Darxan Kıdırali
Darxan Kuandık oğlu Kıdırali (16 aprel 1974, Tülkübas rayonu[d], Çimkənd vilayəti) — tarix elmləri doktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü (2017), Beynəlxalq Türk Akademiyasının Prezidenti (2014-cü ildən indiyədək), “Egemen Qazaxıstan”rəsmi dövlət qəzeti İdarə Heyətinin sədri (2016-cı ildən indiyədək). 28 dekabr 2017-ci il tarixində Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif edilmişdir.[1]
Darxan Kıdırali | |
---|---|
Darxan Kuandık oğlu Kıdırali | |
Doğum tarixi | |
Doğum yeri | Qazaxıstan, Tülkibas |
Elm sahələri | tarix, türkologiya |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
İş yerləri | Beynəlxalq Türk Akademiyası və "Egemen Qazaxıstan" rəsmi dövlət qəzeti |
Təhsili | Fərabi adına Qazaxıstan Milli Universiteti, Mərmərə Universiteti, Dokuz Eylül Universiteti, Ege Universiteti və İstanbul Universiteti |
Mükafatları | Azərbaycan Respublikasının "Dostluq" dövlət ordeni, Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanı, Macarıstanın “Şərəf” Ordeni və s. |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Darxan Kıdırali 16 aprel 1974-ci ildə Cənubi Qazaxıstan vilayətinin Tülkibas rayonunda anadan olub. Fərabi adına Qazaxıstan Milli Universitetində (1991-1992), Türkiyənin Mərmərə (1992-1996), Dokuz Eylül (1996-1997), Ege (1997-1998) və İstanbul (1998-2001) universitetlərində ali təhsil alıb. 2001-ci ildə İstanbul Universitetinin doktorluq proqramını müvəffəqiyyətlə bitirərək fəlsəfə doktoru, 2010-ci ildə isə Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetində elmlər doktoru elmi dərəcəsi alıb.
Fəaliyyəti
- 2001-2005 - Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetində aparıcı mütəxəssis-tədqiqatçı, baş katib, şöbə müdiri, idarə rəisi, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı;
- 2005-2006 - L.Gumilyov adına Avrasiya Milli Universitetində dosent, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı;
- 2006-2007 - Qazaxıstan Respublikası Prezident Administrasiyası Mədəniyyət Mərkəzinin direktor müavini;
- 2007-2008 - Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyində nazir müşaviri;
- 2008-2009 - Qazaxıstan Respublikası Prezident Administrasiyasında ekspert, idarə rəisi;
- 2009-2012 - Qazaxıstan Respublikası PrezidentAdministrasiyasında mətbuat katibinin müavini;
- 2012-2014 – Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Baş Katibinin müavini;
- 2014-ci ildən indiyədək Beynəlxalq Türk Akademiyasının Prezidentidir.
- 29 iyun 2015-ci il tarixindən Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının Katibliyinə sədrlik edir. Eyni zamanda, həmin Birliyin qurulmasında önəmli töhfələri olub. 2015-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında "Dədə Qorqud irsi və Türk Dünyası" mövzusunda beynəlxalq tədbiri, 2016-ci ildə isə Nyu-Yorkda, BMT-nin qərargahında “2030 gündəliyi: İpək Yolu Sinerjisi” mövzusunda Beynəlxalq simpoziumu təşkil edib.
- 2016-ci ilin iyun ayındanindiyədək “Egemen Qazaxıstan” rəsmi dövlət qəzeti İdarə Heyətinin sədridir.
Ailəsi
Evlidir, dörd oğlu, və bir qızı var.
Elmi fəaliyyəti
- Mustafa Çokay. Ankara, 2001.
- Tarazın Tarixi. Taraz, 2005.
- Türk xalqalarının ədəbiyyat tarixi (kollektivmonoqrafiya). Türküstan, 2005.
- Mustafa Çokay. Astana, 2007.
- Böyük Türküstan. Astana, 2008.
- Adımı İnsan qoyunca... Astana, 2008.
- Müqəddəs Yer. Astana, 2009.
- Mustafa. Astana. 2012.
- Bengü Daş. Almatı, 2015
Mükafatlar
- Qazaxıstan Respublikası "Darın" Gənclər mükafatı (2008);
- Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanı (2010);
- Türkologiya sahəsindəki uğurlarına görə “Kültegin” mükafatı (2014);
- TÜRKSAV-ın "Türk Dünyasına Xidmət" mükafatı (2015);
- "Yeni Türkiyə" Strateji Araşdırmalar Mərkəzinin "Türk Tarixi v əMədəniyyətinə xidmət" qızıl medalı (2015);[2].
- “Qazaxıstan Xalqı Assambleyasının 20illiyi” yubiley medalı (2015);
- MDB Parlament Assambleyası Şurasının "Mətbuat və informasiyaya xidmət" mükafatı (2016);
- İpəkyolu Strateji Araşdırma Mərkəzi və İpək Yolu jurnalının təyinetdiyi “İlin Altın Adamı” beynəlxalq mükafatı (2016);
- Macarıstanın “Şərəf” Ordeni (2017);
- Azərbaycan Respublikasının "Dostluq" dövlət ordeni (2017);[3]
- "İnformasiya sahəsində ən yaxşı" mükafatı (2017).
İstinadlar
- "D.K.Kıdırəlinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- "Президент Международной тюркской академии". 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
- "Президент Азербайджана наградил Дархана Кыдырали орденом «Достлуг» Все права защищены. Используйте активную ссылку на inform.kz". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
Xarici keçidlər
- http://www.akorda.kz/kz/events/akorda_news/meetings_and_receptions/memleket-basshysy-halykaralyk-turki-akademiyasynyn-prezidenti-darhan-kydyralini-kabyldady
- http://e-history.kz/kz/project/view/3?type=publications&material_id=1103/ Arxivləşdirilib 2019-04-10 at the Wayback Machine
- https://baq.kz/kk/news/terezemiz_ten/buu-da-simpozium-otti-82502/ Arxivləşdirilib 2018-01-02 at the Wayback Machine
- http://twesco.org/ru/news/glava_akademii_nagrazhden_ordenom_vengrii/ Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine
- http://www.inform.kz/ru/prezident-azerbaydzhana-nagradil-darhana-kydyrali-ordenom-dostlug_a3106911/