Dareka no Manazashi

Dareka no Manazashi (だれかのまなざし, azərb. Kiminsə baxışı) – 2013-cü il istehsalı qısametrajlı anime filmi. Makoto Şinkay ssenaristliyi və rejisorluğu ilə çəkilmişdir. 10 fevral 2013-cü il Tokyo Beynəlxalq Forumunda ekranlaşdırılmışdır. Həmçinin, Şinkayın 31 may 2013-cü ildə "Söz bağçası" anime filminin premyerası ilə birlikdə nümayiş etdirilmişdir. Daha sonra 2013-cü ilin sentyabrından 2014-cü ilin yanvarına kimi YouTube-da yayımlanmışdır. "Dareka no Manazashi" yenicə müstəqil olan bir gənc qadının yetkinliyə çatması və onun atası ilə olan münasibətinin dəyişməsindən bəhs edən futuristik hekayədir. Hekayə ailə həyatını xatırladan səhnələrdən, qızın babası və ailə pişiyi ilə olan münasibətindən bəhs edir.

Dareka no Manazashi
Anime filminin posteri.
だれかのまなざし
azərb. Kiminsə baxışı
Janr dram, həyat dilimi,elmi fantastika
Anime
RejissorMakoto Şinkay
SsenaristMakoto Şinkay
BəstəkarAkihisa Matsuura
StudiyaCoMix Wave Films
Vaxt7 dəq.

Film CoMix Wave Films, NESTTYO M1 Production tərəfindən The Answer Studio Co., Ltd. ilə birgə istehsal olunmuşdur. Personajları Fumi Hirano, Satomi Hanamura və Şinci Oqava səsləndirmişdir. Digər aparıcı heyətə bu şəxslər daxildir: Makato Tayqa, Miho Suzuki və Takumi Tanci. Filmin bəstəkarı isə Akihisa Matsuura olmuşdur. Filmin mahnısı "Sore de Ii yo" (それでいいよ, azərb. Hər şey yaxşıdır) Kazusa tərəfindən bəstələnmiş və ifa edilmişdir.

Filmin qısa metrajlı olmasına görə tənqid edilməsinə baxmayaraq, onlayn şərhlər filmi bədii və səmimi canlılığına görə tərifləmişdir. Film xüsusilə ailə kimi ailə münasibətlərinin zamana görə dəyişməsini vurğuladığına görə yaşlı tamaşaçılar üçün "dərin emosional" olaraq xarakterizə edilmişdir.

Məzmun

Hadisələr yaxın gələcəkdə yenicə müstəqil olan Aya Okumara (岡村綾, Okamura Aya), onun vaildeyinləri və ev pişiyi arasında cərəyan edir. Aya yaxın zamanlarda əldə etdiyi işinə görə evdən köçüb. Anası Minako xaricdə işləyərkən atası Koci ev pişiyi Mii (ミ一) ilə evdə tək başına qalır. Mii Ayanın atası tərəfindən gənc qızın anasının yoxluğunun öhdəsindən gəlməyə kömək etməsi üçün bala vaxtı alınan qoca pişikdir, indi isə sağlamlığı zəifdir. Hekayə pişiyin perspektivindən nəql olunur.[1][2]

Heykayə Ayanın yorucu iş günündən sonra evə dönməsi ilə başlayır. Yatağında dincəldikdən sonra, onunla nahar etmək istəyən atası zəng vurur: Lakin Aya yalandan hələ də iş yerində olduğunu deyərək imtina edir. Daha sonra rəvayətçi Ayanın uşaqlıq və ailə həyatı haqqında xatirələri danışır, xüsusi ilə də yetkinliyinin və sərbəstliyinin getdikcə tənhalaşan, amma hələ də onun üçün xoşbəxt olan atası ilə məsafəni necə yaratdığının üzərində durulur. Daha sonrakı gecə, Aya atasından gələn başqa bir zəng ilə oyanır.[1][3] Miinin ölümünü öyrəndikdən sonra, atasını ziyarət edir və onunla birlikdə nahar edir, ikisini yaxınlaşdıran bir təcrübə baş verir. Aya daha sonra atasının aldığı yeni pişik balasını görmək üçün atasını ziyarət edir. Eyni zamanda, anası qapı zəngini çalır və ailə yenidən birləşir, onların xoşbəxtliyi yenilənir.[1]

İstehsal

"Dareka no Manazashi"-in ssenarisi "Voices of a Distant Star"5 Centimeters Per Second" filmilərinin rejisorluğunu edən Makoto Şinkay tərəfindən yazımışdır və film onun rejissorluğu ilə çəkilmişdir.[3] Film CoMix Wave Films, NESTTYO M1 Production tərəfindən The Answer Studio Co., Ltd şirkəti ilə birgə istehsal edilmişdir.[2][3][4] Rejissor köməkçisi Makoto Tayqa, animasiya rejissoru və personaj dizayneri Miho Suzuki, art-direktor Takumi Tanji idi. Bəstəkar isə Akihisa Matsuura olmuşdur.[4] Filmin mahnısı "Sore de Ii yo" (それでいいよ, azərb. Hər şey yaxşıdır) Kazusa tərəfindən bəstələnmiş və ifa edilmişdir. Şinkay Kazusanın ifasını, mahnının filmə uyğunluğu baxımından həm də gənclərin zövqü ilə əlaqədar olaraq bunun öhdəsindən gələ biləcəyini deyərək seçdi. Personajlar; Mii Fumi Hirano tərəfindən, Aya Okamura Satomi Hanamura tərəfindən, Kōci Okamura Şinci Oqava tərəfindən səsləndirilmişdir. Filmin müddəti 6 dəqiqə 40 saniyədir.[4]

Film Nomura Holdings dəstəyi ilə "Proud Box Təqdir Festivalı" (プラウドボックス感謝祭) üçün istehsal olundu.[3][4] Şinkaya görə lahiyənin ən böyük çətinliyi, animasiyanın ailə bağları və gələcək kimi mühüm mövzuları əhatə etməsi ilə yanaşı onu əyləncəli və qıssa tutmaq idi.[4]

Buraxılış

Dareka no Manazashi 2013-cü il, 10 yanvar tarixində Şinkayın rəsmi internet səhivəsində elan edildi. 23 yanvar tarixində Nomura Real Estate Qrupu Proud Box Təqdir Festivalı əsnasında filmin terylerini yayınladı, 10 fevral tarixində isə ekranlaşdırma planlarını elan etdi. 2013-cü il 31 may tarixində Şinkay, Söz bağçası filminin yapon premiyerasında Dareka no manazashi-nin də göstəriləcəyini tvitter hesabından anons etdi. İki film də 21 may 2014-cü il tarixində italyan buraxılışında nümayiş etdirildi.[5]

2013-cü il sentyabrın 5-də film bütöv olaraq youtube-a Nomura Real Estate Qrupun ProudChannel kanalına yükləndi.[6] 11 sentyabr tarixində ingiliscə subtitirlər əlavə olundu.

İstinadlar

  1. Dareka no Manazashi (Motion picture) (in Japanese and English). PROUDCHANNEL. 2013.
  2. Makoto-shinkai-dareka-no-manazashi-anime-trailer-streamed Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine. Anime News Network January 23, 2013. from the original on December 2, 2014. Retrieved October 7, 2014.
  3. "Makoto Shinkai's entire Dareka no Manazashi short streamed" Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine. Anime News Network. September 9, 2013.Archived from the original on November 18, 2014. Retrieved October 7, 2014.
  4. Shinkai, Makoto.Other voices – 遠い声- » プラウドフューチャーシアター「だれかのまなざし Arxivləşdirilib 2014-11-12 at the Wayback Machine[Other voices – Proud Future Theater: About the short film Dareka no Manazashi] (in Japanese). CoMix Wave Films. from the original on December 2, 2014. Retrieved October 8, 2014.
  5. Akumetsu (May 29, 2014). "The Garden of Words" Arxivləşdirilib 2014-12-17 at the Wayback Machine(in Italian). Anime e Manga. from the original on November 18, 2014. Retrieved October 9, 2014.
  6. Sam (January 18, 2014). "Online streaming of Makoto Shinkai'sDareka no Manazashi (Someone's Gaze // だれかのまなざし) to discontinue in a few days time" Arxivləşdirilib 2014-04-14 at the Wayback MachineThe Otaku's Study. from the original on December 2, 2014. Retrieved October 8, 2014.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.