Dahomeya

Dahomeya (fr. Dahomey) — XVII əsrin əvvəlləri – XIX əsrin sonlarında Qərbi Afrikada (indiki Benin ərazisi) mövcud olmuş fon xalqının dövləti qurumu.[1]

Tarixi dövlət
Dahomeya
Bayraq Gerb
Bayraq Gerb
1600  15 yanvar 1894

Paytaxt Abomey
İdarəetmə forması mütləq monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Əvvəllər D. Kuffo və Zu çayları arasında yerləşirdi. Dahomeyada bütün torpaqlar hökmdara məxsus idi. Qul əməyindən geniş istifadə olunurdu; icmaçı kəndlilər hökmdara vergi (əsasən, taxıl və palma yağı ilə) ödəyirdilər. XVII əsrin ortalarından Dahomeya paytaxtı Abomey olmaqla, mərkəzləşmiş dövlətə çevrildi. Onun ərazisində hökmdar kultu yayılmışdı. Hökmdarın əcdadlarına insan qurbanı verilməsi bu kultun tərkib hissəsi idi. XVII–XVIII əsrlərdə Dahomeya qul alverində mühüm rol oynayırdı. 1730-cu ildə Oyo dövlətindən asılı vəziyyətə düşən Dahomeya ona xərac verirdi.[1]

Bu asılılığa baxmayaraq, Dahomeya ərazilərin işğalını davam etdirirdi. XVIII–XIX əsrlərdə Atlantik okeanı sahillərində və özündən şimalda bir sıra kiçik dövləti qurumları tabe etmiş, öz ərazisini qərbdə Aşanti konfederasiyasının, şərqdə isə yorubaların dövlətinin hüdudlarınadək genişləndirmişdi. Dahomeya hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan 6 vilayətə bölünürdü. Dahomeyanın daimi ordusuna hökmdarın zövcələri hesab olunan "amazonların" – axosilərin 3 dəstəsi daxil idi. 1890-cı ildə Fransa Dahomeyanın işğalına başladı. İşğalçılara qarşı silahlı mübarizəyə Dahomeya hakimi Behanzin başçılıq edirdi. 1892-ci ilin noyabrında fransız qoşunları Abomeyi tutmağa nail oldular, lakin Behanzin 1893-cü ilin sonunadək işğalçılara qarşı mübarizə apardı. 1894-cü ildə Dahomeya (cənub vilayətləri də daxil olmaqla) "Dahomeya və asılı ərazilər müstəmləkəsi"nə çevrildi sonralar Fransa Qərbi Afrikasının tərkibinə qatıldı.[1]

Həmçinin bax

İstinadlar

  1. Dahomeya// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 229.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.