Daniyal (peyğəmbər)
Daniyal,[1] həmçinin Dənyal[2] və ya Daniel[3] (ərəb. دانيال Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir.
Etimologiya
E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir.
Həyatı və nəsli
Uşaqlıq illəri
Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür. Buna görə də o israiloğullarının nəslindən olan oğlan uşaqlarınının öldürülməsini əmr edir. Bu səbəbdən Daniyal peyğəmbər doğulanda kral onun dağ başında bir mağaraya salınmasını əmr edir. Mağarada bir erkək və bir dişi aslan tərəfindən böyüdülən Daniyal böyüdüyü zaman qövmünün yanına qayıdır.
Tarsusda qıtlığın yaşandığı bir dövrdə şəhərə dəvət edilən Daniyal peygəmbərin gəlməsi ilə bolluq olur. Buna görə də Daniyal peyğəmbər Babilə geri göndərilməmiş və öldükdən sonra da Tarsusda indiki Məqam məscidinin olduğu yerdə dəfn edilmişdir.
IV İslam xəlifəsi Əli Daniyal peyğəmbər haqqında “O, nəbi olmayan bir rəsul idi” demişdir.
Əsir edilərək Babilə aparılması
Babil hökmdarı II Navuxodonosor Beytülməqdisi yandıraraq israiloğullarının uşaqları arasından seçib sərkərdələrinə payladığı əsir uşaqlar arasında Daniyal peyğəmbər də, var idi. Babil əhalisi, II Navuxodonosora müraciət edərək; “İsrailoğullarından əsir edilən bu uşaqları, bizə verməyini, səndən istəmişdik. Sən də, onları, bizə vermişdin. Vallah, onlar, bizim yanımızda olduqları müddətdə, qadınlarımızın, bizi tanımadıqlarını, onlarla maraqlandıqlarını və üzlərini, onlara çevirdiklərini görürük. O uşaqları, ya bizim aramızdan çıxar, al, ya da onları, öldür!” dedilər. II Navuxodonosor; “İçinizdən, hər kim, əlindəkini öldürmək istəyirsə, öldürsün!” dedi. Öldürülmək üzrə olduqları zaman sağ qalmaları üçün, Allaha yalvardıqdan sonra, II Navuxodonosor tərəfindan öldürülməyən Daniyal peyğəmbərlə Hananya, Azarya ve Mişaye Babil zindanına atılmışdırlar.
Babil Kralı II Navuxodonosorun yuxusunu yozması
Bu zaman, II Navuxodonosor; bir yuxu görmüşdü, ancaq, yuxusunda onu təəcübləndirən şeyi xatırlamırdı. II Navuxodonosor, gördüyü yuxudan qorxmuşdu. Sehrbazlardan, kahinlərdən, bunun yozmasını soruşmuşsa da, onlar, yoza bilməmişdilər. Daniyal peyğəmbər, zindanda olduğu zaman bunu eşitdi. Zindançı; Daniyalın orda qaldığı müddətdə doğruluğunu görüb bəyənmişdi və ona hörmətlə yanaşırdı. Daniyal Peyğəmbər, ona: :
Sən, mənə bir yaxşılıq et: Sahibinə de ki, gördüyü yuxunu yoza bilərəm.
|
dedi. Zindançı, gedib Daniyalın sözünü, II Navuxodonosora xəbər verdi. Bundan sonra, II Navuxodonosor, peyğəmbər oğullarından Daniyal peyğəmbəri və üç dostunu hüzuruna çağırtdırdı. II Navuxodonosorun qarşısında, ona, səcdə etmədikcə, heç kimsə dura bilməzdi. Ancaq, Daniyal, onun önündə səcdə etmədən ayaqda durdu. II Navuxodonosor, ona: “Səni, mənə, səcdə etməkdən çəkindirən nədir?” deyə soruşdu. Daniyal peyğəmbər, :
Mənim bir Rəbbim var ki, mənə, elm və hikmət vermişdir. Ondan başqasına səcdə etməməyimi də mənə, əmr etdi. Mən, ondan başqasına səcdə edəcək olsam, Onun, mənə verdiyi elmi, məndən almasından və məni, həlak etməsindən qorxuram! |
dedi. II Navuxodonosor; Daniyal Peyğəmbərin verdiyi cavaba heyrət etdi və “Bəli! Səcdə etmə! Sən, əhdinə vəfa etməklə, çox yaxşı iş görmüş oldun və sənə verilən elmin şərəfini yüksəltmiş, qorumuş oldun.” dedikdən sonra: “Səndə, bu gördüyüm yuxunun elmi izahı və ya yozumu vardırmı?” deyə soruşdu. Daniyal Peyğəmbər, “Bəli!” dedi. II Navuxodonosor, “Görmüş olduğum yuxunu, sonra, mənə görmüş olduğum yuxuda məni heyrətdə buraxan şeyin nə olduğunu deyə bilərsənmi” deyə soruşdu. Daniyal Peyğəmbərlə dostları: :
Sən, o yuxunu, bizə xəbər ver, biz də sənə, onun yozumunu xəbər verək. |
dedilər. II Navuxodonosor, “Mən, onu xatırlamıram. Əgər, siz, mənə, onun yozumunu xəbər verməsəniz, çiyin sümüklərinizi yerindən çıxatdıracağam!” dedi. Daniyal Peyğəmbərlə üç dostu, II Navuxodonosorun hüzurundan çıxdılar. Allaha, dua etdilər. Uca Allah da, onlara, soruşulan şeyi şeyi öyrətdi. Onlar, həmən II Navuxodonosorun hüzuruna getdilər. Ona, “Sən, bir heykəl görmüsən!” dedilər. II Navuxodonosor, “Doğru söylədiniz!” dedi. Daniyal Peyğəmbər və dostları “O heykəlin iki ayağı: keramikadan, iki dizi və iki baldırı tuncdan; qarnı gümüşdən; sinəsi qızıldan; başı və boynu dəmirdən idi!” dedilər. II Navuxodonosor, “Doğru söylədiniz!” dedi. Daniyal Peyğəmbərlə dostları: “Sən, onu, heyrətlə seyr etdiyin zaman, Allah, onun üzərinə, göydən, bir qaya saldı və onu, onu dağıtdı! Sənə, yuxunu unutduran da, bu idi.” dedilər. II Navuxodonosor, “Doğru söylədiniz!” dedi və: “Bu yuxunun yozumu, nədir?” deyə soruşdu. Daniyal Peyğəmbərlə dostları,
Bu yuxunun yozumu, belədir, Sənə, kralların qüdrət və güc vəziyətləri göstərilmişdir ki, onlardan, bəzisinin qüdrət və gücü, bəzisindən, daha zəif və yumuşaq idi. Bəzisinin, qüdrət və gücü, bəzisindən, daha gözəl idi. Bəzisinin qüdrət və gücü də, bəzisindən, daha sərt və qatı idi. İlk qüdrət ve güc: Keramika olub o, qüdrət və gücün ən zəifi və yumşağıdır. Sonra, onun üstündə tunc olub o, öncəkindən daha üstün və daha sərtdir. Sonra, tuncun üstündə gümüş olub o, tuncdan daha üstün və daha gözəldir. Sonra, gümüşün üstündə qızıl olub o, gümüşdən daha gözəl və daha üstündür. Ən üstündə olan dəmir, sənin qüdrət və gücündür ki, o, hökümdarların ən qatısı və özündən öncə olanların ən qüdrətlisidir. Sənin görmüş olduğun və üzərinə, göydən Allahın salıb heykəli yerə sərən qaya isə, Allahın, (səmadan endirəcəyi Kitabla) axir zamanda göndərəcəyi bir peyğəmbərdir ki, o, hamısını dağıdacaq, əmir, onun olacaq, ona, çatıb dayanacaqdır! |
dedilər.
Daniyal peyğəmbərin II Navuxodonosor yanında yüksək etibar qazanışı
Daniyal Peyğəmbər; II Navuxodonosorun yuxusunu, xəbər verdiyi və yozduğu zaman, II Navuxodonosor, ona və onun dostlarına, çox ikram etdi. Daniyal Peyğəmbəri, tez-tez , hüzuruna qəbul edər, görəcəyi işləri, ona və onun dostlarına məsləhət edərdi. Daniyal Peyğəmbəri, üstün mövqelərə gətirdi. Daniyal Peyğəmbər, II Navuxodonosorun yanında, insanların ən şərəflisi və ən sevimlisi olmuşdu.
Daniyal Peyğəmbərin vəfatı, cəsədi və Qəbri
Daniyal Peyğəmbər, bir müddət, Babil də yaşadı. Babildən ayrıldıqdan sonra, Xuzistanın Şuş şəhərinə getdi. Orada, vəfat etdi. II İslam Xəlifəsi Ömərin xəlifəliyi zamanında Şuş şəhəri, Əbu Musa əl-Əşari tərəfindən fəth edildi. Əbu Musa Əşhaari, Şuş kralı Saburu, öldürdü. Şuş şəhərini, tutdu. Şəhərdə tapılan şeyləri, Saburun mal və mülklərini qənimət olaraq aldı. Mal depolarını, dolaşıb onların içində tapılanları, alarkən, bir meydanda, kilidli bir anbara rast gəldi, anbarın kilidi, qalayla möhürlənmişdi. Əbu Musa Əşhaari kilidi, qırdırdı və qapını açdırdı. Əbu Musa Əşhaari, anbara girib baxdığı zaman, uzun, hovuz kimi oyulmuş bir daş və içində də, qızıl sırıq ilə toxunmuş bir kəfənlə kəfənlənmiş, başı açıq, ölü bir adam gördü! Əbu Musa Əşhaari də, yanında olanlar da, ölü şəxsin boyunun uzunluğuna heyrət etdilər. Sonra, onlar, onun burnunu, qarışladılar. Bir qarışdan çox olduğunu gördülər. Əbu Musa Əşhaari, Xəlifə Ömərə bir yazı yazıb Şuş şəhərindən, Allahın, onlara nəsib etdiyi şeyləri xəbər verdi və ölü şəxs haqqında da yazdı. Ömər bu məktubu oxuduğu zaman, bu şəxs haqqında məlumat əldə etməyə çalışdı, ancaq heç kimin, onun haqqında bir məlumatı yox idi. Ancak, Əli, “Bu şəxs, Daniyal Hakimdir, Rəsul olmayan bir Nəbidir. Qədim zamanda, II Navuxodonosorun və ondan sonrakı krallardan bəzisinin yanında olmuşdur.” dedi. Xəlifə Ömər, Əbu Musa Əşhaariyə yazı göndərdi və onun üzərinə, cənazə namazını qılmasını və onu, Şuşluların tapa bilməyəcəyi bir yerdə dəfn etməyini, əmr etdi.
Əbu Musa Əşhaari, yanında olan müsəlmanlarla birlikdə onun cənazə namazını qıldı. Suyu çəkilən çay yatağının ortasına qəbrini qazdırıb, dəfn etdi.
Məzarının Tapılması
II İslam Xəlifəsi Ömərin 17-ci Hicri ilində Tarsusu ələ keçirməsindən sonra Danyal Peyğəmbərin məzarı açılmış və qızıl ipliklə toxunmuş qumaşa sarılmış uzun boylu bir cəsəd görülmüşdür. Başından keçən macəraların simvolu olaraq barmağındakı üzüyün qaşında biri erkək olan digəri dişi iki aslanın arasında gənc bir uşaq işlənmişdir. Cəsədin yəhudilər tərəfindən oğurlanmamağı üçün Ömərin əmri üzərinə əvvəlki yerində dərin bir şəkildə məzarı yenidən qazılmış və üzərindən də Bərdan Çayından gələn kiçik bir qolun suyu keçirilərək heç kimsənin məzara əl vurmaması təmin edilmişdir. Beləcə məzar təhlükəsizliyə alınmışdır. Məscidi son təmiri zamanı çox dərinlərdə məscidin arxa və alt qismində suyun giriş yerində qalın və müntəzəm mazgal dəmirləri çıxmışdır. Daniyal Peyğəmberin cəsədi bu mazgallardan keçən suyun çox aşağısında yerləşir.[4]
İstinadlar
- "Peyğəmbərlərin gələcəkdən xəbər verən kitabları". Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı. 14 okt 2014. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- https://www.jw.org/az/kitabxana/m%C3%BCq%C9%99dd%C9%99s-kitab/nwt/m%C3%BCnd%C9%99ricat/D%C9%99nyal/2/
- "Azərbaycan dilində Müqəddəs Kitab DANİEL 1". ebible.org. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- M. Asım Köksal, Peygamberler Tarihi, Türkiye Diyanet Vakfı Yayınları: 2/121-122.