Daşmərdan

Daşmərdan palçıq vulkanıÇeyildağ qəsəbəsindən 15 km cənub-qərbdə, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir.[1]

Daşmərdan palçıq vulkanı
Ümumi məlumatlar
Növü palçıq vulkanı
İlk püskürmə 1866
Son püskürmə 12 may 2011
Yerləşməsi
Ölkə  Azərbaycan

Haqqında

Qobustan rayonunda, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir. Nisbi hündürlüyü 390 m və dik cənub yamaclı yastı konus şəklində iri yüksəklikdir(512m). Krater sahəsinin ölçüsü 500*400 m təşkil edir, krater bəndinin hündürlüyü6-9m-ə çatır. Vulkan eyniadlı pilosen strukturu ilə əlaqədar olub, onun uzununa pozulma ilə mürəkkəbləşən tağ hissəsində yerləşir. Brekçiyanın sahəsi 3191ha, qalınlığı - 72 km təşkil edir.[2] İlk dəfə 1866-cı il 11 avqust tarixində püskürüb. Daha sonra 1976, 2011-ci illərdə püskürüb. Daşmərdan palçıq vulkanının 2011-ci il 12 may tariixində güclü püskürməsi zamanı vulkan brekçiyası krater sahəsini 10 m-dən çox hündürlükdə krater bəndinin yamaclarını örtüb və erupsiya mərkəzindən şimal istiqamətə axıb. 1.0-1.5 m dərinlikdə qısa çatlar əmələ gəlib.

Həmçinin bax

İstinadlar

  1. "Dünya palçıq vulkanlarının atlası (2015)". səh: 52. 2024-03-13 tarixində arxivləşdirilib.
  2. "Daşmərdan vulkanı". 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.