Daron Əcəmoğlu

Daron Əcəmoğlu (3 sentyabr 1967[1], İstanbul[2][3]) — erməni əsilli türk alimi, professor.

Daron Əcəmoğlu
türk. Kamer Daron Acemoğlu
Doğum tarixi 3 sentyabr 1967(1967-09-03)[1] (56 yaş)
Doğum yeri
Elm sahəsi iqtisadiyyat
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb.

1992–1993-cü illərdə bu məktəbdə dərs deyib.

Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır.

O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb.

İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Əcəmoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir. O, siyahıda 8-ci yerdədir.

Əcəmoğlunun iki kitabı elm dünyasında rezonans doğurub – "Modern iqtisadi böyüməyə giriş" (2009) və "Diktatorluq və demokratiyanın iqtisadi kökləri" (2005).

2010-cu ilin 100 qlobal fikir adamı arasına girməyi bacaran Əcəmoğlu Nobel mükafatına namizədlər sırasında da yer alıb.

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.