Dandolk FK
Dandolk Futbol Klubu – İrlandiyanın Dandolk şəhərini təmsil edən futbol klubu. Klub 1903-cü ildə İrlandiyadakı Böyük Şimal dəmiryolçularından ibarət olaraq təsis edilib.[1] 1926-cı ildə Premyer Diviziyaya yüksələn klub 1932–33-cü il mövsümündə çempion olaraq Dublin klublarının ağalığına son qoydu. Dandolk İrlandiya Liqasında ən çox uğur qazanmış ikinci komandadır. 1963–64 mövsümündə ölkə çempionu olaraq UEFA Çempionlar Kubokunda oynamaq hüququ qazandı. Bununla da Avropada ilk rəsmi matçını keçirmiş oldu. Çempionlar Liqasının 2019–20-ci il mövsümündə isə 70-ci Avropa matçına çıxdı.
Dandolk FK | ||||
---|---|---|---|---|
Dundalk Football Club | ||||
Ölkə | ||||
Ləqəb(lər) | The Lilywhites (Bəyaz zanbaqlar) | |||
Yaranma tarixi | sentyabr 1903) | |||
Stadionu | Oriel Park | |||
Tutumu | 4500 | |||
Prezidenti | Bill Halsayzer | |||
Baş məşqçisi | Vinni Pert | |||
Liqa | Futbol üzrə İrlandiya çempionatı | |||
2022. | 3. | |||
| ||||
Rəsmi saytı |
Ənənəvi rəngləri 1940-cı ildən bəri ağ və qaradır. Buna görə də klubun ləqəbi bəyaz zanbaqlar (ingiliscə: The Lilywhites) olaraq qalmışdır. İrlandiyanın ən köklü və uğurlu klublarındandır. Belə ki, 13 qat İrlandiya çempionu olmuş, 11 qat isə ölkə kubokunu başı üzərinə qaldırmışdır.
Klub ev oyunlarını 4500 tamaşaçı tutumuna malik "Oriel Park" stadionunda keçirir. Stadion 1919-cu ildə açılmış və bu günədək 3 dəfə yenilənmişdir. Ən son yenilənmə işləri 2010-cu ildə tamamlanmışdır.
İstinadlar
- "Association Football". Dundalk Democrat qəzeti. 26 sentyabr 1903. səh. 18. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2019 – Irish Newspaper Archives vasitəsilə. (#apostrophe_markup)