David Morz
David Morse (11 oktyabr 1953[1][2]) Amerikalı Emmy mükafatına namizəd göstərilmiş səhnə, teatr və kino aktyorudur.
David Morz | |
---|---|
Doğum tarixi | 11 oktyabr 1953[1][2] (70 yaş) |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, kinorejissor, yazıçı, xarakter aktyoru[d], teatr aktyoru, televiziya aktyoru, kino aktyoru, ssenarist |
Fəaliyyət illəri | 1980-ci ildən |
IMDb | ID0001556 |
Vikianbarda əlaqəli mediafayllar |
Massaçusetsin Beverly şəhərində anadan olub. Teatr işlərinə 1970-ci illərdən Bostonda başlamışdır. 1980-ci illərdə, vaxtaşırı Nyu-Yorkda teatr tamaşalarında yer alarkən bəzi televiziya filmlərində də iştirak etmişdir. Bu illərin sonra, Yaxşı Oğul (The Good Son), Qaya (The Rock), On iki meymun (Twelve Monkeys), Uzun Öpüş Gecəsi (The Long Kiss Goodnight), Əlaqə (Contact) və Müzakirəçi (Negotiator) kimi bəzi film əsərlərində rol almışdır. Stephen Kingin hekayələrinə əsaslanan The Langoliers, Hearts in Atlantis və Yaşıl mil filmləri ilə nüfuzunu artırmışdır. 2007-ci ildə House serialındakı Michael Tritter roluna görə Emmy mükafatına namizəd göstərilmişdir.
İstinadlar
- David Morse // Internet Broadway Database (ing.). 2000.
- David Morse // filmportal.de. 2005.