Ensizyarpaq canavargiləsi
Ensizyarpaq canavargiləsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Ensizyarpaq canavargiləsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Azərbaycanda yayılması
Təbii halda Naxçıvan MR-də, 2000 m yüksəkliyində və Göyçay rayonunda rast gəlinir.
Statusu
Azərbaycanın nadir bitkisidir. VU D2.
Bitdiyi yer
Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir.
Təbii ehtiyatı
Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri
Hündürlüyü 1–2 (3) m olan budaqlı koldur. Budaqların qabığı bozdur; cavan zoğları qırmızımtıl-qonurdur. Yarpaqları dərili, xətvarı lansetvarı, hər iki ucu biz, uzunluğu 2,5–6 sm, eni 4–7 mm, çılpaq və ya seyrək tükcüklüdür. Çiçək qrupları başcıqlı və ya budaqların uclarında başcıq salxımlıdır; çiçəkləri çəhrayı və ya qonur, 4–12 ədəd, qısa çiçək saplaqlarında xırda, teztökülən, sıxtükcüklü, çiçəkaltlıqlıdır. Çiçəkyanlığı meyvələrdə qalan, üstdən sıx, xırda tükcüklüdür. Borucuğu silindrik, uzunluğu 6–8 mm, sonradan şarşəkilli qabarıq olub hissələri yumurtavarı, ucu biz, 2–3 dəfə borucuqdan qısadır. Yuxarı cərgənin erkək-ciklərinin tozluqları çiçək yanlığının borucuğundan çıxır. Yumurtalığı ipək tükcüklüdür. Dişicik ağzı başcıqlı, oturaqdır. Çəyirdəyi şarşəkilli, tüklü, narıncı və ya narıncı, qırmızıdır. May, iyun aylarında çiçəkləyir, iyul, avqust aylarında meyvə verir.
Çохalması
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliy-yətidir.
Becərilməsi
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
Zəruri qoruma tədbirləri
Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Ədəbiyyat
- Деревья и кустарники СССР. т.4.1958;
- Флора Азербайджана. т.6. 1955;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycanın "Qırmızı" və "Yaşıl Kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I–III cildlər. 2005; 2006; 2008;
- Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri, 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
İstinadlar
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine