Darts
Darts — iç-içə olan rəngli dairələrdən və bunları kəsən üçbucaq dilimlərdən ibarət olan hədəfə balaca oxların (dartlar) əllə atılmasıyla oynanılan oyun.
İngiltərə bu idman növünün vətənidir.
Rəvayətə görə, Britaniya oxatanları pablarda dincələn zaman qısa oxlardan istifadə ediblər.
Qaydalar
Oyunun qaydalarına görə, hər bir oyunçuya 301 xal verilir. Sonra isə onların hər birinə drotiki atmaq üçün üç imkan verilir. Nişanın-"almacığa" düşsə, oyunçudan 50 xal, onu ətrafında yaşıl xəttə düşsə, 25 xal çıxılır. Nişanı yerdən 1,73 metr hündürlükdə, oyunçulardan 2,37 metr uzaqlıqda qururlar.
Vikianbarda Darts ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.