Danganronpa: Trigger Happy Havoc

Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOSAndroid platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır.

Danganronpa: Trigger Happy Havoc
Vizual romanın üzlüyü.
ダンガンロンパ 希望の学園と絶望の高校生
(Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei)
Janr müəmma, cinayət, döyüş-macəra
Video oyun
HazırlayanSpike / Spike Chunsoft
Abstraction Games (PC)
Nəşr edən
  • BD: Spike Chunsoft
  • YP: Spike (PSP)
AV/ŞA NIS America (PSV/PS4)
RejissorKazutaka Kodaka
ProdüserYuiçiro Sayto
BəstəkarMasafumi Takada
Janrmacəra, vizual roman
PlatformaPSP, iOS, Android, PS Vita, Microsoft Windows, OS X, Linux, PS4
Buraxılış tarixiPSP
iOS, Android
PS Vita
  • YP: 10 oktyabr 2013
  • TV: 16 yanvar 2014[3]
  • AV: 14 fevral 2014
Microsoft Windows, OS X
  • BD: 18 fevral 2016
Linux
  • BD: 23 fevral 2016
PS4
  • BD: 2017
Manqa
YazıçıSpike Chunsoft
RəssamHacime Toya
NəşriyyatEnterbrain
JurnalFamitsu Comic Clear
Demoqrafiyaşonen
Nəşr tarixi24 iyun 2011 – 18 oktyabr 2013
Cildlər4
Manqa
Danganronpa/Zero
ManqakaTsuyoşi Kodakazu
RəssamRui Komatsuzaki
NəşriyyatXinghai Fictions
Nəşr tarixi15 sentyabr 2011 – 13 oktyabr 2011
Cildlər2
Manqa
Danganronpa: The Animation
YazıçıTakaşi Tsukimi
RəssamHacime Toya
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyat
JurnalMonthly Shōnen Ace
Demoqrafiyaşonen
Nəşr tarixi26 mart 2013 – 26 iyul 2014
Cildlər4
Anime
RejissorSeyci Kişi
SsenaristMakoto Uezu
BəstəkarMasafumi Takada
StudiyaLerche
Digər lisenziyalar
AVA
Madman Entertainment
Funimation
Manga Entertainment
KanalMBS, TBS, CBC, BS-TBS
Digər kanallar
Animax Asia
Buraxılış tarixi4 iyul 2013 – 26 sentyabr 2013
Seriyalar13 (seriya siyahısı)
Manqa
Danganronpa Kirigiri
ManqakaTakekuni Kitayama
RəssamRui Komatsuzaki
NəşriyyatXinghai Fictions
Nəşr tarixi13 sentyabr 2013 – hazırda
Cildlər4
Video oyun
HazırlayanSpike Chunsoft
Nəşr edən
  • BD: Spike Chunsoft
PlatformaPS4
Buraxılış tarixi13 oktyabr 2016

Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır.[4] Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır. Hər iki oyun 2017-ci ilin əvvəllərində PlayStation 4 platforması üçün buraxılacaq.

"Danganronpa Another Episode: Ultra Despair Girls" adlı spin-off oyunu 2014-cü ildə PS Vita platforması üçün buraxılmışdır.[6] Sikvel anime serialı "Danganronpa 3: The End of Hope's Peak High School" 11 iyul 2016-cı ildə yayımlanmağa başlamışdır.[7] Üçüncü oyun "New Danganronpa V3: Minna no Koroshiai Shingakki" PS Vita və PlayStation 4 platformaları üçün anons edilmişdir.[8]

Geympley

Oyundan skrinşot. Personaj: Cunko Enoşima.

"Danganronpa: Trigger Happy Havoc" oyununda oyunçu özünü Ümidin Zirvəsi Akademiyasında ölüm oyununda Makoto Naeqinin rolunda çıxış edir. Geympley "Ace Attorney" seriyasının geympleyini xatırladır: oyunçu əsasən tədqiqatlarla məşğul olur və ziddiyyətləri araşdırır. Lakin geympley daha sürətlidir. Oyunun hər fəsli iki cür geympley təqdim edir: Məktəb həyatı – oyunçu akademiyanı kəşf edir və hekayədə irəliləyir; Sinif məhkəmələri – oyunçu cinayətin müqəssirini müəyyənləşdirməyə çalışır.

Məktəb həyatı geympleyində oyunçu birinci şəxs prespektivindən akademiyanın mərtəblərini kəşf edir. Hekayədə irəlilədikcə daha çox yerlə tanış olmaq olur. Oyunçu müxtəlif otaqlara daxil ola, digər personajlarla ünsiyyətdə ola və ətraf mühiti araşdıra bilərlər. Müəyyən obyektləri araşdırdıqda Monakuma medalları qazanmaq olar. Monakuma medallarından istifadə edərək akademiyadakı kapsul maşınından hədiyyələr əldə etmək mümkündür. Məktəb həyatı iki yerə bölünür: Gündəlik həyat və Ölümcül həyat. Gündəlik həyatda oyunçu müxtəlif personajlarla ünsiyyətdə olur və hekayədə irəliləyir. Müəyyən şərhlərin köməyi ilə yeni məlumatlar əldə etmək olar. Tərtib olunmuş "Asudə vaxt" seqmentlərində oyunçu müxtəlif personajlarla vaxt keçirmək və onlara hədiyyələr vermək olar. Bunun qarşılığında personaj oyunçuya özü haqqında əlavə məlumatlar verir və Sinif məhkəmələrində istifadə etmək üçün müxtəlif bacarıqların kilidi açılır. Cinayət səhnəsi kəşf olunduqda "Ölümcül həyat" başlayır. Bu zaman oyunçu akademiyada ipucular axtarmalıdır. Sübutlar və ipucular oyunçunun elektron əl kitabçasında toplanır. Bütün mümkün sübutlar tapıldıqdan sonra Sinif məhkəməsi başlayır. Sinif məhkəməsindən öncə oyunçu açdığı hansısa bacarıqdan istifadə edə bilər.

Sinif məhkəmələri oyunun ən əsas hissəsidir. Bu hissədə personajlar qatilin kim olduğunu müzakirə etməlidirlər. Oyunçunun bir neçə seçimdən ibarət suala cavab verməsi və ya sübut təqdim etməsi halları istisna olmaqla, Sinif məhkəməsi 4 cür geympley stilinə malikdir: Fasiləsiz debat, Cəlladın qambiti, Güllə döyüşü və Yekunlaşdırıcı mübahisə. Əsas hissə Fasiləsiz debatdır. Bu hissədə personajlar avtomatik olaraq hadisə haqqında öz fikirlərini bölüşürlər və "zəif nöqtələr" sarı rəngdə göstərilir. Bu hissələrdə oyunçu "Doğruluq güllələri" ilə silahlanır. "Doğruluq güllələri" metaforik olub məsələyə daxil olan sübutlardan ibarətdir. Debatı başa çatdırmaq üçün oyunçu yalanları və ya "zəif nöqtələr"lə ziddiyyət təşkil edən faktları tapmalı və onları "Doğruluq güllələri" ilə vurmalıdır. Oyunçu ekstra vaxt qazana və daha asan "atəş açmaq" üçün konsentrasiyametrdən istifadə edərək söhbəti yavaşlada bilər. Bu hissələr oyunun gedişində getdikcə çətinləşir və əlavə "zəif nöqtələr" əlavə edilir. Sonrakı məhkəmələrdə bəzən oyunçuya bir haşiyədən başqasına qarşı mərmi kimi istifadə etməyə icazə verilir. Cəlladın qambiti hissəsində oyunçu atəş açma pazlı oynayır. Oyunçu spesifik hərfləri vurmalı və ipucular əldə etməlidir. Güllə döyüşündə oyunçu müqəssir olan personajla debata çıxır və bu hissə ritm oyunu stilində olur. Ən sonuncu hissə Yekunlaşdırıcı mübahisədə oyunçu komiks striplərini uyğun ardıcıllıqla düzərək cinayətin gedişini müəyyənləşdirməlidir.

Oyunçunun digər personajlar arasındakı etibarı ürəklərlə ifadə olunur. Hər dəfə ziddiyyətləri vurarkən səhv etdikdə və ya yanlış sübut təqdim etdikdə ürəklərin sayı azalır. Düzgün sübut təqdim etdikdə isə ürəklərin sayı artır. Əgər oyunçu bütün ürəklərini itirsə və ya verilmiş vaxt limitini aşsa, uduzmuş sayılır. Məhkəmənin sonunda oyunçular performanslarına görə sıralanır. Yüksək sıralarda olanlar Monakuma medalları qazanırlar.

Hekayə

Hadisələr Ümidin Zirvəsi Akademiyası (希望ヶ峰学園, Kibōgamine Gakuen) adlı elit təhsil müəssisəsində baş verir. Bu akademiya hər il müxtəlif sahələrdə ən yüksək göstəriciləri göstərən "İnanılmaz" tələbələri (超高校級, chō-kōkō-kyū) qəbul edir. Optimist, lakin heç bir fərqləndirici xüsusiyyəti olmayan Makoto Naeqi lotereyada bu akademiyada təhsil almaq hüququ qazanır və "İnanılmaz bəxtəvər tələbə" kimi akademiyaya qəbul olunur. Lakin Makoto akademiyaya daxil olar-olmaz huşunu itirir və oyananda akademiyanın içəridən bağlandığını görür. Bununla yanaşı, akademiyada onunla eyni vəziyyətdə olan daha 14 tələbə ilə qarşılaşır. Bu zaman sadist, uzaqdan idarə edilən Monokuma adlı ağ-qara ayı peyda olur və onlara başa salır ki, ömürlərinin axırına kimi akademiyaya həbs olunublar və məktəb qaydalarını pozsalar, öldürüləcəklər. Bunu heç sayan tələbə Cunko Enoşima Monokuma tərəfindən öldürülür. Lakin akademiyadan məzun olmağın bir yolu var: əgər bir tələbə digər tələbəni öldürsə və müqəssir olmadığı anlaşılmasa, o zaman həmin tələbə akademiyadan məzun olacaq.

Hər dəfə cinayət baş verdikdə "sinif məhkəməsi" (学級裁判, gakyū saiban) keçirilir. Sinif məhkəməsində tələbələr qatilin kim olduğu haqqında müzakirə aparmalıdırlar və səsvermə yolu ilə müqəssirin kim olduğunu müəyyənləşdirməlidirlər. Əgər müqəssir hesab etdikləri şəxs həqiqətən də müqəssirsə, o zaman müqəssir Monakuma tərəfindən edam ediləcək. Əgər səhv şəxsi seçsələr, o zaman müqəssir məzun olacaq və qalan məsum tələbələr edam ediləcək. Məhkəmələrdə aparıcı rolu Makoto oynayır. Bununla yanaşı, keçmişi ilə əlaqədar xatirələrini itirmiş, lakin əla detektiv bacarıqları olan Kyoko Kiriqiri də cinayətlərin üstünün açılmasında vacib töhfələr verir. İlk ölən şəxs Sayaka Mayzono olur və tələbələr müqəssirin Leon Kuvata olduğunu tapa bilirlər. Hekayənin gedişatında Çihiro Fucisaki, Kiyotaka İşimaru, Hifumi Yamada, Sakura Oqami öldürülür və keçirilmiş məhkəmələrdə onların qatilləri (Mondo Ovada və Selestiya Lüdenberq) tapılaraq edam edilir. Kiriqiri akademiyada əslində 15 yox, 16 tələbənin olduğunu aşkarlayır: Mukuro İkusaba. Lakin tezliklə Mukuro İkusabanın cəsədi tapılır. Baş tutan məhkəmədə bütün dəlillər Kiriqirini günahkar kimi göstərsə də, Makoto ona inanmağa qərar verir və Monokuma Makotonu səsverməsiz edam etmək qərarına gəlir. Lakin daha əvvəl öldürülmüş Çihironun akademiyanın sisteminə yüklədiyi süni intellekt sayəsində edamdan qurtula bilir. Tezliklə hər şeyin arxasında əslində Cunko Enoşimanın olduğu ortaya çıxır. Məlum olur ki, daha əvvəl öldürülən əslində Cunko deyil, əkiz bacısı Mukuro idi.

Cunko onlara başa salır ki, artıq iki ildir ki, akademiyadadırlar. Bir gün bütün dünyanı bürüyən qlobal "İnanılmaz ümidsizlik" adlı krizis üzündən akademiyanın rəhbərliyi akademiyanı tələbələr üçün sığınacağa çevirmək qərarına gəlibmiş. Lakin İnanılmaz ümidsizliyin gizli üzvü olan Cunko Enoşima akademiyanın müdirini öldürübmüş, nəzarəti ələ keçiribmiş və tələbələrin yaddaşını silibmiş. Cunko istəyirdi ki, akademiyada ilişmiş bu tələbələrin ölüm-dirim oyununu bütün dünyada televiziya vasitəsilə yayımlayaraq ümidsizliyi yaymaq imiş. Lakin artıq bütün planları suya düşən Cunko intihar edir.

Makoto və digər sağ qalmış tələbələr dünyanın hazırkı vəziyyətindən bixəbər şəkildə akademiyanı tərk etmək qərarına gəlirlər. Post-kredits səhnəsində Monokuma müəmmalı şəkildə yenidən aktiv olur və bütün dünyada ümidsizliyi yayacağına and içir.

Oyunçular Məktəb modunu uğurla tamamlamaqla alternativ sonluğa çata bilərlər. Bu sonluqda bütün tələbələr sağ qalır, yaddaşlarının silindiyindən və onları hansı fəlakətin gözlədiyindən bixəbər şəkildə akademiyanı tərk edirlər. Sonluqda ikinci oyunun personajlarından biri olan Monominin kameosunu görmək mümkündür.

İstehsal

Oyunda "2.5D Motion Graphics" adlı xüsusi qrafika texnikasından istifadə olunub. Bu texnika sayəsində 2D formatında olan personajı və əşyanı 3D formatında olan mühitdə təsvir etmək mümkündür. Oyunda pop incəsənətdən, parlaq və rəngli stildən istifadə olunub. Qan rəngi çəhrayı rəngdə verilib. Oyunun ssenarisi Kazutaka Kodaka tərəfindən yazılıb, personajları isə Rui Komatsuzaki dizayn edib. Kodaka deyir: "Mən dəhşətli yollardan istifadə etmədən dəhşətli qəzalarla oyunçunu sarsıtmaq istədim. Lakin bu dəhşətli səhnə göstərməkdən daha dəhşətli ola bilərdi". Oyun buraxılmazdan əvvəl oyunun ilk fəslini ehtiva edən (lakin əsas oyundan fərqli qurban) demo versiyası buraxılmışdır. Oyunun PlayStation Portable versiyasını öncədən sifariş etmiş şəxslərə üzərində Monokuma fiquru olan brelok verilmişdir. 2012-ci ilin avqustunda oyunun Android və iOS platformaları üçün istehsal olunmuş versiyası yayımlanmışdır. Bu versiya yeni xüsusiyyətlərə malikdir: retina dəstəyi, yeni şəkil qalereyası və toxunuşlu idarəetmə. Oyun həm fəsil-fəsil, həm də tam şəkildə (məsələn, PlayStation Portable versiyası) alına bilərdi. Project Zetsubou adlı fan-tərcümə qrupu 23 iyun 2013-cü ildə oyunun PlayStation Portable versiyası üçün qeyri-rəsmi ingilisdilli patç buraxmışdır. İki smartfon tətbiqi buraxılmışdır: "Danganronpa: Monokuma no Gyakushū"" (ダンガンロンパ モノクマの逆襲)"Alter Ego" (アルターエゴ, Arutāego). Bu tətbiqlər 27 aprel 2012-ci ildə Android platforması üçün, 23 may 2012-ci ildə iOS platforması üçün buraxılmışdır. Yaponiyada "Danganronpa 1-2 Reload" oyununun və

İstinadlar

  1. "Danganronpa: School of Hope and Students of Despair - PlayStation Portable - GameSpy". Psp.gamespy.com. 2010-11-25. İstifadə tarixi: 23 oktyabr 2016.
  2. "iTunes App Store で見つかる iPhone、iPod touch、iPad 対応 ダンガンロンパ 希望の学園と絶望の高校生". Itunes.apple.com. 2012-08-21. 2012-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2016.
  3. 槍彈辯駁 希望學園與絕望高中生 (中日文合版) Arxivləşdirilib 2022-02-16 at the Wayback Machine, Sony Computer Entertainment Asia
  4. "Danganronpa: Trigger Happy Havoc Coming to PS Vita on February 11th, 2014". Blog.us.playstation.com. 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2016.
  5. Salter, Ben. "Danganronpa: Trigger Happy Havoc Australian release date". MMGN. 6 January 2014. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2016.
  6. 2013-09-09, DanganRonpa: Another Episode announced for PS Vita Arxivləşdirilib 2014-08-07 at the Wayback Machine, Gematsu
  7. "new danganronpa 3 the end of kibogamine gakuen anime green lit". Anime News Network. Dec 2, 2015. 2015-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2016.
  8. "Danganronpa V3 Announced For PlayStation 4 And Vita". Siliconera. 2015-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-26.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.