Date A Live

Date A Live (デート・ア・ライブ, Dēto A Raibu, azərb. Həyatla görüş) — Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyası. Ranobe seriyası 19 mart 2011-ci ildən Fujimi Shobo nəşriyyatının "Dragon Magazine" jurnalında serializasiya olunur. İndiyə qədər ranobenin 17 cildi çapdan çıxmışdır. Ranobe əsasında istehsal olunmuş "Date AST Like" adlı manqa adaptasiyası "Monthly Dragon Age" jurnalında 2012-ci ilin martından 2013-cü ilin dekabrına kimi nəşr olunmuş və 4 cildi buraxılmışdır. Compile HeartSting şirkətləri ranobe əsasında 3 videooyun hazırlamışdır. AIC studiyası tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı adaptasiyası 2013-cü ilin 6 aprelindən 22 iyununa kimi Yaponiyada yayımlanmışdır. Production IMS tərəfindən istehsal olunmuş davam mövsümü — "Date A Live II" Yaponiyada 2014-cü ilin 12 aprelindən 14 iyununa kimi nümayiş etdirilmişdir. Anime filmi adaptasiyasının premyerası isə 22 avqust 2015-ci ildə baş tutmuşdur. 2019-cu ilin yanvarından martına kimi üçüncü mövsümü yayımlanmışdır.

Date A Live
Birinci cildin üzlüyü. Personaj: Toka Yatoqami.
デート・ア・ライブ
(Dēto A Raibu)
azərb. Həyatla görüş
Janr harem, romantik komediya, elmi fentezi
Manqa
ManqakaKoşi Taçibana
RəssamTsunako
NəşriyyatFujimi Shobo
JurnalDragon Magazine
Demoqrafiyakişilər
Nəşr tarixi19 mart 201119 mart 2020
Cildlər22 (cild siyahısı)
Manqa
Date AST Like
RəssamKakaşi Oniyazu
NəşriyyatFujimi Shobo
DemoqrafiyaŞonen
Nəşr tarixi9 mart 20129 dekabr 2013
Cildlər4
Anime
RejissorKeytaro Motonaqa
ProdüsserÇiaki Kurakane
SsenaristHideki Şirane
BəstəkarQo Sakabe
StudiyaAnime International Company
Digər lisenziyalar
AVA
Madman Entertainment
Funimation
KanalJAITS, Tokyo MX, AT-X, TwellV, Animax
Buraxılış tarixi31 mart 201316 iyun 2013
(Niconico)
6 aprel 201322 iyun 2013
(Tokyo MX)
Seriyalar12 + OVA (seriya siyahısı)
Anime
Date A Live II
RejissorKeytaro Motonaqa
ProdüsserÇiaki Kurakane
SsenaristHideki Şirane
BəstəkarQo Sakabe
StudiyaProduction IMS
Digər lisenziyalar
AVA
Madman Entertainment
Funimation
KanalTokyo MX, AT-X
Buraxılış tarixi12 aprel 201414 iyun 2014
Seriyalar10 + OVA (seriya siyahısı)
Videooyunlar
  • Date A Live: Rinne Utopia (2013)
  • Date A Live: Ars Install (2014)
  • Date A Live Twin Edition: Rio Reincarnation (2015)
  • Date A Live: Ren Dystopia (2019)
Anime
Date A Live: Mayuri Judgement
RejissorKeytaro Motonaqa
SsenaristHideki Şirane
BəstəkarQo Sakabe
StudiyaProduction IMS
Anime
Date A Live III
RejissorKeytaro Motonaqa
SsenaristHideki Şirane
BəstəkarQo Sakabe
StudiyaJ.C.Staff
Digər lisenziyalar
Funimation
KanalTokyo MX
Buraxılış tarixi11 yanvar 201929 mart 2019
Seriyalar12 (seriya siyahısı)

Məzmun

Dünya sonu gəlməmiş ya öldür məni, ya da öp məni.

Şüar

Hadisələr təbiət fenomeni sayılan kosmik zəlzələnin Avrasiyanın mərkəzində inanılmaz dağıntılara və 150 milyon nəfərin ölümünə səbəb olması ilə başlayır. Növbəti 30 ildə kiçik miqyaslı kosmik zəlzələlər baş verir. İndiki vaxtda adi lisey tələbəsi olan Şido İtsuka baş verən kosmik zəlzələrin birində qəribə qızla rastlaşır. Şido ögey bacısı Kotoridən öyrənir ki, bu qız müxtəlif ölçülərdən gələn və "Ruhlar" adlandırılan varlıqlardan biridir. Yer üzündə baş verən kosmik zəlzələlərin səbəbi Ruhlardır: hər hansı Ruh bu dünyaya gələndə kosmik zəlzələyə səbəb olur. Şido dahi sinif yoldaşı Oriqami Tobiiçinin Ruhları məhv etmək üçün nəzərdə tutulmuş AntiRuh Komandasının (ARK) üzvü olduğu və valideynlərinin kosmik zəlzələdə öldüklərini aşkarlayır. Şido həmçinin ögey bacısı Kotorinin "Ratatoskr" adlı təşkilata məxsus "Fraxinus" adlı hava gəmisinin komandiri olduğunu öyrənir. Şido Ruhların güclərini möhürləmək və bəşəriyyətin təhlükəsizliyini təmin etmək üçün təşkilata cəlb olunur. Ruhların güclərini möhürləmək üçün isə Ruhları görüşə çıxarmalı, özünə aşiq etməli və onları öpməlidir.

Ruhlar
Ruh Kod
adı
Mələyi Astral paltarı
1 Oriqami Tobiiçi Şeytan Metatron Eyeh
2 Nia Honco2 Bacı Raziel Yod
3 Kurumi Tokisaki Qarabasma Zafkiel Elohim
4 Yoşino Zahid Zadkiel El
5 Kotori İtsuka İfritə Kamael Elohim Qibor
6 Mukuro Hoşimiya2 Zodiak Mixael Eloa
7 Natsumi Cadugər Haniel Adonai Tzaboat
8 Yamay bacıları Berserk Rafael Elohim Tzaboat
9 Miku İzayoy Diva Qabriel Şaddai El Çai
10 Toka Yatoqami Şahzadə Sandalfon Halvanhelev
Birinci ruh
Kabus ruh
Ancaq videooyunlarda görünən(lər)
Rinne Sonoqami Hökmdar Eden
Mariya Arusu
Marina Arusu
Rio Sonoqami Eden
Ancaq anime filmində görünən(lər)
10.000 Mayuri Karubiel

Media

Ranobe

"Date A Live" Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyasıdır. İlk cildi 19 mart 2011-ci ildə Fujimi Shobo nəşriyyatının Fujimi Fantasia Bunko imprinti altında nəşr olunmuşdur. İndiyə kimi Yaponiyada 20 cildi çapdan çıxmışdır.[1]

Spin-off ranobe seriyası və Tsunakonun işlərindən ibarət artbuk anons edilmişdir.[2]

Manqa

Ringo-nun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 16 aprel 2012-ci ildə nəşr olunmağa başlamışdır. Ringo-nun səhhətindəki problemlərə görə manqanın nəşri 6 fəsildən sonra dayandırılmışdır. Bu manqada ancaq Şidonun Toka ilə görüşü təsvir edilə bilmişdi.

"Shōnen Ace" jurnalının 2014-cü il yanvar buraxılışında Sekihiko İnuyun rəssamlığı ilə yeni manqa adaptasiyasının serializasiyasına başlanılmışdır. Üçüncü cildin bu manqanın sonuncu cildi olacağı açıqlanmışdır.

Anime

Keytaro Motonaqanın rejissorluğu ilə Anime International Company tərəfindən 2013-cü ildə anime serialı çəkilmişdir. Serialın hər seriyası televiziyada yayımlanmazdan 1 həftə öncə Niconico-da aşağı keyfiyyətdə yayımlanmışdır. Birinci seriya 31 martda Niconico-da, 6 apreldə Tokyo MX kanalında göstərilmişdir.[3] Sonuncu – 12-ci seriya Niconico-da 16 iyunda, Tokyo MX-də 22 iyunda yayımlanmışdır.

Açılış mahnısı İori Nomizu, Misuzu Toqaşi, Kaori Sadohara və Misatodan ibarət sweet ARMS vokal qrupu tərəfindən ifa olunan "Date A Live" (デート・ア・ライブ, Dēto A Raibu, azərb. "Həyatla görüş") mahnısıdır. Anime serialı üçün 4 bağlanış mahnısından istifadə olunmuşdur: Kayoko Tsumita, Risako Muray və Midori Tsukimiya tərəfindən ifa olunan "Hatsukoi Winding Road" mahnısı; İori Nomizu tərəfindən ifa olunan "Save The World" (azərb. "Dünyanı xilas et"), "Save My Heart" (azərb. "Ürəyimi xilas et") və "Strawberry Rain" (ストロベリーレイン, azərb. "Çiyələk yağışı") mahnılarıdır.

2014-cü ilin aprelində ikinci mövsüm göstərilməyə başlamışdır.[4] Açılış mahnısı sweet ARMS tərəfindən oxunan "Trust in You" (azərb. "Sənə güvənmək"), bağlanış mahnısı isə Kaori Sadohara tərəfindən oxunan "Day to Story" mahnısıdır.[5] İkinci mövsüm Production IMS studiyası tərəfindən istehsal olunmuşdur.[6] Kadokawa ikinci mövsümün yayımlanmış bir seriyasını "Date A Live Encore" adlı qısa hekayə kolleksiyası ilə birlikdə 9 dekabr 2014-cü ildə buraxmışdır.[7]

21 oktyabr 2017-ci ildə müəllif Koşi Taçibana rəsmi Twitter hesabında üçüncü mövsümü anons etmişdir.[8] Üçüncü mövsüm 2019-cu ilin yanvarından martına kimi yayımlanmış və J.C.Staff tərəfindən istehsal olunmuşdur. Üçüncü mövsümün də rejissoru Keytaro Motonaqa, ssenaristi Hideki Şirane, bəstəkarı Qo Sakabe olmuşdur. Animenin açılış mahnısı "I Swear" sweet ARMS, bağlanış mahnısı "Last Promise" Eri Yamazaki tərəfindən ifa olunmuşdur. Anime Docomo Anime Store vasitəsilə də yayımlanmışdır.[9] Crunchyroll da üçüncü mövsümü öz saytında buraxmışdır.[10] Funimation isə üçüncü mövsümün ingiliscə dublajını istehsal etmişdir.[11] AnimeLab üçüncü mövsümü AvstraliyaYeni Zelandiya regionunda yayımlamışdır.[12]

Anime serialı Funimation Entertainment tərəfindən Şimali Amerika, Madman Entertainment tərəfindən Avstralasiya regionu üçün lisenziyalaşdırılmışdır.[13][14][15]

Film

Anime serialının ikinci mövsümü başa çatar-çatmaz animenin rəsmi saytı Twitter hesabı vasitəsilə anime filmini anons etmişdir.

"Date A Live II" animesinin bir tədbirində çəkiliş heyəti filmin "Date a Live: Mayuri Judgement" (劇場版 デート ア ライブ 万由里ジャッジメント, Gekijōban Dēto A Raibu: Mayuri Jajjimento, azərb. "Həyatla görüş: Mayuri hökmü") adlanacağını, premyerasının 22 avqust 2015-ci ildə baş tutacağını və ssenarisinin ranobenin müəllifi Koşi Taçibana tərəfindən yazılacağını üzə çıxarmışdır. Şido İtsuka personajının səsləndiricisi Nobunaqa Şimazaki Mayuri (万由里, Mayuri) adlı yeni personajın siluetini tanıtmışdır.[16] 10 apreldə keçirilən "Tokanın ad günü" adlı tədbirdə Mayurinin Sora Amamiya tərəfindən səsləndiriləcəyi təsdiq olunmuşdur.[17]

Videooyun

Compile HeartSting Entertainment tərəfindən istehsal olunmuş "Date A Live: Rinne Utopia" (デート・ア・ライブ 凜祢ユートピア, Dēto A Raibu Rinne Yūtopia, azərb. "Həyatla görüş: Rinne utopiyası) adlı videooyun 27 iyun 2013-cü ildə PlayStation 3 platforması üçün buraxılmışdır. Reklam videosu Anime Contents Expo 2013 sərgisində nümayiş etdirilmişdir. Oyunda Kana Hanazava tərəfindən səsləndirilən Rinne Sonoqami (園神 凜祢, Sonogami Rinne) adlı orijinal personaj vardır. Oyunun PlayStation Vita versiyası 2015-ci ilin yayında buraxılmışdır, yeni personajlara və ssenarilərə malikdir.[18]

"Date A Live: Ars Install" (或守インストール, azərb. "Həyatla görüş: Ars quraşdırması) adlı bir başqa oyunda isə Suzuko Mimori tərəfindən səsləndirilən Mariya Ars (或守 鞠亜, Arusu Maria) adlı yeni personaja yer verilmişdir. Oyun 26 iyun 2014-cü ildə buraxılmışdır. "Famitsu" bu oyuna 30/40 xal vermişdir.[19]

"Date A Live Twin Edition: Rio Reincarnation" (デート・ア・ライブ Twin Edition 凜緒リンカーネイション, Dēto A Raibu Tsuin Edishon Rio Rinkāneishon) adlı üçüncü videooyun Compile HeartSting Entertainment tərəfindən istehsal olunmuş və 30 iyul 2015-ci ildə PlayStation Vita platforması üçün buraxılmışdır. Oyun yeni personahlara və ssenarilərə malikdir. Oyunda yer alan personajlar Yamay bacıları, Miku İzayoy, Rinne Sonoqami, Mariya Ars, Marina Ars, eləcə də, Ayane Sakura tərəfindən səsləndirilən Rio (凜緒, Rio) adlı yeni personajdır. Bu oyunun reklam videosu Date A Fes II adlı tədbirdə yayımlanmışdır.

Compile Heart tərəfindən istehsal olunan "Date A Live: Ren Dystopia" (デート・ア・ライブ 蓮ディストピア, Dēto A Raibu: Ren Disutopia) adlı 4-cü videooyun 18 iyul 2019-cu ildə Yaponiyada buraxılacaq.[20]

Qəbul

2015-ci ilin oktyabrına qədər ranobe seriyasının 4 milyon nüsxəsi satılmışdır.[21]

Anime serialının birinci mövsümünün birinci cildi debüt həftəsində Oricon çartlarında Yaponiyadakı ən çox satan Blu-raylar siyahısında səkkizinci yerdə qərarlaşmışdı.[22] "Date A Live: Rinne Utopia" videooyununun 23.340 nüsxəsi buraxıldığı ilk həftədə satılmışdır.[23]

12 iyun 2015-ci ildə animenin ikinci mövsümü Çin Mədəniyyət Nazirliyi tərəfindən Çində qadağan olunmuş 38 anime və manqa siyahısına düşmüşdür.[24]

Qeydlər

2.^ Anime serialında görünməyib.

İstinadlar

  1. "Light Novel Releases". fujimishobo.co.jp. 2015-06-20. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-11.
  2. "Fujimi Shobo Reveals "Date A Live" Art Book and Spin-off Novel Series". Crunchyroll (ingilis). 22 oktyabr 2016. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  3. "Romantic Comedy Anime {'}Date A Live{'} Previewed in Ad". Anime News Network. 2013-03-28. İstifadə tarixi: 11 iyun 2016.
  4. "Date A Live Anime Gets 2nd Season". Otaku USA. 2013-12-16. 2013-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2016.
  5. "「デート・ア・ライブⅡ」OP&EDテーマ発売決定!]". 2014-03-07. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2016.
  6. "STAFF&CAST | 『デート・ア・ライブⅡ DATE A LIVE』アニメ公式サイト". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-11.
  7. "Date A Live Encore Book to Bundle Unaired Anime Episode". Anime News Network. 2014-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2014.
  8. "Date A Live Light Novels Get New Anime Series". Anime News Network (ingiliscə). 21 oktyabr 2017. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2017.
  9. "Date A Live Anime's 3rd Season Reveals New Cast Member, Staff, January 2019 Premiere (Updated)". ANN. 2018-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2018.
  10. "Crunchyroll to Stream B-Project 2, Date A Live III, ENDRO!, Quintessential Quintuplets Anime". Anime News Network. January 9, 2019. 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2019.
  11. "Funimation to Stream Dubs for Date A Live III, ENDRO!, The Quintessential Quintuplets Anime, More Star Blazers 2202". Anime News Network. January 9, 2019. 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2019.
  12. AnimeLab. "The spirited third season of the sci-fi comedy returns with much anticipation and intrigue! Date-A-Live III coming soon to AnimeLab! 🌏🛸💖" (Tweet). January 11, 2019. İstifadə tarixi: January 18, 2019.
  13. "Funimation to Stream Date A Live Romantic Comedy Anime". Anime News Network. 2013-04-09. 2013-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
  14. "Funimation to Dub Date A Live, Red Data Girl, Karneval, Code:Breaker". Anime News Network. 2014-02-21. 2014-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-01.
  15. "Australia's Madman Ent. Adds Date A Live, Maoyu". Anime News Network. 2013-08-12. 2013-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
  16. 2014-12-15, Date A Live Movie to Be All-New Work Next Summer Arxivləşdirilib 2015-05-30 at the Wayback Machine, Anime News Network
  17. 2015-04-11, Date A Live: Mayuri Judgement Film's Teaser, TV Ad Streamed Arxivləşdirilib 2015-05-23 at the Wayback Machine, Anime News Network
  18. 2014-12-19, Date A Live: Rinne Utopia coming to PS Vita Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine, Gematsu
  19. 2014-06-17, Famitsu Review Scores: Issue 1332 Arxivləşdirilib 2014-07-20 at the Wayback Machine, Gematsu
  20. "Date A Live: Ren Dystopia Release Date". Gematsu. March 26, 2019. March 26, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 26, 2019.
  21. 2015-10-20, Tachibana Koushi Twitter Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
  22. 2013-07-02, Japan's Animation Blu-ray Disc Ranking, June 24-30 Arxivləşdirilib 2014-04-10 at the Wayback Machine, Anime News Network
  23. 2013-07-03, Media Create Sales: 6/24/13 – 6/30/13 Arxivləşdirilib 2014-04-25 at the Wayback Machine, Gematsu
  24. "China bans 38 anime & manga titles including Attack on Titan". Special Broadcasting Service. 2015-06-12. 2018-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.