Daşdəmir Paşayev
Daşdəmir Paşayev (azərb. Paşayev Daşdəmir Əlizaman oğlu; 1982, Bakı – 8 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, İkinci Qarabağ müharibəsi şəhidi[1]
Daşdəmir Paşayev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | "Canavar" |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Füzuli rayonu |
Vəfat səbəbi | şəhid olub |
Dəfn yeri | İkinci Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Mayor |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1988–1996-cı illərdə 250 saylı orta məktəbdə təhsil alıb.
1996–1999-cu illərdə Cəmşid Naxcivanski hərbi liseydə oxuyub. 1999–2003-cü illərdə Ali Baş Komandalıq Akademiyasında təhsil alıb.
Ailəsi
Ailə idi. Dörd övladı yadigar qalıb.
Hərbi xidməti
2003-cü ildə leytenant hərbi rütbəsində xidmətə başlamışdır. İsveçrə 6 ay kurs keçib. Kursdan sonra Xüsusi Təyinatlı kəşfiyyatçı dərəcəsini alıb. Azərbaycan Xüsusi Təyinatlıları Qüvvələrində xidmətə başlamışdır. Ali vəziyyəti əlaqədar olaraq Baş-leytenant rütbəsində ehtiyata buraxılmışdır.
Fəaliyyəti
Əmək fəaliyyəti
ANS kanalında rəis müavini köməkçisi, Bakıda Ərəb səfirliyində, Bakı Metropolitenində yol xidmətində, Türkiyə Respublikasında, müxtəlif iş yerlərində və sonra maşın ustası kimi çalışmışdır.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenant kimi Daşdəmir Paşayev 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə könüllü iştirak etmişdir. Mayor rütbəsində könüllülər üzərində komandir vəzifəsinə təyin olunmuşdur. Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. 8 noyabr 2020-ci ildə Şuşada həlak olmuşdur.[2]
9 noyabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Təltifləri
- (15.12.2020) — Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[3]
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- "Azərbaycan İkinci Qarabağ Müharibəsində şəhid olmuş 2823 hərbi qulluqçusunun adını açıqlayıb". 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- "Şuşaya ilk ayaq basan Şəhid Daşdəmir Paşayev". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
- "[[Azərbaycan Respublikası Silahlı Qüvvələri]]nin hərbi qulluqçularının [["Vətən uğrunda" medalı|"Vətən uğrunda" medalı]] ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.