Darquba

DarqubaAzərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan inzibati ərazi vahidində kənd.[1]

Darquba
38°42′ şm. e. 48°50′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.365 nəf.
Darquba xəritədə
Darquba
Darquba

Coğrafi mövqeyi

Darquba kəndi Bəşərü çayının sahilində, Lənkəran ovalığında yerləşir.

Əhalisi

Əhalisi 1006 nəfərdir.[2]

Toponimiyası

Kəndin adı XIX əsrə aid sənədlərdə Darğakənd, 1917-ci ildə Darğaoba, 1933-cü ildə isə Darquba variantında qeydə alınmışdır. Talış dilində Daqova kimi tələffüz edilir. Oykonim darğa (etnonim) və oba (el, nəsil, kənd) komponentlərindən düzəlib, "darğalar kəndi" deməkdir. Etnotoponimdir.[3]

Din

Kənddə Darquba kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.