David Andquladze

David Andquladze (tam adı: David Yasonoviç Andquladze; 15 oktyabr 189529 noyabr 1973, Tbilisi) — GürcüstanSSRİ müğənnisi (dramatik tenor), SSRİ xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1947), Gürcüstan SSR Dövlət mükafatı laureatı (1973), Professor (1958).

David Andquladze
David Yasonoviç Andquladze
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Ozurqeti, Gürcüstan
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Tbilisi, Gürcüstan
Dəfn yeri
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Səs tembri tenor
Təhsili
  • Tbilisi Dövlət Konservatoriyası[d]
Mükafatları SSRİ xalq artisti (1950)
SSRİ Dövlət mükafatı laureatı (1947)
Gürcüstan SSR Dövlət mükafatı laureatı (1973)

Həyatı

David Andquladze 1895-ci ildə oktyabrın 15-də Gürcüstan Respublikasının Ozurqeti rayonunun Baxvi kəndində anadan olmuşdur. 1927-ci ildə Tiflis konservatoriyasını bitirmişdir. Səhnə fəaliyyətinə 1926-cı ildə Tiflisdə başlamış, 1927–29-cu illərdə Moskva Musiqili Teatrı və 1933–35-ci illərdə SSRİ Böyük Teatrının solisti, 1929–33; 1935–55-ci illərdə Gürcüstan Opera və Balet Teatrının aparıcı solisti və 1945–49-cu illərdə bədii rəhbəri olmuşdur. 1946–73-cü illərdə Tbilisi konservatoriyasında dərs demişdir. 1967–73-cü illərdə kafedra müdiri olmuşdur. David Andquladze 1973-cü ilin noyabrın 29-da Gürcüstan Respublikasının Tbilisi şəhərində vəfat etmişdir.[1]

Əsas partiyaları

  • Tariyel ("Tariyel haqqında dastan", Ş. Mşvelidze)
  • Abesalom, Malxaz ("Abesalom və Eteri", "Daisi", Z. Paliaşvili)
  • German ("Qaratoxmaq qadın", P. Çaykovski)
  • Xoze ("Karmen", J. Bize)
  • Kavaradossi ("Toska", C. Puççini)
  • Radames ("Ai-da", C. Verdi)

Tanınmış yetirmələri

  • Zurab Ancaparidze
  • Nodar Andquladze (oğlu)
  • Zurab Sotkilava

Mükafatlar

  • SSRİ Dövlət mükafatı
  • Gürcüstan SSR Dövlət mükafatı

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 488. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.