Daşkənd
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir.
Daşkənd | |||||
---|---|---|---|---|---|
Тошкент | |||||
|
|||||
41°18′40″ şm. e. 69°16′47″ ş. u. | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
İlk məlumat | II əsr | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 455 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 100000 | ||||
Nəqliyyat kodu | 01—09, (10, 30 — старые) | ||||
Digər | |||||
tashkent.uz | |||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür.
Adı
Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir. Qədim mənbələrdə Çaç, Şaş, Caç, Şaşkənd adlarına rast gəlinir. Çaç müasir Daşkəndin ən qədim adıdır.[3] Dillərində ç səsi olmadığına görə ərəblər onu Şaş şəklində yazmışlar.[3] Şaşkənd sonralar Daşkəndə çevrilmişdir.[3] Maraqlıdır ki, şəhərin adını Çin qaynaqları Çö-Çi, Çö-Şi, yaxud sadəcə Şi şəklində transkripsiya etmişlər ki, bu da çincə daş deməkdir.[3] Firdovsi öz "Şahnamə"sində şəhəri Çaç adlandırır. XVI əsrdən başlayaraq şəhər indiki adı ilə adlanmağa başlamışdır. "Daşkənd" sözü "daş" və türk dillərində şəhər mənasını verən "kənd" sözlərinin birləşməsindən yaranmışdır.
Tarix
Daşkənd həmişə bölgənin əsas beynəlxalq nəqliyyat mərkəzi olub. 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub. Şəhərdə daha çox sovet dövründə tikilən mədəniyyət və muzey mərkəzlərinə rast gəlmək mümkündür.
Qədim şəhərin bəzi qədim binaları şəhərin qərb hissəsində yerləşir. Maraqlı binalardan biri, XVI əsrdə inşa olunmuş Kukeldaş Mədrəsəsidir. Bu tikili Kaffali Şaş movzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Burada yerləşən Qəst-İmam tikilisinə qeyri-müsəlmanların girişi qadağandır, digər ziyarətçilər isə bura giriş üçün əvvəlcədən icazə almalıdırlar.
Qardaş şəhərlər
- Tunis, Tunis (1961)
- Hindistan, Patiala (1961)
- Pakistan, Kəraçi (1961)
- Liviya, Tripoli (1962)
- Mərakeş, Mərakeş (1963)
- Yuqoslaviya, Skopye (1963) 1993-dən Şimali Makedoniya[4]
- ABŞ, Sietl (1973)
- Rusiya, Moskva
- Türkiyə, Ankara (2004)
- Türkiyə, İstanbul
- Ukrayna, Dnipro
- Ukrayna, Kiyev
- Qazaxıstan, Astana
- Qazaxıstan, Almatı
- Latviya, Riqa[5]
- ÇXR, Pekin (2008)
- Almaniya, Berlin (1993)
- Misir, Qahirə
- Qırğızıstan, Bişkek[6][7]
İstinadlar
- archINFORM (alm.). 1994.
- https://citypopulation.de/en/uzbekistan/admin/UZ26__toshkent_shahri/.
- «Türkologiya» jurnalı, (3-4), Bakı, «Elm», 2008, s. 90-96 :MAHMUD KAŞĞARİ VƏ TARİXİ ONOMASTİKA MƏSƏLƏLƏRİ Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine
- Официальное обозначение с 1993 года, используемое в ООН по настоянию Греции — Бывшая Югославская Республика Македония
- "Карамель «Лайма». Сделано в Ташкенте". 2008-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
- "Города-побратимы городам Центральной Азии и Кавказа". 2013-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
- Энциклопедия Ташкент 2-е издание 1984 года Редактор: С. К. Зиядуллаев Издатель: Гл. Ред. Узбекской Советской Энциклопедии