Dalya kərtənkələsi
Dalya kərtənkələsi (lat. Darevskia dahli) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Dalya kərtənkələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Fəsiləüstü: Lacertoidea Fəsilə: Yarımfəsilə: Lacertinae Cins: Növ: Dalya kərtənkələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xariçi görünüşü
Partenoqen olan və uzunluğu 64 mm olan, quyruğu isə iki dəfə uzun olan kərtənkələdir. Boğaz naahiyyəsində 23–30 pulcuq olur. Pulcuqları hamardır. Bədəninin mərkəz hissəsində isə 47–54 pulcuq olur. Yuxarı nahiyəsi qəhvəyinin müxtəlif çalarlarında olur. Boğazın aşağı hissəsi ağımtıl olur.
Yayılması
Onlar geniş arealda daha çox Gürcüstan və Ermənistan ərazilərində yayılmışlar. Gürcüstanın cənubunda Kür çayı hövzəsində, Ermənistanda isə ölkənin şimalında yayılıb. Hazırda isə areal kiçik prçalara bölünmüşdür.
Onlara əsasən quru qayalıqlar və dərələrdə, hündürlüyü 900–1700 m yüksəkliklərdə rast gəlmək olar. Dağ meşələrinin kənarları və daşlı dağ çöllərində yayılırlar.
Xüsusiyyətləri
Sayları çoxluğu ilə seçilir. 1 km maşrut üzrə 100 baş kərtənkələyərast gəlinir. Qışlamafan aprelin əvvəl və ya ortaları qayıdırlar. Cücülər, puplar, qurdlar və hörümçəklərlə qidalanır.
Çoxalması
Onlar Partenoqenetik xüsusiyyətlərə malikdirlər. Onların çoxalması üçün erkəklərə ehtiyac durmurlar. 2–5 yumurta (əsasən 4 yumurta) qoyurlar. Orta ölçüləri 7×12 mm təşkil edir. Yumurta qoyma iyunun sonu, iyulun əvvələrinə təsadüf edir. Balalar avqustun ortaları sentyabrın əvvəlləri yumurtadan çıxırlar. Balaların quyruqsuz uzunluqları 24–27 mm təşkil edir.
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.