Dambulaq
Dambulaq — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd.[1]
Dambulaq | |
---|---|
39°51′25″ şm. e. 46°19′37″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Laçın Rayon Şəlvə inzibati ərazisində olan .[2].
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti
Kəndə Dambulaq kənd orta məktəbi,uşaq bağçası, mədəniyyət evi və mağaza əhaliyə xidmət göstərdi
Coğrafiyası və iqlimi
Dambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən kənd, rayonun Şəlvə, İmanlar, Kaha, Oğuldərə, Zağaaltı və Qorçu kəndləri ilə həmsərhəddir.
Əhalisi
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 500 nəfər olmuşdur.
Kənd əhalisinin milli tərkibi kürd olmaqla ümumi sayı 786 nəfər 204 ailədən ibarətdir. (01 yanvar 2011-ci il tarixli məlumata əsasən)
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik, bostançılıq və arıçılıqdan ibarət olmuşdur. Əhalinin istehsal etdiyi əsas məhsullar ət, yağ, pendir, yun, xalça, bal müxtəlif taxıl məhsullarından və tərəvəzlərdən ibarət idi.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Dambulaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 209. ISBN 978-9952-34-155-3.