Danimarka coğrafiyası

Danimarka Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Danimarka Yutlandiya yarımadası və Baltik dənizindəki bir neçə adadan ibarətdir. Bu ərazini Danimarka Arxipelaqı olaraq da adlandırılar. Ölkənin ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir.

Sərhədləri

Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir.

Fiziki coğrafiyası

Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən SkagerrakKattegat boğazlarına nəzarət edir.

Sahəsi, Almaniya ilə sərhəd olan Yutlandiya yarımadasının çoxunu əhatə edir. Ölkənin qərbində Şimali dənizi, şərqində isə Baltik dənizi yerləşir. Danimarka təxminən 406 adadan (78-də yaşamaq mümkündür) ibarət olan Danimarka Arxipelaqı, qərb adaları (Fyun (dan. Fyn), İxoy (dan. Ærø), Tausiq (dan. Tåsinge) və Lanqeland (dan. Langeland)) və şərq adaları (Zelandiya (Sjælland), Möen, Falster, Lolland (Laaland) və Börnhölm) olaraq iki qrupa bölünürlər. Qrinlandiya və Farer Adaları, Danimarkanın muxtar vilayətləridir

Ölkənin ümumi sahəsi (Baltik dənizindəki Börnhölm adası da daxil, ancaq Farer Adaları və Qrinlandiya istisna olmaqla), 43.094 km²-dir. Bu sahəsinin 29.766 km²-i Yutlandiya yarımadasına düşür. Yutlandiya yarımadası Danimarkanın tək quru sərhədindən 300 kilometr şimala uzanır.

Relyefi

Ölkənin ərazisində yerləşən ən köhnə torpaqlar Mezozoy dövründən qalmışdır. O dövrlərdə, Cənubi Skandinaviya masifini əhatə edən geniş bir dəniz var idi. Bu səbəbdən Danimarka, Skandinaviya ölkələrindən geoloji olaraq fərqli bir ölkədir.

Çaylar, göllər və sahillər

Danimarkanın çayları qısadır. Onlardan ən uzunu Quden çayıdır (149 kilometr). Buna görə Danimarka çaylarında su elektrik stansiyası qurmaq olmaz. Danimarka relyefinin əksəriyyəti düz ərazidən ibarət olduğuna görə, çoxlu sayda göl yaranmışdır.

Danimarkanın 7,500 kilometrlik bir sahil xətti var.

Kiçik Kəmər boğazı, Yutlandiya yarımadasının Fyon adasından ayırır. Boğazın cənub-şərqində, Lanqeland Adası yerləşir. Danimarkadakı Böyük Kəmərin şərqində, paytaxt Kopenhageni ehtiva edən Zelandiya adası yerləşir.

Yutlandiya yarımadasının şimalında bir neçə dərin boğazlar mövcuddur. Bunların ən uzunu Limford və Mariyager Fyord boğazlarıdır. Danimarkanın şərq sahilində, Baltik dənizində ölkəyə aid olan 443 ada yerləşir.

Həmçinin bax

İstinadlar

Mənbə

    ""Europe :: Denmark" ([[Azərbaycan dili|azərb]]. "Avropa :: Danimarka")" (ingilis). CIA. 2017-07-11. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.