Damalı suilanı

Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü.

Damalı suilanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Damalı suilanı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  700800
NCBI  8584
EOL  791393

Xüsusiyyətləri

Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur.

Həyat tərzi

Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar. Gecələri quruda keçirirlər. Gündüz isə balıq ovuna çıxırlar. Yumurta qoymaqla çoxalırlar. Qışı quruda keçirirlər. Qışlamadan mart-aprel aylarında qayıdırlar. Körpə balalar iyul-avqust ayları yumurtadan çıxırlar. Qışlamaya oktyabr-noyabr ayları gedirlər. Onların əsas düşməkləri yırtıcı quşlar, sürünənlər, nərə balıqları və digər zəhərli ilanlardır.

Onlar aqressiv deyillər. İnsanı görərkən ya suyun dibinə enir və ya gizlənirlər. Dişləməsi nadir hallarda baş verir. İnsan üçün heç bir təhlükəsi yoxdur. Onların xariçi görünüşü Gürzəyə oxşayırlar. Bu səbəbdən insanlar tərəfindən tez-tez öldürülürlər. İnsanların çoxu Adi gürzəni damalı ilandan ayıra bilmirlər.

Yayılması

Bu növ ilanlar Cənubi Avropa, Rusiyanın cənubu, Ukrayna, Cənubi Qafqaz və Orta Asiya ərazisində yayılmışdır.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.