Daraqlı triton

Daraqlı triton (lat. Triturus cristatus), (Salamandridae) fəsiləsindən (Caudata) dəstəsindan suda-quruda yaşayanlar növü.

  • Status. Azərbaycanda Triturus cristatus carelini (Strauch, 1870) yarımnövü yaşayır. Nadirdir.
Daraqlı triton
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Daraqlı triton
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  668401
NCBI  8323
EOL  1018157
FW  332948

Yayılması. Respublikanın cənub-şərqində (Lənkəran rayonunda) və Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində (Şamaxı və İsmayıllı rayonlarında) tək-tək hallarda təsadüf edilir.

  • Yaşayış yeri. Gündüz həyat tərzi keçirir. Adətən meşəlik, meşə-bozqır və dağ-səhra rayonlarında dəniz səviyyəsindən təxminən 500-600 metrdən 2200 metrə qədər hündürlükdə müşahidə edilir. Açıq sahələrdə yerləşən su hövzələrində, ot bitkisi ilə zəngin, əksərən durğun və temperaturu 12-20 C qədər olub, çox da böyük olmayan təmiz sulu göllərdə, nohurlarda, meşə gölməçələrində, su kanallarında yaşamağı daha çox sevir. Yazda və yayın birinci yarısında ən çox su mühitində yaşayır, iyulun axırında və avqustun əvvəllərində isə quruya çıxır. Burada rütubətli yerlərdə – otların və yarpaqların arasında, çürümüş ağacların, ağac köklərinin altında gizlənir və başlıca olaraq həmin yerlərdə qışlayır. Suda yaxşı üzür, quruda isə ağır ağır-ağır hərəkət edir. Gecələr daha fəal olur. Mart ayından sentyabra qədər fəaldırlar. Oktyabrda qış yuxusuna gedir.
  • Sayı. Məlumat dəqiq deyil.
  • Sayının dəyişilmə səbəbləri. Antropogen amillərin təsiri nəticəsində suyun keyfiyyətinin korlanması daraqlı tritonun populyasiyasına başqa suda-quruda yaşayanlarla müqayisədə daha güclü təsir göstərir. Suların sənaye axıntıları ilə çirklənməsi, kiçik su hövzələrinin qurudulması T. cristatus üçün ən böyük təhlükə təşkil edir.
  • Qorunması üçün zəruri tədbirlər. Çoxalma dövründə triton olan kiçik su mənbələrini qorumaq lazımdır.
  • BIZ ONLARI QORUMALIYIQ
  1. Integrated Taxonomic Information System (ing.). 2005.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.