David Kldiaşvili

David Kldiaşvili (gürc. დავით კლდიაშვილი ; 29 avqust (10 sentyabr) 1862 və ya 1862, Zeda Simoneti[d], Kutaisi quberniyası, Rusiya imperiyası24 aprel 1931 və ya 1931, Zeda Simoneti[d], Gürcüstan SSR, SSRİ) — Gürcü yazıçı.[1][2] Roman və pyeslərində Gürcüstandakı kəndli əhalinin səfil vəziyyətdə yaşamasını, gürcü cəmiyyətinin ziddiyyətlərini, ölkənin zadəgan ailələrinin getdikcə yox olmasını və s. kimi məsələləri qeyd etmişdir.

David Kldiaşvili
gürc. დავით კლდიაშვილი
Doğum tarixi 29 avqust (10 sentyabr) 1862 və ya 1862
Doğum yeri
Vəfat tarixi 24 aprel 1931(1931-04-24) və ya 1931
Vəfat yeri
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Vətəndaşlığı
Fəaliyyəti yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rusiya imperiyasının Gürcüstan əyalətinin İmereti bölgəsindəki Zeda Simoneti adlı kənddə anadan olmuşdur.[1] Ailəsi Gürcüstanın keçmiş zadəgan ailələrindən olmuşdur, lakin sonradan yoxsullaşmışdır. KiyevMoskva şəhərlərindəki hərbi məktəblərdə təhsil almışdır. Gürcüstana qayıtdıqdan sonra Rusiya ordusunda hərbi xidmətə başlamışdır. Batumi şəhərində xidmət etdiyi dövrdə şəhərdəki yerli ziyalılar ilə yaxın əlaqələr qurdu və mədəni işlərə qatılmağa başladı.[1] Bu səbəbdən Rusiya ordusu tərəfindən etibar edilməyən zabitlər siyahısına salındı və Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində ordudan istefa vermək məcburiyyətində qaldı. I Dünya müharibəsi dövründə yenidən orduya çağırıldı və Osmanlı ilə sərhəddə xidmət etməyə başladı. 1915-ci il Fevral inqilabından sonra ordudan tərxis edildi və Gürcüstana geri döndü. Bu dövrdə səhhətində problemlər yaranmağa başlamışdı.

Əsərləri

David Kldiaşvili ən yaxşı əsərlərini yazıçı fəaliyyətinin ilk illərində yazmışdır. Yazıçının Kiyevdə yaşadığı dövrlərdə gürcü dilini unutması və yenidən öyrənməyə məcbur olması ilə bağlı məlumatlar mövcuddur. Yazıçının tərcümələri və əsərləri 1880-ci ildən etibarən gürcü mətbuatında dərc olunmağa başlanılmışdır. İlk böyük romanı olan "Solomon Morbeladze"ni (gürc. სოლომონ მორბელაძე) 1894-cü ildə yazmışdır. Ardınca 1897-ci ildə "Samanişvilinin ögey anası" (gürc. სამანიშვილის დედინაცვალი), 1900-cü ildə "Kamuşadzenin bədbəxtlikləri" (gürc. ქამუშაძის გაჭირვება), 1910-cu ildə "Rüstəm Maşvelidze" (gürc. როსტომ მანველიძე), 1920-ci ildə isə "Bakulanın donuzları" (gürc. ბაკულას ღორები) və s. digər romanları qələmə almışdır. Həmçinin 1840-cı illərin Fransız komediyalarına bənzəyən "İrina səadəti" (gürc. ირინეს ბედნიერება) və "Darispannın bədbəxtlikləri" (gürc. დარისპანის გასაჭირი) adlı pyeslər də qələmə almışdır. David Kldiaşvili 1930-cu ildə Gürcüstan SSR-nin Xalq Yazıçısı adına layiq görülmüşdür.[3]

1931-ci ilin 24 aprelində, 68 yaşında vəfat etmişdir.[2] Tiflis şəhərində dəfn edilmişdir.

İstinadlar

  1. Большая советская энциклопедия. Гл. ред. Б. А. Введенский, 2-е изд. Т. 21. Кинестезия — Коллизия. 1953. 628 стр., илл.; 52 л. илл. и карт.
  2. Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 12. Кварнер — Коигур. 1973. 624 стр., илл., 35 л. илл. и карт.
  3. Клдиашвили Давид Самсонович Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine в Большой Советской Энциклопедии

Xarici keçidlər

  • nplg.gov.ge. "Samanişvilinin ögey anası" (PDF) (gürcü). David Kldiaşvili. 5 aprel 2016 tarixində arxivləşdirilib (PDF).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.