Daqqa papaq

Daqqa papaq — Dəridən tikilmiş hündür papaq.[1] Papağın sağanağı qaragül dərisindən, üst qapağı isə mahuddan tikilirdi. Bəzi bölgələrdə ona "üstlü", yaxud "qapaqlı" papaq da deyilirdi. Ümumiyyətlə, qaragül dərisindən tikilən sağanaqlı papaqların hamısı "börk" və ya "sür papaq" adlanardı.

İstinadlar

  1. "Daqqa papaq". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.