Daqomıs
Daqomıs — Krasnodar diyarının Soçi şəhər kurort ərazisinə daxil olan şəhər tipli qəsəbə.[2]. 1961–2019-cu illərdə Soçi şəhərinin mikrorayonu idi. Lazarevski rayonunun Lazarevskoe mikrorayonundan sonra ikinci böyük mikroroyon idi. 1958-ci ildən 1961-ci ilə qədər Daqomıs artıq şəhər tipli qəsəbə (kurort qəsəbəsi) statusuna malik idi. Qəsəbədə Volkovski kənd dairəsinin idarəsi var.
Daqomıs | |
---|---|
rus. Дагомыс | |
43°39′37″ şm. e. 39°39′27″ ş. u. | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Soçi şəhər dairəsi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 16 m[1] |
Saat qurşağı | UTC+3 |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 862 |
Poçt indeksi | 354 207 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Lazarevski rayonunun cənub kənarında, eyni adlı Daqomis çayının aşağı axarında yerləşir. Regional mərkəzdən — Lazarevskoyedən 55 km cənub-şərqdə, Soçinin mərkəzindən 14 km şimal-qərbdə və Krasnodar şəhərindən 280 km cənub-şərqdə (yolla) yerləşir.
Daqomısdən A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Daqomıs dəmir yolu stansiyası fəaliyyət göstərir.
Daqomis Qara dəniz sahilində yerləşir və Qərbi Daqomis və Şərqi Daqomis çaylarının vadiləri boyunca uzanır. Ərazinin relyefi əsasən təpəlikdir, çay dərələri sıldırım və qayalıdır. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən təxminən 30 metr yüksəklikdədir. Mütləq yüksəkliklər dəniz səviyyəsindən 400 metrə çatır.
Şəhərin iqlimi rütubətli subtropikdir. Orta illik hava temperaturu təxminən + 14,2 °C, iyulun orta temperaturu + 24,0 °C, yanvarın orta temperaturu isə + 6,4 °C-dir. Orta illik yağıntı təxminən 1500 mm-dir. Ən çox yağıntı qışda, ən az isə yayda düşür.
Etimologiyası
Daqomıs adının mənşəyinin ehtimal olunan variantlardan birinə görə söz çərkəz sözü "Тыгъэмыпс" dən meydana gəlib. Mənası "kölgəli yer" və ya hərfi mənada "günəşin parlamadığı yer"[3].
Başqa versiyaya görə toponim çərkəzcə "sıx meşə" və ya "yaxşı meşə" mənasını verən "'Дэгумэз'" sözündən gəldiyi. düçünülür.[4]
Əhalisi
2017-ci ilin məlumatına əsasən mikrorayonun əhalisi 19 458 nəfərdir.
İqtisadiyyat
Mikrorayon iqtisadiyyatında əsas rolu kurort və turizm oynayır. Mikrorayonda onlarla sanatoriya, pansionat, istirahət mərkəzləri, müxtəlif səviyyəli mehmanxanalar var. Özəl sektor geniş yayılmışdır. Mikrorayonun gəlirlərinin çox hissəsini təşkil edən xidmət sahəsi inkişaf edib.
İstinadlar
- GeoNames (ing.). 2005.
- Реестр наименований географических объектов на территорию Краснодарского края по состоянию на 23.06.2020 Arxivləşdirilib 2020-07-29 at the Wayback Machine // Государственный каталог географических названий (Росреестр)
- "Посёлок Дагомыс". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
- "Топонимика слова Дагомыс". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.