Dafna dü Morye
Dama Dafna dü Morye (ing. Daphne du Maurier; 13 may 1907[1][2][…], London – 19 aprel 1989[1][2][…]) — ingilis hekayə, roman ve tamaşa yazıçısı.
Dafna dü Morye | |
---|---|
ing. Daphne du Maurier | |
| |
Doğum adı | Dama Dafna dü Morye |
Doğum tarixi | 13 may 1907[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 aprel 1989[1][2][…] (81 yaşında) |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Milliyyəti | Birləşmiş Krallıq |
Həyat yoldaşı | Frederik Brauninq |
Uşağı | 3 |
Atası | Ser Cerald dü Morye |
Anası | Muriel, Leydi dü Morye |
Fəaliyyəti | nasir |
Fəaliyyət illəri | 1931-89 |
Əsərlərinin dili | ingilis dili |
Janr | qotik ədəbiyyat |
Tanınmış əsərləri |
Rebekka Təqaüdçülər Quşlar |
Mükafatları | Milli kitab mükafatı |
dumaurier.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Romanlarından Rebekka (əsasında çəkilən film 1941-ci ildə Ən yaxşı filmə görə Oskar mükafatını qazandı) ilə Yamayka mehmanxanası və qısa hekayələrindən Quşlar və İndi baxma başqa olmaq üzrə bir çox əsərinə film çəkilmişdir.
Babası aktyor və yazıçı Corc dü Morye, atası isə aktyor Cerald dü Moryedir. Bacısı Ancela da yazıçıydı və bacısı Janna isə bir rəssam idi.
Gəncliyi
Dafna dü Morye tanınmış bir aktyor olan Ser Cerald dü Morye və aktrisa Muriel Bomontun üç qız uşağından ikincisi olaraq Londonda doğuldu. Babası Şlyapa romanında Svenqali adlı qəhrəmanı yaratan yazıçı və karikaturist Corc dü Moryedir.
Bu əlaqələr ona ədəbi karyera yaratmasında köməkçi oldu və dü Morye ilk əsərlərindən bəzilərini Beaumont's Bystander (azərb. Bomontun müşahidəçisi) jurnalında yayımlatdı. İlk romanı Sevginin ruhu 1931-ci ildə yayımlandı. Dü Morye həmçinin Ceyms Metyu Barriyə Piter Pendə ilham vermiş Llivelin Davis uşaqlarının da qohumudur. Kiçik bir uşaq olanda atasının şöhrəti sayəsində teatrın bir çox parlaq ulduzlarla tanışdı. Tallula Benkhed ilə tanış olduqdan sonra onun gördüyü ən gözəl canlı olduğunu dediyi qeyd edilmişdir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Daphne Du Maurier // Internet Broadway Database (ing.). 2000.