David Vinkbuns
David Vinkbuns, David Vinkbons, Vinkbons, Vinkbums (nid. David Vinckboons və ya Vinkebums; 13 avqust 1576[1] – 1629[2], Amsterdam, Hollandiya qraflığı[1]) — Holland qızıl dövrün rəssamı və qravüraçısı. Cənubi Hollandiyadan olan böyük bir sənətçi ailəsinin ən böyük üzvü.
David Vinkbuns | |
---|---|
nid. David Vinckboons və ya Vinkebums | |
Doğum tarixi | 13 avqust 1576[1] |
Vəfat tarixi | 1629[2] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, boyakar[d] |
Janrlar | Janr rəssamlığı, peysaj |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
David Vinkbuns Antverpen əyalətində Flamandın Meheln şəhərindən gəlmiş akvarel rəssamı Filip Vinkbuns Elderin oğlu idi. Təxminən 1580-ci ildə ailə Antverpenə, sonra isə 1585-ci ildə İspaniyanın şəhəri işğal etməsindən sonra Middelburqa köçdü. 1602-ci ildə David Vinkbuns notariusun qızı Agnet van Lun ilə evlənib və ondan ən azı on övladı olub. Onlardan biri kartoqraf Yohanes Vinkbuns, digərləri isə memarlar Filips və Yustus Vinkbunsdur.
Yaradıcılığı
David Vinkbuns Hollandiyanın ən məhsuldar və populyar rəssam və qravüraçılarından biri olub. Böyük Piter Breygeldən təsirlənərək, o, Hans Bol və Roelant Saverey ilə birlikdə şimali Hollandiyada məişət janrı rəssamlığının inkişafında mühüm rol oynayıblar.
Vinkbuns "kənd bayramlarının səhnələrini çox vaxt satirik və ya fəlsəfi çalarlar ilə, qroteskləri, fantastik personajları olan, öz əsərində flamand və holland üslublarının xüsusiyyətlərini özündə birləşdirən mənzərələr çəkirdi".[3] O, həmçinin Tobias və Mələk (1619) kimi incil səhnələrini çəkirdi. Onun mənzərələri Gillis van Koninkslo ilə əlaqələrini göstərir.[4]
David Vinkbunsun ən yaxşı əsərləri:
- "Amsterdamdakı qocalar evinin fasadının qarşısında odlu işıqlandırma altında lotereya" (Amsterdam);
- "Monastrın qapılarında çörək paylanması" (Berlin);
- "İsa Məsih Qolqofa gedir."
Sankt-Peterburq Ermitajında bu rəssamın beş əsəri var: "Meşə", "Məsihin Genisaret gölündəki duası", "Meşədə ovçular", "Həvari Filipin vəftiz etdiyi mənzərə", "Ova getmə".
Onun tələbələri arasında Klas Yanson Visher, Gillies Klas de Hondekoeter və ehtimal ki, Esays van de Velde olub. O ciddi şəkildə Hendrik Averkampın yaradıcılığına təsir edib.[5]
Qalereya
- Kor orqan ifaçısı. 1607-cı ildə tamamlanıb. Ağac, yağlı boya. Şəxsi kolleksiya.
- Kəndli əyləncəsi. 1619-cu il. Ağac, yağlı boya. Reyksmüzyem, Amsterdam.
- İsa korlara şəfa verir. 1608-ci il. Ağac, yağlı boya. Geelvink-Hinlopen Muzeyi, Amsterdam.
- Qoşunlarını Pusquya Hazırlayan Zabit.
Ədəbiyyat
- Liedtke, W. (2007) Dutch paintings in the Metropolitan Museum of Art, p. 913.
- Sutton, P. C. (ed.), Masters of Seventeenth-Century Dutch Genre Painting, exhib. cat. 1984 (Philadelphia Museum; Berlin, de:Gemäldegalerie; London, RA)
İstinadlar
- Deutsche Nationalbibliothek Record #131428950 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Netherlands Institute for Art History.
- Власов В. Г. Винкбоонс, Давид // Стили в искусстве. В 3-х т. — СПб.: Кольна. — Т. 2. — Словарь имён, 1996. — С. 201. — ISBN-5–88737-005-X
- Carr G. L. Frederic Edwin Church: Catalogue Raisonne of Works at Olana State Historic Site. — Volume I. — Cambridge: Cambridge University Press, 1994. — Pp. 6–7. — ISBN 978–0521385404
- "Larousse". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.
Xarici keçidlər
- Works and literature on David Vinckboons at PubHist
- Pieter Bruegel the Elder: Drawings and Prints, a full text exhibition catalog from The Metropolitan Museum of Art, which includes material on David Vinckboons (see index)