Dauninq-strit

Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir.

Dauninq-strit
Downing Street
Ümumi məlumatlar
Ölkə
Şəhər Vestminster borosu
Uzunluğu 0,5 km

Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.