Daşqın Gülməmmədov

Daşqın Gülməmməd oğlu Gülməmmədov (gürc. დაშგინ გიულმამედ ოღლუ გიულმამედოვი; 12 sentyabr 1977, Qaçağan, Marneuli rayonu) — Aşina Türk Qarapapaq Şadı,[1] tanınmış ictimai-siyasi xadim, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri,[2] yazıçı, şair və publisist, 2002–2011-ci illərdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Prezidenti, 2008–2009-cu illərdə Transmilli İnformasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru,[3] 2011-2013-cü illərdə Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti, Gürcüstan Qaydasız döyüş üzrə idman ustası (2011), Kik-boksinq üzrə beynəlxalq dərəcəli idman ustası (2012). 2013-cü il seçkilərində Gürcüstan prezidentliyinə namizəd[4].

DAŞQIN GÜLMƏMMƏDOV
Daşqın Gülməmməd oğlu Gülməmmədov
დაშგინ გიულმამედ ოღლუ გიულმამედოვი
Doğum tarixi 12 sentyabr 1977(1977-09-12) (46 yaş)
Doğum yeri
Uşaqları Gülməmmədova Nur
Gülməmmədli Tariyel
Atası Gülməmmədov Gülməmməd (1923-2007)
Anası Gülməmmədova Xalidə (1925-1997)
Milliyyəti Qarapapaq türkü
İxtisası sosiolog
konfliktoloq
Təhsili 1) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
2) Ə.Topçubasov adina Ali Siyasi Məktəb
Fəaliyyəti Aşina Türk Qarapapaq Şadı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Daşqın Gülməmmədov 12 sentyabr 1977-ci ildə Gürcüstan SSR-in Marneuli (Sarvan) rayonunun, Qaçağan kəndində ziyalı ailəsində anadan olub.

Təhsili

1983–1994-cü illərdə M.H.Mollayev adına Qaçağan 1 saylı orta məktəbində təhsil alıb.

1994–1996-cı illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (BSİPİ) Hərbi kafedrasında "Hərbi qoşun hissələrində şəxsi heyətlə siyasi işin aparılması" kursu üzrə hazırlıq keçib.

1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sosial idarəetmə və Sosiologiya fakültəsini "Sosiologiya" ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi aləb.

  • 2015-ci ildə Kiyev siyasi proqnozlaşdırma və İdarəetmə İnstitunun "Konfliktologiya" kursunu bitirib.
  • 2019-cu ildə Kiyev Siyasi prespektivlər Akademiyasının "Siyasi texnologiyalar" kursunu bitirib.
  • 2020-ci il 21 yanvar London İnsan Hüquqları Akademiyasının kursunu bitirib.
  • 2020-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun "Beynəlxaql danışıqların aparılması texnologiyası kurusnu başa vurub.
  • 2020-ci il sentyabr Rusiya Milli Nüvə Universiteti "İnformasiya təhlükəsizliyinin təminatının kriptoqrafik metodları" xüsusi kursunu bitirib.
  • 2020-ci il oktyabr Niderland Erazm adına Roterdam Universitetinin "Beynəlxalq təhlükəsizliyin idarə edilməsi" xüsusi kursunu bitirib.
  • 2020-ci il dekabr Beynəlxalq Valyuta Fondunun (İMF) Vena Birləşmiş İnstitunun (JVİ) "Maliyyə siyasəti və proqramlaşdırılması" kursunu bitirib.
  • 2020-ci ildə Berlin Beynəlxalq Biznesin Menecmenti İnstitununda "Global idarəetmə" ixtisası üzrə bitirərək Mini-MBİ dərəcəsi alıb.

Azərbaycan, rus, ukrayna, belorus, türk, serb, polyak, özbəkitalyan dillərində sərbəst danışır.

İctimai-siyasi fəaliyyəti

1992-2000-ci illərdəki ictimai-siyasi fəaliyyəti

Hələ orta məktəbdə oxuyarkən ictimai-siyasi proseslərə maraq göstərən D.Gülməmmədov erkən yaşlarından siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. 1992–1994-cü illərdə Gürcüstan Azərbaycanlılarının "Qeyrət" Xalq-Demokratik Hərakatının fəal üzvü olub. 1994-cü ilin sentyabrından Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) yaradılmasında fəal iştirak edib.

16 noyabr 1994 — 5 yanvar 1995-ci illərdə ADTGT Təşkilat Komitəsinin içraçı katibi, 5 yanvar 1995 — 20 aprel 1996-cı illərdə ADTGT sədrinin ideoloji məsələlər üzrə müavini olub.

1996-ci ilin aprelində Azərbaycan Gənclərinin Sülh Liqasını (AGSL) yaradıb. 25 aprel—7 iyun 1996-cı il tarixlərində AGSL Təşkilat Komitəsinin Sədri, 7 iyun 1996-ci il tarixdə Bakıda keçirilən AGSL I Qurultayında AGSL Prezidenti seçilib və 7 iyun 1996 - 2 aprel 1998-ci illərdə AGSL Prezidenti vəzifəsini icra edib.

1996-cı ildə həmçinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Mətbuat və İnformasiya katibi olub. 2 may 1998-ci ildən 20 noyabr 2000-ci ildək isə Azərbaycan Gənclərinin Demokratiya və Azadlıq (AGDAL) Liqasının Ali Şurasının Sədri vəzifəsini icra edib.

Gürcüstanda siyasi proseslərdə iştirakı

1999-cu ildən ictimai-siyasi fəliyyətinin Gürcüstanda da davam etdirib. 1999-cu ildən Gürcüstan Vətəndaşlar İttifaqının üzvlüyünə daxil olan D.Gülməmmədov Gürcüstanda azərbaycanlıların ölkənin ictimai-siyasi həyatına inteqasiyası istiqamətində iş aparıb. 2001-ci ildə partiya daxilində gedən qeyri-demokratik proseslərə etiraz əlaməti olaraq GVİ siralarını tərk edib.

2001-ci ilin avqustunda D.Gülməmmədovun təşəbbüsü ilə Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası (GAJF) yaradılıb və 16 avqust 2001-ci ildə Tbilisidə keçirilən GAJF təsis konfransında Federasiyanın ilk sədri seçilib. 16 avqust 2001 — 20 iyul 2005-cı il tarixlərində GAJF sədri vəzifəsini icra edib. 2001-ci ildə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı artan milli diskriminasiya siyasətinin qarşısının alınması, Gürcüstanda azərbaycanlıların siyasi, iqtisadi, milli, mədəni və konfessional hüquqlarının təmin edilməsi və qorunması üçün yeni ictimai-siyasi təşkilatın yaradılması ideyasını irəli sürüb.

9 dekabr 2001-ci ildə "Gürcüstan Azərbaycanlılarının (Türklərinin) Milli Xartiyası"nı imzalayan şəxslərdəb biri olub. 10 dekabr 2001-çi ildə onun təşəbbüsü ilə Tiflisdə keçirilən Gürcüstan azərbaycanlılarının konfransında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Təşkilat Şurası yaradılıb.

2002-ci ilin mayın 29-da GAMA Müvəqqəti Ali Komitəsinin Təsis Konfransında GAMA Müvəqqəti Ali Komitəsinin Sədri seçilib. 24 noyabr 2002-ci il tarixdə Tbilisidə keçirilən, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) I Qurultayında GAMA Prezidenti seçilib. 23 aprel 2003-cü ildə GAMA II (Marneuli ş.) Qurultayında, 8 fevral 2004-cü il GAMA III Qurultayında GAMA Prezidenti seçilmişdir.

16 mart 2007-ci il tarixdə GAMA-nın Trabzonda (Türkiyə) keçirilən IV Qurultayında yenidən GAMA Prezidenti və GAMA Ali Məclisinin üzvü seçilmişdir.. 2006-ci ildə isə eyni zamanda Gürcüstan Azərbaycanlılarının Beynəlxalq Şurası (GABŞ) Rəyasət Heyətinin Sədri olub.

20 iyun 2006-ci ildə D.Gülməmmədovun təşəbbüsü ilə Türkiyənin Ərzurum şəhərində Gürcüstan müsəlmanları nümayəndələrinin forumu çağırılmışdır və Gürcüstan Müsəlman Demokrat Partiyasının (GMDP) yaradılması üçün Təşkilat Şurası yaradılmışdır.2005-ci ilin 21 avqustunda D.Gülmməmmədovun evinə Gürcüstan xüsusi xidmət orqanları tərəfindən təşkil edilən silahli basqından sonra məcburi olaraq Gürcüstan tərk etmiş və siyasi fəaliyyətini ölkədən xaricdə davam etdirmişdir. 20 iyun 2006–2008-ci illərdə tarixdən etubarən Gürcüstan Müsəlman Demokrat Partiyasının (GMDP) Təsis Şurasının tərkibinə daxil olmuşdur. 24 noyabr 2002-ci il tarixdən GAMA Ali Məclisinin üzvüdür.10.12.2001-29.05.2002 tarixlərdə GAMA Təşkilat Şurasının, 29 may 2002-24 noyabr 2002 və 10 aprel 2004 — 15 mart 2007 tarixlərdə isə GAMA Müvəqqəti Ali Komitəsinin üzvü olmuşdur. Həmçinin 2006-cı ildə Gürcüstan Azərbaycanlılarının Beynəlxalq Şurası Rəyasət Heyətinin tərkibinə daxil olmuşdur.

Gürcüstanda 2007-ci il hadisələri və prezident seçkiləri

2007-ci ilin noyabırında GAMA Fazil Əliyevin Gürcüstan Prezidentliyinə namizədliyini irəli sürməsi ilə əlaqədar noyabrın 26-da iki illik siyasi mühacirətdən Gürcüstana dönmüşdür və Prezidentliyə namizəd F.Əliyevin seçki qərargahının spikeri seçilmişdir.

2007-ci ilin noyabrın 27-də dövlət çevrilişinin hazırlanması ittihamı əsasında Gürcüstanda həbs edilmişdir. 30 noyabr tarixdə Tbilisi şəhər məhkəməsi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 142-ci maddəsinin 1-ci hissəsi (irqi diskriminasiya) ilə ittiham edilərək haqqında iki aylıq ilkin həbs qətimkan tədbiri seçmək barədə qətnamə çıxarılmışdır. Lakin, 4 dekabr 2007-ci il tarixdə azadlığa buraxılmışdır.

2008-ci ilin yanvarında D.Gülməmmədov Gürcüstanda yaşayan azərbaycanlıların siyasi birliyini təmin etmək və təşkilatlandırmaq üçün F.Əliyevlə birlikdə Gürcüstan Naminə Partiyası qurmuşlar. Partiyanın I Qurultayında D.Gülməmmədov Gürcüstan Naminə Partiyasının Baş Komitəsinin üzvü seçilmiş, 2008-ci ilin mayında partiyanı tərk etmişdir.

2007–2008-ci illərdə Demokratik Dünya Azərbaycanlıları Kongresinin (DDAK) Ukrayna üzrə Səlahiyyətli Nümayəndəsi vəzifəsini icra etmişdir.

2006–2008-ci illərdə Bakıda nəşr olunan "Azərbaycan Yolu" qəzetinin Baş Redaktoru olmuşdur. 2008–ci il 6 avqust tarixdən etibarən Transmilli İnformasiya Təhlükəsizliyi İnstitutunun İcraçı Direktorudur. 19 yanvar 2009-cu il tarixdə D.Gülməmmədov GAMA adından Gürcüstanda azərbaycan dilinə dövlət dili statusu veriməsi tələbi irəli sürmüşdür.

6 avqust 2008-ci ildə Transmilli İnformasiya Təhlükəsizliyi Agentliyinin (TAİB) Beynəlxalq Kollegiyası D.Gülməmmədovu İnformasiya təhlükəsizliyi sahəsində ixstisaslaşmış Agetnliyin İcracı direktoru təyin etdi. O bu vəzifəni 10 mart 2009-cu ilə qədər icra etdi. Həbs edilməsinə baxmayaraq D.Gülməmmədovu TAİB İcracı direktoru vəzifəsindən kənarlaşdırılmadı və səlahiyyət müddəti bitənə qədər 10 avqust 2009-cu ilə qədər o, Transmilli İnformasiya Təhlükəsizli Agentliyinin (TAİB) İcracı direktoru olaraq qaldı.

Daşqın Gülməmmədov 2009-cu ilin 19 yanvar tarixində Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Türkiyənin paytaxtı Ankarada kecirilən Beynəlxalq Forumunda Gürcüstan prezidenti Mixail Saakaşvilinin əleyhinə etdiyi kəskin tənqidi çıxışından və Azərbaycan türkcəsinə dövlət dili statusu verilməsi tələbindən sonra ona qarşı həm Gürcüstanda, həm də Azərbaycanda siyasi təzyiqlər artmağa başladı. 15 yanvar 2009-cu ildə D.Gülməmmədov Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinə çağrılaraq dövlət çevrilişi hazırlamaqda ittiham edildi. 3 mart 2009-cu ildə D.Gülməmmdəov Bakıda keçirdiyi mətbuat konfransında bir daha bəyan etdi ki, Gürcüstanda Azərbaycan türkcəsinə üçüncü dövlət dili stastusu verilməlidir və bu məsələnin gecikdirilməsi yaxin gələcəkdə Borçalıda ictimai-siyasi stabilliyə təsir edəcək. 10 mart 2009-cu il tarixdə həbs edilmiş, və 2 il 3 ay həbsdə saxlanmışdır.

Azərbaycanda 2011-ci ilə qədər həbsxanada saxlanılan D.Gülməmmədov 4 iyul 2011-ci ildə azad edildi və onun siyasi nəzarətdə saxlanılması üçün Bakı şəhər Suraxanı rayonu məhkəməsi barəsində ev dustaqlığı tətbiq edən qətnamə çıxardı. 20 sentyabr 2011-ci ildə D.Gülməmmədovun təşəbbüsü ilə Azərbaycanın Qazax şəhərində Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) , Böyük Birlik Təşkilatı (BBT), Borçalı Gənc Türklər İttifaqı (BGTİ) və Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası (GAJF) Gürcüstan türklərinin vahid təşkilatının yaradılması haqqında Niyyət Protokolu imzaladılar. Niyyət Protokolunda Gürcüstanın bütün türk təşkilatlarını birləşdirəcək konfedrativ birliyin yaradılması əsas məqsəd olaraq yer almışdı.

28 oktyabr 2011-ci ildə Bakıda 7 təşkilat, o cümlədən Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA), Böyük Birlik Təşkilatı (BBT), GAMA Gənclər İttifaqı, Bakı Ahıska Mərkəzi, Gürcüstan Türk Qadınlar Komitəsi, Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası (GAJF) və Borçalı Gənc Türklər İttifaqı (BGTİ) təmsilçiləri Gürcüstan Türkləri Konfederasiyasının yaradılması haqqında Təsis Bəyannaməsi imzaladılar.

2 noyabr 2011-ci ildə Gəncədə, Gürcüstanda yaşayan Qarapapaq, Azərbaycan və Ahıska türklərini təmsil edən, 7 təşkilatdan seçilmiş 72 nəfər nümayəndənin iştirak Qurultayda Gürcüstan Türkləri Konfederasiyası təsis edildi. Üzərində ev dustalığı olduğundan D.Gülməmmədov Qurultayda iştirak edə bilmədi. Lakin Qurultay D.Gülməmmədovu yekdilliklə Gürcüstan Türkləri Konfederasiyasının Prezidenti seçdi. Qurultaya ünvanladığı müraciətində D.Gülməmmədov mübarəzədən heç bir hala çəkinməyəcəyini açıqca bildirdi.

2 noyabr 2011-ci ildən sonra Daşqın Gülməmmədovun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində Qarapapaq türklərinin milli hərakatları yaradılmağa başladı. Türkiyədə,Suriyada, Rusiyada, İranda, Ukraynada və digər ölkələrdə yaşayan Qarapapaq türkləri siyasi cəhətdən aktivləşməyə başladılar. D.Gülməmmədovun birbaşa iştirakı və Gürcüstan Türkləri Konfederasiyasının təşkilatçılığı ilə bir çox ölkələrdə Qarapapaq Türkləri Məclisləri çağrıldı. 16 noyabr 2011-ci ildə İranın Mahabad şəhərində İran Qarapapaq Türkləri Məclisi çağrıldı və İran Qarapapaq Türkləri Milli Cəbhəsi təsis edildi. 22 noyabr 2011-ci ildə yenə D.Gülməmmədovun təşəbbüsü ilə Moskvada Rusiya Qarapapaq Türkləri Məclisi çağrıldı. Məclisdə Rusiya Qarapapaq Türkləri Milli Şurası yaradıldı. D.Gülməmmədov həmçinin Rusiya Qarapapaq Türkləri Milli Şurasının Fəxri üzvü seçildi.

30 noyabr 2011-ci ildə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının Bakıda keçirilən, Daşqın Gülməmmədov sədrlik etdiyi sessiyasında Gürcüstan Türkləri Konfederasiyasının "Yaşıl-Qırmızı-Aypara-beşguşəli ulduzlu" bayrağını təsdiq olundu.

Qarapapak Türklərinin Milli bayrağı

Məhz həmin sessiyada D.Gülməmmədovun təşəbbüsü ilə "Yaşıl-Qırmızı-Aypara-beşguşəli ulduzlu" bayrağın eyni zamanda Qarapapaq türklərinin milli bayrağı kimi tanınması barədə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurası qərar qəbul etdi. 8 dekabr 2011-ci ildə D.Gülməmmədovun təşkilatçılığı ilə Suriyanın Hələb şəhərində Suriya Qarapapapq Türkləri Məclisi çağrıldı. Məclisdə D.Gülməmmədovun Suriyada yaşayan Qarapapaq türklərinə ünvanladığı müraciətində Qarapapaq türklərini birləşməyə və Bəşər Əsəd rejiminin demokratik yolla hakimiyyətdən kənarlaşdırılmasında birbaşa iştirak etməyə çağırdı. Həmin Məclisdə Suriya Qarapapaq Türklərinin Milli İttifaqı təsis edildi.

14 dekabr 2011-ci ildə Daşqın Gülməmmədov 2002-ci ilin 24 noyabr tarixindən tutduğu Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Prezidenti vəzifəsindən istefa verdi.

Hazırda (2 noyabr 2011-ci il tarixdən) Gürcüstan Türkləri Konfederasiyasının Prezidentidir.

Daşqın Gülməmmədov 2001-ci ildən Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası İdarə Heyətinin, 2002-ci ildənGürcüstan Azərbaycanlılarının Milli Assambleyası Ali Məclisinin, 2 noyabr 2011-ci il tarixdən Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının üzvüdür. 21 noyabr 2011-ci il tarixdən isə həmçinin Rusiya Qarapapaq Tükləri Milli Şurasının Fəxri üzvüdür. Gürcüstan Azad Jurnalistlət Assosiasiyasının və "Yeni Nəsil" Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Jurnalistika fəaliyyəti

D.Gülməmmədovun jurnalistika fəliyyəti 1994-cü ildən başlayır. Siyasi, beynəlxalq münasibətlər, konfliktologiya, etnopolitologiya və digər mövzulara aid məqalələri Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və beynəlxalq mətbuatda dərc olunmaqdadır.

İlk məqaləsi 17 noyabr 1994-cü ildə Bakıda nəşr olunan "Zaman" qəzetində dərc olunmuşdur. 1996-cı ildə "Naxçıvan" qəzeti ilə əməkdaşlıq etmişdir.

1997–2002-ci illərdə D.Gülməmmədovun əsasən siyasi, beynəlxalq münasibətlər və konfliktologiya mövzulu məqalələri Azərbaycanın "Azadlıq", "Yeni Azərbaycan", "Müxalifət", "Cümhuriyyət", "Ekspress", "525-ci qəzet", "Xural", "Ulus" və digər qəzetlərində, "Qanun" jurnalında dərc edilmişdir.

2001–2004-cü illərdə D.Gülməmmədovun məqalələri Gürcüstanda gürcü dilində nəşr edilən "Tribuna", "Georgian Times" və "Axali Epoka" qəzetlərində, Azərbaycan dilində nəşr edilən "Gürcüstan" qəzeti, "Əhli-Beyt" jurnalında nəşr edilmişdir.

2001-ci ilin avqustunda Gürcüstanda yaşayan azərbaycanlı jurnalistləri birləşdirmək üçün D.Gülməmmədovun təşəbbüsü ilə Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası yaradılmışdır. D.Gülməmmədov 2001–2005-ci illərdə AGJF Sədri olmuşdur. 2006-ci ilin martında D.Gülməmmədovun təşəbbüsü ilə nəşri 1920-ci ildə dayandırılmış "Hümmət" qəzetinin nəşri bərpa olunmuşdur.

2006-cı ilin 05 iyununda isə D.Gülməmmədov Bakıda "Azərbaycan Yolu" , "Yeni Düçüncə" , tarixdə isə "Gəncə Xəbərləri" , "Borçali Xəbərləri" və "Realnıy Kavkaz" qəzetlərinin əsasını qoymuşdur. 5 iyun 2006–2008-ci illərdə "Azərbaycan Yolu" qəzetinin Baş redaktoru olmuşdur.

Bədii yaradıcılığı

Daşqın Gülməmmədov ədəbi yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. İlk əsərləri sevgi və dünyəvi mənsur şeirləri olub. 1997-ci ildən isə şeirlər yazmağa başlayıb. İlk hekayəsini 1996-cı ildə qələmə alıb. Yaradıcılığında rübailər xüsusi yer tutur. 1600-dən çox rübainin müəllifidir. Əsərləri Azərbaycan, Kanada və digər ölkələrin mətbuatında dərc edilir.

İstinadlar

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.