Daniel Manin

Daniel Manin (13 may 1804 – 22 sentyabr 1857) — İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi,çox İtalyan tarixçısı tərəfindən İtaliya Birliyinin (isorgimento) qəhrəmanı kimi qəbul edilir.[2]

Daniel Manin
it. Daniele Manin
Doğum tarixi
Doğum yeri Venesiya, Avstriya imperiyası
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Paris, Fransa krallığı
Vəfat səbəbi Xəstlik
Dəfn yeri Ary Schefferin ailə qəbirstanlığı, 1868-ci ildən Venesiya fəxri xiyabanı
Atası Pietro Bellotto
Anası Anna Maria Bellotto
Milliyyəti İtalyan
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, hərbi qulluqçu
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Maninə həsr olunmuş əsər.Luigi Borro.Venesiya.

Erkən həyatı

Daniel Manın 1804-cü ilin 13 mayında Ramo Astoridə, Anna Mariya və Bellotto Pietronun ailəsində dünyaya gəlmişdir, hal-hazırda da onun anadan olduğu evdə bu memorial lövhə elə qeyd olunmuşdur.Danielin ailəsi yəhudi mənşəyə malik olmuşdur.Babası Samuele Medina idi və Veronada qalırdı, Medina 1759-cu ildə xristianlığı qəbul etdi və Manın adını qəbul etdi.Buna səbəb varlı şəhər sakini olan Lodoviko Manının ona sponsor olması idi.Daniel Manın Paduyada mükəmməl səviyyədə hüquq elmini öyrənir və işləmək üçün doğma şəhəri olan Venesiyaya geri dönür.Həyatının erkən çağlarından Daniel Manın LombardiyaVenesiyanı işğal altında saxlayan Avstriya İmperiyasına dərin nifrət hissləri ilə tərbiyə olunmuşdur.

İnqilabı Lider

Qəhrəmancasına lakin sonda nəticəsiz qalan Bandiera Qardaşları təşkilatının ümidsiz cəhdləri Venesiyada azadlıq uğrunda mübarizəni daha da qızışdıran birinci hadisə idi.Daniel Manın 1844-cü ildə Neopalitan Burbonlarına qarşı Avstriya hərbi donanmasında xidmət etmişdi.Manın 1847-ci ildə Venesiya konqresinə imperatora petisiya ünvanlamaq və imperatoru xalqın istəyi barədə xəbərdar etmək barədə tələb irəli sürdü.Lakin o, 1848-ci ildə dövlət satqını ittihamı ilə həbs olundu.Lakin bu 1848-ci ilin yanvar ayının 12-də Palermodan başlanmış İtaliya inqilabının ən qızğın nöqtələrindən olan Venesiyada da inqilabı başlatdı.Daniel Maninin həbsinə etiraz olaraq Venesiyalılar kütləvi etirazlara qalxdılar, Maninin xalq arasında olan nüfuzu daha da yüksəldi.Artıq 2 aydan sonra Avropanın çox hissəsi kimi İtaliyada bütünlüklə inqilablar içində idi.Xalqın artan təzyiqi nəticəsində Venesiyanın Avstriya canışını (qubernatoru) Qraf Erdody Pallfy Alajos Daniel Manini həbsdən azad etməyə məcbur oldu(17 martda).Avstriyalılar tezliklə şəhərə nəzarəti itirdilər.Hərbi arsenal inqilabçıların əlinə keçdi.Manın Müvəqqəti Hökumətin rəhbəri seçıldı.26 martda San-Marko Respublikasının yaradıldığı elan olundu(San-Marko meydanında elan olunduğu üçün belə adlanır).Manın respublikanın prezidenti oldu.7 avqustda Manın hakimiyyətindən Piemont krallığının xeyrinə əl çəkdi.Lakin Kustozo düyüşündə Piomont krallığı Avstriya tərəfindən məğlub edildi və Salasko sülhünə görə Venesiya və Lombardiya Avstriyaya geri qaytarılırdı.Bundan sonra Venesiyalılar şəhərdə olan ali komissarlarını daş-qalaq etdilər,Manın onların həyatını çətinliklə qorudu.Bundan sonra Venesiyada Triumvirat yaradıldı və Manın onun başçısı oldu.1848-ci ilin sonuna doğru şəhər materik tərəfdən mühasirəyə alındı.1849-cu ilin əvvəlində Manın yenidən prezident seçildi.Şəhərin müdafiəsinin rəbəri təyin olundu. Avstriya ilə yenidən müharibəyə başlayan Karl Albert 1849-cu ilin martında yenidən məğlub oldu(Novara döyüşü). Bundan sonra yığıncaq "Müqavimətin Hər Hansı Qiyməti" adlı qərar qəbul etdi.Bu qərara əsasən Manınə qeyri-məhdud səlahiyyətlər verilirdi. Bu anda Avstriya qoğunları şəhəri tamamilə mühasirəyə aldı.Şəhərin müdafiəsinə köməyə Neopol krallığından general Guglielmo Pepenin başçılığı ilə hərbi qüvvələr göndərilmişdi.Ancaq may ayınnı 26-da Venesiyalılar Marghera portunu tərk etməyə məcbur oldular, iyulda şəhərdə vəba yaılmağa başladı.Bu zaman Avstriya qoşunları şəhəri bombardman etməyə başladılar.Sardiniya hərbi donanması Adriatik dənizini tərk edən kimi, Avstriya hərbi donanması şəhərə həmçının dəniz yolu ilə hücuma başladı.Artıq şəhər əhalisi arasında da narahatlıq artırdı.1849-cu ilin 24 avqustunda şəhərdə silah-sursat tükəndi, ‘alicənab razılaşma ’ imzalandı.Manın, Pepe və başqa rəhbər şəxslər şəhəri tərk etdilər.27 avqustda Manın fransız gəmisində həmişəlik Venesiyanı tərk etdi[3].

Sürgün illəri

Onun həyat yoldaşı Marseldə vəfat etdi.Özü isə Fransaya gələn zaman dənizdə xəstələndi.Parisdə yaşamağa və işləməyə başladı.Orada İtaliyalı sürgünlər arasında lider oldu.Orada o, respublikanizmdən monarxizmə doğru ideologiyasını dəyişdi.O, inanırdı ki, İtaliya yalnız Kral Viktor Emmanuelin himayəsi altında birləşə bilər.O, Georgi PallaviciniGiuseppe La Farina ilə Piemont krallığı altında birləşmək ideyasını yaymaq üçün ‘Societa Nazionale İtaliana’ təşkilatının əsasını qoydu.Buna baxmayaraq, qızının acınacaqlı həyatı ona təsir etdi.Onun qızı 1854-cı ildə vəfat etdi.Özü isə, 1857-ci ildə 22 sentyabrda vəfat etdi, Ary Schefferin ailə qəbirstanlığında dəfn olundu.Venesiyanın azad edilməsindən sonra onun qalıqları Venesiyaya gətirildi, Santa Krokenin Bazilikasında basdırılır. Vəfat etdiyi dövrdən bu günədək o,ona müxtəlif heykəllər və memoral abidələr həsr olunmuşdur.

İstinadlar

  1. Gottardi M. MANIN, Daniele // Dizionario Biografico degli Italiani (it.). 2007. Vol. 69.
  2. Martin, Henri (1859), D. Manin, Paris.
  3. Cook Thomas and son, 1874

Ədəbiyyat

  • H.Rövşən, "Yeni dövr Avropa tarixi" Bakı,);
  • Jonathan, "The Siege of Venice" Keates, 2005);

Xarici keçidlər

  • Errera, A, Vita di D. Manin (Italian), Venke, 1872.
  • de la Farge, P, Documents, &c., de D. Manin (French), Paris, 1860.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.