Dani Rodrik

Dani Rodrik (14 avqust 1957[1][2][…], İstanbul[3]) — Türk iqtisadçı. Hazırda Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat üzrə professor kimi fəaliyyət göstərir.[4]

Dani Rodrik
Doğum tarixi 14 avqust 1957(1957-08-14)[1][2][…] (66 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Elm sahələri Beynəlxalq siyasi iqtisadiyyat
İqtisadiyyat
Elmi dərəcəsi Fəlsəfə doktoru
Elmi adı Professor (1990)
İş yeri Harvard Universiteti
Təhsili
Tanınır Rodrik trilleması
Dani Rodrik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dani Rodrik 1957-ci ildə İstanbulda yəhudi əsilli ailədə doğuldu. 1976-cı ildə İstanbulda Robert Kollecindən məzun oldu. Dövlət idarəçiliyi üzrə bakalavr və magistr təhsilini ABŞ-nin Harvard Universitetində aldı. Ardınca Prinston Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili aldı.

1990-cı ildə professor olan Rodrik, 1982-ci ildən Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğuldur.

Dani Rodrik ehtiyatda olan türk general Çətin Doğanın qızı, Harvard Universitetinin müəllimi Pınar Doğanla evlidir.

Elmi fəaliyyəti

Dani Rodrikin tədqiqat sahəsi qloballaşma, beynəlxalq iqtisadiyyat, siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi artım, gəlir və tədiyyə balansı bərabərsizliyi kimi mövzuları əhatə edir. Nəşrləri də əsasən bu mövzulardadır.

Seçilmiş kitabları

  • Rodrik, Dani (2007). "One Economics, Many Recipes". Princeton University Press. ISBN 0-691-12951-7.
  • Rodrik, Dani (2011). The Globalization Paradox. Norton & Company, Inc. ISBN 978-0-393-07161-0.
  • Rodrik, Dani (2003) ed. "In Search of Prosperity: Analytic Narratives on Economic Growth". Princeton University Press. ISBN 0-691-09268-0.
  • Rodrik, Dani (1997). "Has Globalization Gone Too Far?". Institute for International Economics. ISBN 0-88132-241-5.

İstinadlar

  1. Bondarenko P. Dani Rodrik // Encyclopædia Britannica (ing.).
  2. Dani Rodrik // Munzinger Personen (alm.).
  3. Deutsche Nationalbibliothek Record #121942325 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Dani Rodrik Ford Foundation Professor of International Political Economy at Harvard's John F. Kennedy School of Government". harvard.edu (ingilis). Harvard Universiteti. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fev 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.