Danayeri
Danayeri — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Danayeri | |
---|---|
40°37′15″ şm. e. 46°10′43″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Danayeri Göygöl r-nunun Qızılca i.ə.v.-də kənd Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi əvvəllər dana saxlanılan və Danayeri adlandırılan yerdə salındığı üçün həmin sahənin adını almışdır. Oykonimi türkdilli dana (tana) tayfasının adı ilə də bağlayırlar.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 261 nəfər əhali yaşayır.[2]
Coğrafiyası və iqlimi
İqlimi-Yayda Mulayim və Quru,Qışda isə sərt və qurudur Yağıntılar Əsasən Oktyabr ayında başlayır və aprel ayına qədər davam edir. Süxurları-KAYNAZOY VƏ MEZOZOY ERASI-na aitdir Təbaşır çöküntüləri,Yura çöküntüləri və Dördüncü dövr çöküntüləri Faydalı Qazıntıları- Qızıl,Aqat,Barit,Gil,Dəmir filizləri,Mineral su mənbələri və Kükürd kolçedanı Torpağı- Qəhvəyi dağ və Tünd və adı boz-qəhvəyi İqtisadiyytı- Əsasən Heyvandalıq və Əkinçilik(İxtisaslaşdığı Sahələr Əsasən Pomidor,Xiyar və Lobya) Zoocoğrafi- Cöl Heyvanlarından Əsasən Qaban,Ceyran,Cüyür,Dovşan,Canavar,Caqqal,Dağ Keçisi,Porsuq,Tülkü,Tısbağa,Oxatan kirpi,Kirpi,İlan,Kərtənkələ,Koramal Üstünlük təşkil edir. Turizm- İstərsə Təbiəti İstərsədə Qədimi Ərazisinə görə Çox Gözəl Turistik Bir Məkandır.Hər İl 100-lərlə turist ziyarət edir.Turistik Məkanlarına Qalalar və qəsrlər(Qaplan Qala),Qədim və orta dövrlər,Xalçaçılıq,Şərabçılıq,Göl,Qoruq,Pir daği, Şiş dağı ,Şiş qaya,Kuş qaya, göy tala,Qoca Qarı,(Ziyarətgah) və.s misal göstərmək olar
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629