Daewoo Motors

Daewoo MotorsCənubi Koreyanın 1982-ci ildə yaranmış avtomobil istehsalçısı olan şirkəti. Daewoo Group şirkətinin daxilində idi. Şirkət 2001-ci ildə əsas aktivlərini General Motorsa satır və 2002-ci ildə ləğv olunur.

Daewoo Motors
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Avtomobil sənayesi
Məhsulu Avtomobil
Təsis tarixi 1937 (National Motors)
1962 (Saenara Motors)
1966 (Shinjin Motors)
1972 (GM Korea)
1976 (Saehan Motors)
1983 (Daewoo Motors)
Bağlanma tarixi 2016
Baş qərargahın yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şirkət 1937-ci ildə National Motors adı ilə yaranmışdır. Daha sonra 1962-ci ildə şirkət Saenara Motors kimi adlanır. 1965-ci ildə şirkət Shinjin Motorsa çevrilir. 1972-ci ildə şirkət General Motors Korea (GMK) kimi adlanmağa başlayır. 1976-cı ildə şirkət Saehan Motors kimi adlandırılır. 1982-ci ildən etibarən isə şirkət Daewoo Motors kimi adlandırılır və 2002-ci ilə kimi fəaliyyət göstərir.

Daewoo Motors-un ilk maşını 1986-cı ildə istehsal olunmuş Daewoo Racer olur. Bu maşın Opel Kadett E maşınının əsasında yaradılmışdı. 1994-cü ildə kimi bu maşın istehsal edildi. 1994–1997-ci illərdə isə Daewoo Nexia maşını istehsal edildi. Daewoo Nexia Daewoo Racer və Opel Kadett E maşınlarının əsasında hazırlanmışdı. Özbəkistanda UzDaewooAuto şirkətinin nəzdində və digər ölkələrdə də Daewoo Nexia hal-hazırda da istehsal edilir.

Bundan başqa Daewoo Espero, Nubira, Lanos, Matiz, Leganza maşınları da istehsal olunurdu.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.