Dardoqqaz
Dardoqqaz (keçmiş Ulam) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Göyəm inzibati ərazi vahidində kənd.
Dardoqqaz | |
---|---|
41°36′29″ şm. e. 46°33′14″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Dardoqqaz kəndi düzənlikdədir. Keçmış adı Ulam (qəd. türk. "kecid" mənasındadır) olmuşdur. Yaşayış məntəqəsi XVIII əsrdə Dağıstandan gəlmiş avar ailələrinin Dardoqqaz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim dar (keçilməsi çətin olan) və doqqaz (qapı, kecid) sözlərindən düzəlib, "dar kecid" deməkdir.[1]
Əhalisi
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Şəhid
İstinadlar
- Dardoqqaz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.