David (Mikelancelo)

David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft)[2] hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan[3], Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur.

David
Ölkə İtaliya İtaliya
Yerləşir Florensiya
Heykəltaraş Mikelancelo
Tikilib 1500[1]
Hündürlüyü 5,17 m
Material ağ mərmər
Saxlanıldığı yer Galleria dell'Accademia Florensiya
İnventar nömrəsi 1076[1]
Sayt galleriaaccademiafirenze.it/…
vam.ac.uk/articles/the-s…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir.[4] 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur.

Tarixi

Erkən çətinliklər

Leonardo da Vinçi, Mikelancelonun "David"i üzərində çalışmalar (studio del David di Michelangelo), Kral Kolleksiyası, Vindzor sarayı

Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır.[5] Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.[6] Həmin heykəllərdən biri 1410-cu ildə Donatello tərəfindən hazırlanmış Yeşuanın heykəli olur, növbəti heykəl florensiyalı heykəltaraş Aqostino di Duçço tərəfindən 1463-cü ildə hazırlanmış Herkules heykəli olur. Tədqiqatçılar qeyd edirlər ki, Aqostino, bu heykəli Donatellonun nəzarəti altında işləmişdir.[7] Layihəni davam etdirmək niyyətində olan müfəttişlər, 1464-cü ildə Aqostinoya Davidin heykəlini işləməyi sifariş edirlər. Heykəl üçün nəzərdə tutulmuş mərmər blok Şimali Toskaniya ərazisində, Apuan Alp dağları ərazisində yerləşən Karrara şəhərindən gətirilir. Aqostino daşda ayaq yerlərini və bədən quruluşunu müəyyənləşdirmiş, daşın bəzi kubud çıxıntılarını qoparmış və gələcək iki ayaq arasında kiçik bir deşik açmışdır. Lakin, 1466-cı ildə Donatellonun ölümündən sonra, naməlum səbəbə görə Aqostino layihənin icrasından uzaqlaşdırılmışdır. On il sonra Antonio Rosselinoya eyni daş üzərində Aqostinonun qaldığı yerdən işə davam etmək tapşırılır.

Mikelancelonun "David"i, Donatellonun "Yudif və Holofernes" heykəlinin yerində ucaldılmışdır.

Qısa müddət sonra Rosselino da Davidin heykəlinin hazırlanması işindən uzaqlaşdırılır və nəhəng mərmər bloku iyirmi beş il ərzində işlənməmiş vəziyyətdə kafedralın işlər həyətində saxlanılır. Bu cür nəhəng mərmər parçası təkcə öz yüksək qiyməti ilə deyil, həmçinin Florensiyaya gətirilməsinin çətinliyi ilə də diqqəti cəlb edirdi. Kafedralın, 1500-cü ilə aid işlər sənədində həmin daş "David adlandırılan məlum mərmər fiqur üçün nəzərdə tutulmuş daş kobud şəkildə həyətə tullanmışdır"[8] deyə qeyd edilir. Bir il sonra müfəttişlər bu nəhəng mərmər parçasından tamamlanmış sənət əsəri düzəltməyi öhdəsinə götürəcək sənətkar axtardıqlarını elan edirlər. Onlar "Nəhəng" adlandırdıqları bu mərmər blokunu "ayağa qaldırmaq üçün" bu işdə təcrübəsi və səriştəsi olan birini axtarırdılar. Leonardo da Vinçi də daxil olmaqla, bir neçə artıq özünü təsdiq etmiş sənətkarın bu işi öhdəsinə götürməsi məsələsi müzakirə edilsə də, sonda iş, müfəttişləri işin öhdəsindən gələ biləcəyinə inandırmış iyirmi altı yaşlı Mikelanceloya həvalə edilir. 16 avqust 1501-ci ildə Mikelancelo ilə yeni işi ilə bağlı müqavilə imzalanır.[9] Mikelancelo 13 sentyabrda, Bazar ertəsi günündən etibarən heykəli yonmağa başlayır. İki il ərzində o, məşhur Bibliya qəhrəmanının fiquru üzərində çalışır.

Yerin müəyyənləşdirilməsi

25 yanvar 1504-cü ildə heykəlin tamamlanmasına az qalmış, Florensiya rəhbərliyi altı ton çəkisi olan nəhəng mərmər fiqurun kafedralın damına qaldırılmasının çətinliklərini müzakirə etməyə başladı.[10] Onlar aralarında Leonardo da VinçiSandro Botiçellinin də olduğu 30 florensiyalıdan ibarət komissiya yaratdılar ki, bu komissiya da, Davidin ucaldılmalı olduğu yeri müəyyənləşdirməli idi.[11] Heykəl üçün doqquz müxtəlif yerin müzakirə edilməsinə baxmayaraq, komissiya üzvləri iki qrup şəklində, iki müxtəlif məkana diqqət çəkməyə çalışırdılar. Bunlardan biri Leonardo da Vinçi və Pyero di Kozimonun dəstəklədiyi, Culiano de Sanqallonun rəhbərlik etdiyi qrup idi ki, bu qrup heykəl üçün Sinyorlar meydanındakı Lanzi Lojasını münasib görürdü. Digər bir qrup isə, heykəlin Palaçço Vekkonun giriş qapısınən qarşısında ucaldılmasını məsləhət görürdü. Botiçelli tərəfindən dəstəklənən başqa bir fikirə görə isə heykəl Florensiya kafedralının yaxınlığında ucaldılmalı idi.[12]

1504-cü ilin iyununda heykəl Palaçço Vekkonun giriş qapısının sol tərəfində, Donatellonun tuncdan hazırladığı "Yudit və Holofernes" heykəlinin yerində ucaldılmışdır. Heykəli Mikelancelonun işlədiyi yerdən Palaçço Vekkonun qarşısına gətirmək (yarım mil ərazi) dörd günə başa gəlmişdi.

12 noyabr 2010-cu ildə Davidin şüşə-lifdən hazırlanmış bir nüsxəsi yalnızca bir günlük Florensiya kafedralının damına yerləşdirilmişdir.

Sonrakı dövr

1873-cü ildə heykəl, zədələnmələrdən qorunması üçün Palaçço Vekkonun qarşısında 300 il ərzində dayandığı yerdən götürülərək Florensiya Təsviri sənətlər akademiyasına yerləşdirilmişdir. 1910-cu ildə heykəlin köhnə yerində onun yeni nüsxəsi ucaldılmışdır.

1991-ci ildə pencəyinin altında çəkic gizlətmiş əsəbi bir kişi heykələ hücum etmiş və bu hücumun qarşısı alınana kimi heykəlin sol ayağının barmaqlarını zədələyə bilmişdi.[13]

12 noyabr 2010-cu ildə Davidin şüşə-lifdən hazırlanmış bir nüsxəsi[14] yalnızca bir günlük Florensiya kafedralının damına yerləşdirilmişdir. 2010-cu ildə tarixi sənədlərin incələnməsindən sonra İtaliya Mədəniyyət Nazirliyi heykəlin mülkiyyət hüququnun tarixən yerləşdiyi Florensiya şəhərinə aid olmadığını bildirdi. Bu iddia Florensiyada qarışıqlığa və böyük müzakirələrə səbəb oldu.[15][16]

Heykəlin yanındakı kötük, 1504-cü ildə qızıl təbəqəsi ilə örtülmüşdü, başına isə zərli çələng qoyulmuşdu. Lakin bu bəzəklər indiyə qədər tapılmamışdır.[17]

Təfsiri

Mikelancelonun "David"inin sağ və sol tərəfdən görünüşü

Mikelancelonun "David"i özündən əvvəlki Davidlərdən əlində öldürülmüş Qoliafın başının olmaması ilə fərqlənir, halbuki, Donatello və Verrokkionun məşhur "David" heykəllərində bu detal buraxılmamışdı. Əksər tədqiqatçılar qeyd edirlər ki, əsərdə David döyüşdən əvvəl təsvir edilmişdir.[18] Qələbə qazanacağına əmin olan Davidin üzündə gərginlik və döyüşə hazırlıq görünür. Onun gərgin əzələləri, sərt duruşunu, bəlkə də döyüşmək istəyini göstərir. Yuxarı dodağı və burnu arasındakı əzələlər çox sıxdır; Davidin qaşları çatılmışdır və o, fikrini tamamilə edəcəyi işə yönləndirərək, gözlərini sanki otaqdakı bir yerə deyil, daha uzaqdakı bir məkana zillənmişdir. Onun sağ əlinin əzələləri çox gərgin görünsə də, ümumilikdə bədəni rahat pozada durmuş, sol əli ilə isə çiyninə aşırdığı sapandını tutmuşdur. Davidin bu pozası onun digər təsvirlərindəki pozalarına heç oxşamır; Donatello və Verrokkio hər ikisi qalib gəlmiş Davidi ayaq üstə, əlində öldürülmüş Qoliafın kəsilmiş başı ilə birgə təsvir etmişlər. Andrea del Kastaqno isə Davidi qələbədən sonra özünə arxayın oğlan kimi, ayağı altında Qoliafın başı ilə təsvir etmişdir.[19] Lakin heç bir Florensiya sənətkarı iki obrazı birgə təsvir etməmişdir. Onun üzündəki sərt ifadə ilə, rahat, sərbəst pozası arasındakı konstrast Mikelancelonun Davidi döyüşdən əvvəlki vəziyyətdə təsvir etməsini, lakin onun qazanacağı qələbəyə inandığını düşünməyə əsas verir. Onun çəkisinin əsas ağırlığı, İntibah incəsənətində geniş yayılmış prakitika əsasında işlənmiş, arxada olan ayaq üzərinə düşür. Bu vəziyyət şüurlu seçim və şüurlu hərəkəti təsvir edir.

Heykəlin detalları

Mikelancelonun Davidi qəhrəman çılpaq kişinin təsviri olan qədim yunan mövzusunun yeni interpretasiyada təqdim edilməsidir. Yüksək İntibam mədəniyyəti dövründə bu cür təzadlı pozalar antik heykəllərdən fərqləndirici xüsusiyyət kimi qəbul edilirdi. David bütün ağırlığını bir ayağının üstünə salaraq , digər ayağını bir qədər qabağa uzadaraq rahat şəkildə buraxmışdır. Bu klassik poza bir qədər sola əyilmiş başla çiyin arasında üçbucaq yaradır və bədənə bir qədər əyri forma verir. Ümumilikdə Mikelancelonun Davidi İntibah heykəltaraşlığının ən məşhur nümunəsi olmaqla güc və gənc oğlan bədəninin gözəlliyinin simvolu olmuşdur.

Heykəlin arxa hissəsinin görünüşü

Mikelancelonun müasirlərini heyran edən, əsasən heykəlin böyük ölçüləri idi. Vazari əsərdən bəhs edərkən qeyd edir ki, "möcüzəvi şəkildə Mikelancelo artıq ölmüş bir həyatı bərpa etmişdir""istər Qədim Yunan və ya Latın əsərləri olsun, qədim və ya müasir olsun" David bütün heykəllər arasında ən iri həcmlisi və böyüyüdür deyə o, bildirir.[20] Davidin proporsiyaları da, Mikelancelonun digər əsərləri üçün xarakterik olmayan xüsusiyyətlərə malikdir; fiqur qeyri-adi dərəcədə böyük başa və əllərə (xüsusilə sağ əl daha çox diqqəti cəlb edir) malikdir. Ola bilsin, Mikelancelo əsərin kafedralın damına yerləşdiriləcəyini nəzərdə tutaraq əsas hissələrin uzaqdan daha yaxşı diqqətə çatması üçün belə proporsiya seçmişdir.

Çəkisi nəzərə alınsa, heykəl öndən arxaya istiqamətdə həddən artıq incə quruluşa malikdir. Ola bilsin ki, bu, Mikelancelonun daş üzərində işə başlamasından əvvəl aparılmış işlərlə bağlıdır.

Ola bilsin ki, hələ Mikelancelonun işə cəlb edilməsindən əvvəl David bir siyasi heykəl kimi nəzərdə tutulmuşdu.[21] Dəqiq bilinir ki, bu heykəl uzun müddət Florensiyada siyasi fiqur kimi qəbul edilmiş və güclü Bibliya qəhrəmanının, simvolik olaraq Florensiyadakı siyasi hakimiyyəti və insan haqqlarını qoruduğu düşünülmüşdür.[22]

Donatello tunc "David"i təxminən 1440-cı illərdə Mediçi ailəsi üçün işləmiş, 1494-cü ildə Mediçilərin Florensiyadan sürgün edilməsindən sonra, Signorianın qərarı ilə heykəl Palaçço Vekkonun qarşısında ucaldılmışdır. Mikelancelonun Davidini Donatellonun Davidinin yerinə yerləşdirməklə, respublika rəhbərliyi sanki, Mediçilərin incəsənətinə layiqli cavab vermiş olduqlarını düşünürdülər.

Tədqiqatçılar Davidin yaxşı vəziyyətdə dövrümüzə çatmış penisinə də diqqət yetirir və onun yəhudi "Brit Mila" ənənəsinin əksinə olaraq sünnət edilmiş olmadığını, əksinə bunun İntibah mədəniyyətinə uyğun şəkildə göstərildiyini bildirirlər.[23]

Konservasiyası

"David"in Romaya istiqamətlənmiş qəzəbli baxışı

1991-ci ildə "David", pencəyinin altında çəkic gizlətmiş qəzəbli kişinin hücumuna məruz qalmışdır.[13] Bu hücum nəticəsində "David"in sol ayağının barmaqları zədələnmişdir. Heykəldən qopmuş hissələrin tədqiq edilməsi nəticəsində, alimlər müəyyən etmişlər ki, "David"in hazırlanması üçün istifadə edilmiş mərmər blok Şimali Toskaniya ərazisində, Apuan Alp dağları ətəyində yerləşən Karrara şəhərindən gətirilib. Mərmər çoxlu mikroskopik deşiklərə malikdir ki, bu da onun adi mərmərlə müqayisədə daha tez çirklənməsinə və xarab olmasına gətirib çıxarır. Mərmərin deqradasiyası səbəbiylə 1843-cü ildən bəri ilk dəfə 2003–2004-cü illərdə ilk dəfə heykəl əsaslı təmizlənmək üçün yerindən götürülmüşdür. Bəzi mütəxəssislər qeyd edirlər ki, heykəlin təmizlənməsi üçün sudan istifadə edilməsi onun daha tez xarab olmasına səbəb ola bilər. Dr. Franka Falletinin rəhbərliyi altında, restavratorlar Monika Eyxmann və Sinzia Parnigioni heykəlin təmizlənərək bərpa olunması işini həyata keçirmişlər.[24]

2008-ci ildə heykəlin Florensiya Təsviri Sənətlər Akademiyasına gələn turistlərin ayaq zərbələrindən əmələ gələn titrəmələr nəticəsində zədələnməsinin qarşısının alınması üçün xüsusi plan hazırlanmışdır.[25]

Replikaları

Müxtəlif dövrlərdə heykəlin çoxlu nüsxələri yaradılmışdır. Onlardan ən çox diqqət çəkəni Viktoriya və Albert Muzeyində saxlanan gipsdən hazırlanmış nüsxədir ki, bu nüsxə əncir ağacı yarpağı ilə digərlərindən fərqlənir. Əncir ağacı Kraliça Viktoriyanın heykəli birinci dəfə görərkən çılpaqlığından şoka düşməsindən sonra hazırlanmış və kraliçanın, eləcə də digər vacib şəxslərin muzeyi ziyarət etməsi zamanı "David"in penisini örtmək üçün istifadə edilir.[26]

XX əsrdə Mikelancelonun "David"i ikonik mədəni simvollardan birinə çevrilmişdir.[27] Onun şüşə, gips, mərmər və sair müxtəlif materiallardan hazırlanmış[28] yüzlərlə kopyaları, ən müxtəlif ölkələrdə, müxtəlif məkanların bəzədilməsi üçün istifadə edilməkdədir.[29]

İstinadlar

Ədəbiyyat

  • Goffen, Rona, Renaissance Rivals: Michelangelo, Leonardo, Raphael, Titian, New Haven: Yale University Press, 2002.
  • Hall, James, Michelangelo and the Invention of the Human Body New York: Farrar, Straus and Giroux, 2005.
  • Hartt, Frederick, Michelangelo: the complete sculpture, New York: Abrams,1982.
  • Hibbard, Howard. Michelangelo, New York: Harper & Row, 1974.
  • Hirst Michael, "Michelangelo In Florence: David In 1503 and Hercules In 1506," The Burlington Magazine, 142 (2000): 487–492.
  • Hughes, Anthony, Michelangelo, London: Phaidon, 1997.
  • Pope-Hennessy, John, Italian High Renaissance and Baroque Sculpture. London: Phaidon, 1996.
  • Levine, Saul, "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, The Art Bulletin, 56 (1974): 31–49
  • Seymour, Charles, Jr. Michelangelo's David: a search for identity (Mellon Studies in the Humanities), Pittsburgh: University of Pittsburgh Press, 1967.
  • Vasari, Giorgio, Lives of the Artists (Penguin Books), "Life of Michelangelo", pp. 325–442.

Qeydlər

  1. https://www.galleriaaccademiafirenze.it/opere/david/.
  2. Əksər mənbələr "David" heykəlinin hündürlüyünü düz göstərmir və bu yanlışlıq incəsənət tarixi ilə bağlı bir çox ədəbiyyatlarda özünə yer tapıb. Heykəlin dəqiq ölçüləri yalnız 1998–1999-cu illərdə Stanford Universitetindən bir qrup elm adamının heykəli tədqiq edərək 3D şəkillərini çəkməsindən sonra müəyyənləşdirilmiş, heykəlin o vaxta qədər bütün ədəbiyyatlarda qeyd ediləndən daha hündür olduğu qeyd edilmişdi. Bax Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine
  3. Nümunə üçün, Donatellonun iki versiyada işlədiyi David; Verrokkionun tunc Davidi; Domeniko Girlandayonu "David" rəsm əsəri; və Bartolomeo Bellanonun yunc Davidi
  4. Bu fikir ilk dəfə Saul Levine "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, The Art Bulletin 56 (1974): 31–49 mənbəsində nəşr edilmişdir. Həmçinin bax: J. Huston McCulloch, David: A New Perspective Arxivləşdirilib 2012-02-24 at the Wayback Machine, (2007) accessed 15–06–2013
  5. Davidin mənşəyi Seymour tərəfindən 1967-ci ildə nəşr etdirilmiş tədqiqatda müzakirə edilmişdir.
  6. Charles Seymour, Jr. "Homo Magnus et Albus: the Quattrocento Background for Michelangelo's David of 1501–04," Stil und Überlieferung in der Kunst des Abendlandes, Berlin, 1967, II, 96–105.
  7. Seymour, 100–101.
  8. Giovanni Gaye, Carteggio inedito d'artisti del sec. XIV, XV, XVI, Florence: 1839–40, 2: 454 and Charles Seymour, Michelangelo's David: A Search for Identity, Pittsburgh: Pittsburgh University Press, 1967, 134–137, doc. 34.
  9. Gaetano Milanesi, Le lettere di Michelangelo Buonarroti pubblicati coi ricordi ed i contratti artistici, Florence, 1875, 620–623: "…the Consuls of the Arte della Lana and the Lords Overseers being met Overseers, have chosen as sculptor to the said Cathedral the worthy master, Michelangelo, the son of Lodovico Buonarrotti, a citizen of Florence, to the end that he may make, finish and bring to perfection the male figure known as the Giant, nine braccia in height, already blocked out in marble by Maestro Agostino grande, of Florence, and badly blocked; and now stored in the workshops of the Cathedral. The work shall be completed within the period and term of two years next ensuing, beginning from the first day of September next ensuing, with a salary and payment together in joint assembly within the hall of the said of six broad florins of gold in gold for every month. And for all other works that shall be required about the said building (edificium) the said Overseers bind themselves to supply and provide both men and scaffolding from their office and all else that may be necessary. When the said work and the said male figure of marble shall be finished, then the Consuls and Overseers who shall at that time be in authority shall judge whether it merits a higher reward, being guided therein by the dictates of their own consciences."
  10. The statue has not been weighed, but an estimate of its weight was circulated in 2004, when the statue was cleaned. See a CBS news report of 8 March 2004 Arxivləşdirilib 18 may 2013 at the Wayback Machine.
  11. Müzakirə mətni Covanni Gaye, Carteggio inedito d'artisti del sec. XIV, XV, XVI, Florence, 1839–40, 2: 454–463 tərəfindən nəşr edilmişdir. Sənədin ingilis dilinə tərcüməsi üçün, Seymour, Michelangelo's David, 140–155 and for an analysis, see Saul Levine, "The Location of Michelangelo's David: The Meeting of January 25, 1504, Art Bulletin 56 (1974): 31–49; N. Randolph Parks, "The Placement of Michelangelo's David: A Review of the Documents," Art Bulletin, 57 (1975) 560–570; və Rona Goffen, Renaissance Rivals: Michelangelo, Leonardo, Raphael, Titian, New Haven, 2002, 123–127.
  12. Heykəlin əlavə bəzəkləri həmin ilin yayında əlavə edilmişdi: qələbə əklili, kötüyün qızıl üzü, əncir yarpağından kəmər. Goffen 130.
  13. "a man the police described as deranged broke part of a toe with a hammer, saying a 16th century Venetian painter's model ordered him to do so." Cowell, Alan. "Michelangelo's David Is Damaged" Arxivləşdirilib 2009-02-11 at the Wayback Machine. New York Times, 1991–09–15. Retrieved on 2008–05–23.
  14. "Arxivlənmiş surət". 2016-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
  15. Povoledo, Elisabetta. "Who Owns Michelangelo's 'David'?". The New York Times. August 31, 2010. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-01. (#apostrophe_markup)
  16. Pisa, Nick. "Florence vs Italy: Michelangelo's David at centre of ownership row". The Daily Telegraph (London). August 16, 2010. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-01. (#apostrophe_markup)
  17. Art in Renaissance Italy. 2012-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
  18. Howard Hibbard, Michelangelo, New York: Harper & Row, 1974, 59–61; Anthony Hughes, Michelangelo, London: Phaidon, 1997, 74.
  19. Andrea del castagno, scudo di david con la testa di golia
  20. Giorgio Vasari, Le vite de' più eccellenti pittori, scultori e architettori nelle redazioni del 1550 e 1568, ed. Rosanna Bettarini and Paola Barocchi, Florence, 1966–87, 6: 21.
  21. Levine, 45–46.
  22. Andrew Butterfield, "New Evidence for the Iconography of David in Quattrocento Florence, I Tatti Studies, 8 (1995): 115–133.
  23. "Michelangelo and Medicine" Arxivləşdirilib 2022-07-12 at the Wayback Machine Journal of the Royal Society of Medicine
  24. Eric Scigliano. "Inglorious Restorations. Destroying Old Masterpieces in Order to Save Them." Harper's Magazine. August 2005, 61–68.
  25. Michelangelo's David 'may crack' Arxivləşdirilib 2017-07-13 at the Wayback Machine. BBC News, 2008–09–19. Retrieved on 2008–09–19.
  26. "David's Fig Leaf". Victoria and Albert Museum. 2007-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-29.
  27. A. Synnott, Pink Flamingoes: Symbols and Symbolism in Yard Art, 1990.
  28. " You need not travel to Florence to see Michelangelo's David. You can see it well enough for educational purposes in reproduction," asserted E. B. Feldman in 1973 (Feldman, "The teacher as model critic", Journal of Aesthetic Education, 1973).
  29. That "typical examples of kitsch include fridge magnets showing Michelangelo’s David." is reported even in the British Medical Journal (J Launer, "Medical kitsch", BMJ, 2000)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.