Daşbulaq (Şəmkir)

Daşbulaq (əvvəlki adları: Dağ İrmaşlı; Dağ Daşbulaq) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Daşbulaq kəndi İrmaşlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Daşbulaq kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]

Daşbulaq
40°46′27″ şm. e. 45°48′58″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Daşbulaq xəritədə
Daşbulaq
Daşbulaq

Toponimikası

Kəndin ilk, əsl adı olan Dağ İrmaşlı, kənd ərazisinin irmaşlı tayfasına mənsub olmasından belə adlanmışdı; addakı "Dağ" hissəsi onun yaxınlıqda yerləşən İrmaşlı kəndindən fərqləndirmək üçün qoyulmuşdur və bu kəndin dağlıq ərazidə yerləşdiyini əks etdirirdi. Sonralar kəndin adı yaxınlıqda yerləşən Daşbulaq bulağının adıyla Dağ Daşbulaq və nəhayət sadəcə Daşbulaq olaraq dəyişdirilmişdir.[2]

Tarixi

Tarixi abidələri

Kəndin yaxınlığında İrmaşlı Alban Kilsəsinin qalıqları yerləşir.

Coğrafiyası və iqlimi

Kənd dağ ətəyində, Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

Əhalisi 591 nəfərdir (2009).

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.