edilmişdir.[1]

Davud Məmmədov Sovet İttifaqının sifariş etdiyi qazıma avadanlığını texniki cəhətdən yoxlayıb qəbul etmək üçün 1946-cı ildə mütəxəssis qismində Amerika Birləşmiş Ştatlarına göndərilmiş, ezamiyyətdən qayıtdıqdan sonra bir müddət Leytenant Şmidt adına maşınqayırma zavoduna başçılıq etmiş, sonra isə yenidən "Azərneftmaş" trestinin müdiri olmuşdur.[1] 1957–1958-ci illərdə Davud Məmmədov Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədr müavini, sonra isə Azərbaycan SSR yerli sənaye naziri olmuşdur.[2]

Davud Məmmədov "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. O, dəfələrlə Bakı və rayon zəhmətkeş deputatları sovetlərinə deputat seçilmişdir.[1]

İstinadlar

  1. Давуд Ҹәбрајыл оғлу Мәммәдов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 499.
  2. Məmmədov Davud Cəbrayıl oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 162–163.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.