Dalğa enerjisi
Dalğa enerjisi - okeanın səthində dalğaların yarardığı enerji. Elektrik enerjisi istehsal etmək, okean suyunu duzsuzlaşdırmaq və suyun çənlərə vurulması kimi faydalı işləri yerinə yetirə bilər. Dalğa enerjisi tükənməz enerji mənbəyidir.
Yaranması
Əslində dalğa enerjisi də, günəş enerjisinin bir başqa şəklidir. Bu bəlkə qulağa qəribə gələ bilər ancaq; dalğa, günəşin dünyanı istilətməsiylə ortaya çıxan küləklər tərəfindən başladılar.
Günəş dünyanın hər nöqtəsini eyni dərəcədə qızdırmır. Dünyanın həndəsi quruluşu səbəbiylə bəzi bölgələr istiliyi daha yaxşı bir bucaqla götürər və digər yerlərdən çox istilənər. Havanın bir hissəsinin istiliyi daha da artar, istiləndikcə sıxlığı azalar, yüngülləşər və yuxarı çıxar. İstilənən havanın tərk edib boşaltdığı yerə daha sıx və soyuq olan hava çökər. Bu hava axını küləyi meydana gətirər.
Bundan başqa külək güclü dalğaların yaranmasına səbəb olur. Su səthi boyunca sürətlə əsən külək, sürtünmə səbəbiylə kiçik dalğalanmalar yaradır. Bu kiçik dalğacıqlar davam edən külək boyunca uçqun kimi böyüyərək daha böyük dalğaları meydana gətirir. Yəni təməl olaraq günəş; enerjisini küləyə, külək də dalğaya transfer edər.
Dalğa enerjisi ilə böyük miqdardakı enerji kiçik bir sahədən əldə edilə bilər. Bu xüsusiyyət dalğa enerjisi üçün müsbət bir dəyərdir. Çünki günümüz texnologiyasında külək və günəş ilə enerji əldə edə bilmək üçün böyük sahələrə ehtiyac duyular. Dalğa enerjisinin digər bir xüsusiyyəti güvənilə bilər olmasıdır. Çünki dalğanın gedəcəyi yol külək istiqamətinə baxılaraq təyin edilə bilər. Ayrıca dalğalar bir-birini tətikləyərək çox uzun məsafələri qət edə bilər. Dalğaların uzun məsafə qət etməsi okean və ya dəniz səthindəki bütün enerjinin hər hansı bir iş etmədən bizə qədər daşınması mənasını verər.
Dalğalardan enerji əldə etmə üzərində, xüsusilə 1970lərdəki neft böhranı dövründə, düşünülməyə başlanmışdır. 1970-ci illərdən sonra mühəndislər dalğa enerjisini yığmaqla əlaqədar bir çox üsul inkişaf etdirmiş və tətbiq etmişlər. Bu üsullar sahil sahillərində, sahilə yaxın yerlərdə və ya açıq dənizlərdə istifadə edilə bilər.