Roma Dakiyası

Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti.

Romanın Dakiya əyaləti

Tarixi

Roma işğalı sosial təbəqələşmə, quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilə taxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş, dulusçuluq təkmilləşdirilmiş, ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdə latın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi.

Quruluşu

Dakiyada romanlaşmanın daşıyıcıları legionerlər və veteranlar, əsasən, Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı 118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi. 180-ci ildə imperator Kommod Markoman müharibələri (166180) nəticəsində boşalmış əyalətdə azad dakları məskunlaşdırdı. Severlərdən sonra (235-ci ildən sonra) əyalət daima barbarların hücumlarına məruz qalırdı. Avrelianın dövründə romalılar əyaləti tərk etdilər (271/272). Eyni zamanda əyalətin sakinləri Dunayı keçərək digər əyalətlərdən alınmış ərazilərdə yaradılan Sahilyanı Dakiya (Ripensis) və Daxili Dakiya (Mediter ranea) əyalətlərində məskunlaşdılar.

Romalıların tərk etdikləri əraziyə qonşu barbar xalqları köçdü. II-III əsrlər Roma Dakiyası əhalisi ilə Roma əyalətinin təxliyəsindən sonra Rumıniya ərazisində məskunlaşmış xalqlar arasında varislik məsələsi alimlər tərəfindən müxtəlif formada şərh edilir.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.