Daşlıyataq
Daşlıyataq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Daşlıyataq | |
---|---|
41°18′ şm. e. 48°44′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şabran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Daşlıyataq Dəvəçi rayonunun Beynəlmiləl inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmışdə qoyun yatağı olmuşdur. Oykonim yatağın daşlıq ərazidə yerləşdiyini bildirir. Sonralar yaranmış yaşayış məntəqəsi yatağın adı ilə adlandırılmışdır[1].
Əhalisi
Kəndin əhalisi əsasən 19-cu əsrdə Quba rayonunun İsnov kəndindən əkinçiliklə məşğul olmaq üçün gələn və sonradan həmin ərazidə məskunlaşaraq yaşamağa başlamış camaatdan ibarətdir. 1989-cu ildə Daşlıyataq kəndində 20 ailə-təsərrüfat olmuşdur. Həmin il kəndə Orta Asiya Respublikalarından məcburi formada çıxarılan məshəti türklərindən ibarət təxminən 20-yə qədər ailə köçüb gəlmişdir.
İstinadlar
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.