David Lama

David Lama (4 avqust 1990[1], İnsbruk[2]17 aprel 2019[7][8]) — Avstriyalı qayalara dırmaşan idmançı və alpinist.

David Lama
Doğum tarixi 4 avqust 1990(1990-08-04)[1]
Doğum yeri
Yoxa çıxıb
Vəfat tarixi 17 aprel 2019(2019-04-17) (28 yaşında)
Vəfat səbəbi Uçqun[5][6]
Fəaliyyəti alpinist
david-lama.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

David Lama 2014-cü ildə

David Lama 4 avqust 1990-cı ildə İnsbrukda anadan olmuşdur. Onun atası Nepalın Comolunqma rayonundan gəlmədir. Davidin anası isə İnsbruk sakinidir.[9] Altı yaşından başlayaraq David İnsbrukda Avstriya alpinist klubu qrupunda məşğul olurdu. Beş yaşından başlayaraq ciddi olaraq qayalara dırmaşmayla məşğul olan David Himalayın məşhur fatehi olan Piter Xabelerdən ilham almışdır. David bu idman növü üzrə çox istedadlı idi.[10] Davidin birinci məşqçisi Raynxold Şerer olmuşdur. Şerer 8–10 uşaqdan ibarət kiçik qrupa rəhbərlik edirdi. Bu dövrdə həmçinin David özünə "Fuzzy" ləqəbini götürdü. Yeddi yaşı olarkən David ilk yarışına çıxdı. O, Telfsdə keçirilən yarışın ən gənc iştirakçısı idi. Yarışda David ikinci yeri tutdu. Doqquz yaşı olarkən o artıq alpinist klubunun gənclər kubokunu qazandı. Birinci marşrutu olan və Sloveniyada yerləşən 8a Kindergarden-ı Lama 10 yaşı olarkən keçdi. Lama çətinlik səviyyəsinə görə bu marşrutu keçmiş ən gənc alpinist oldu.

2004 və 2005-ci ildə lama gənclər arasında Avropa kubokunu qazandı. Həmçinin EdinburqdaPekində keçirilən gənclər arasında dünya çempionatlarının qalibi oldu. 2006-cı ildə Lama birinci mövsümündəcə qayalara dırmaşma üzrə Dünya çempionatını udmağı bacaran ilk alpinist kimi tarixə düşdü. Lama indiyə qədər Dünya çempionatının ən gənc qalibi hesab edilir.[11]

Yarışlardakı qələbələrdən sonra, 2010-cu ildən o alpinizmlə məşğul olmağa başladı. Lama Piter Ortner və Ştefan Zayqrist ilə birgə mürəkkəb dağlıq marşrutlarının keçilməsi ilə məşğul olurdu. 2012-ci ildə Piter Ortner ilə Serro-Torredə "Kompressor" marşrutunu birinci keçmələri onun ən böyük müvəffəqiyyətidir.[12]

David Lama İnsbrukun Qyotsens şəhərində yaşayır.

Kitab

  • High. Genial unterwegs an Berg und Fels. Knaus Verlag, München 2010, ISBN 978-3-8135-0386-9.
  • Free. Der Cerro Torre, das Unmögliche und Ich. Knaus Verlag, München 2013, ISBN 978-3-8135-0390-6.

İstinadlar

  1. http://www.planetmountain.com/english/News/shownews1.lasso?l=2&keyid=39061.
  2. Deutsche Nationalbibliothek Record #142290335 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. https://www.climbing.com/news/tragedy-on-howse-peak-david-lama-jess-roskelley-and-hansj%C3%B6rg-auer-presumed-dead-in-avalanche/.
  4. Tiroler Tageszeitung (alm.). 2019.
  5. https://www.cnn.co.jp/world/35136111.html.
  6. https://www.ifsc-climbing.org/index.php/news/123-ifsc-bids-farewell-to-one-of-our-champions.
  7. "David Lama frees the Compressor route… while Kruk & Kennedy's bolt chopping is hotly debated". planetmountain.com. 23 January 2012. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2013.
  8. Jack Geldard. "David Lama and Cerro Torre; A Mountain Set Free". ukclimbing.com. January 2012. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2013.
  9. "Sagwand first winter ascent by Auer, Lama and Ortner". planetmountain.com. 20 March 2013. 19 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2013.
  10. "issuu.com". 2017-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
  11. "ifsc.wavecdn.net". 2014-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
  12. "bergsteigen.com". 2017-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.