Danimarka-İslandiya Birləşmə Aktı
Danimarka-İslandiya Birləşmə Aktı — 1 dekabr 1918-ci ildə Danimarka və İslandiya Altinqi arasında imzalanmış akt. Bu akt sayəsində Danimarka kralı X Kristian həm də İslandiya kralı olurdu, xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu. Akt tərəflərə şərtlər dəyişərsə aktdan çəkilmək imkanı verirdi. Bunun sayəsində İslandiya krallığı 1944-cü ildə ləğv olunmuşdu. [1]
İstinadlar
- "Axis Rule in Occupied Europe - Raphael Lemkin". 2016-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.