Daşkörpü (Skopye)
Daşkörpü — Fateh körpüsü və ya Fateh Sultan Mehmet körpüsü Vardar çayı üzərində, Skopye şəhər mərkəzində yerləşən tarixi Osmanlı körpüsü. Skopyenin rəmzlərindən biri hesab olunur.
Daşkörpü | |
---|---|
41°59′49″ şm. e. 21°25′59″ ş. u. | |
Ölkə | Şimali Makedoniya |
Şəhər | Skopye |
Aidiyyatı | Osmanlı imperiyası |
Sifarişçi | II Mehmed |
Tikilmə tarixi | 1451-1469 |
Üslubu | Osmanlı memarlığı |
Uzunluğu |
|
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Memarlıq
Körpü qatı daşdan ibarət olan bloklardan və 12 ədəd yarım yay kəmərə bağlanan sabit, qatı sütunlardan ibarətdir. Tikinti, 214 metr uzunluğa və 6 metr genişliyə malikdir. Körpünün ortasında olan kitabə hissəsi yenidən tikilmişdir.
1451-1469-ci illərdə II Mehmetin himayəsi və nəzarəti altında inşa edilmişdir.
Bəzi qaynaqlara görə körpü Memar Sinan tərəfindən inşa edildiyi deyilməkdədir. 13 kəmər gözü yəni 12 kəməri olan körpünün kəmər Açılış isə mərkəzə doğru genişlənməkdə və yüksəlməkdədir. Körpünün ümumi uzunluğu 220 metrdir. Kəmər Açılış baxımından ən kiçik açıqlıq 4,05 metr ən böyük açıqlıq isə 13,48 metrdir.
Tarixi
1451-1469-ci illərdə Fateh Sultan Mehmetinn hakimiyyəti döründə inşa edilən körpü tarixdə bir neçə dəfə ziyan görmüş və təmir edilmişdir. 1555-ci ildəki böyük zəlzələdə ziyan gördüyünə dair tarixi dəlillər olduğu deyilmişdir. Bu zəlzələdə körpünün 4 sütunu ağır ziyan yaşamışdır.
II Dünya müharibəsi dövründə, 1944-cü ildə faşistlər tərəfindən körpüyə partlayıcı yerləşdirilmişdir. Skopyenin xilas olmasıyla, partlayıcılar sökülmüşdür.
1689-cu ildə bu körpüdə Kumanova hökümdarı Karpoş adlı birinin asıldığı iddia edilmişdir.
Şəkillər
- Osmanlı dövrü sonlarında körpü (1909)
- Körpü və çevrəsinin 1920-ci ildəki vəziyyəti
- Körpünün ortasında yerləşən kitabə hissəsi Osmanlı dönəmindəki orijinal halını qismən qorumaqdadır.
- 2000-ci ilin başlanğıcında körpü və yaxın çevrəsi