Daş yuxular
Daş yuxular — Əkrəm Əylislinin qalmaqallı[1][2][3][4] romanı. Romanın sonunda qeyd olunduğu kimi əsər 2006-cı ilin iyul ayında yazıçı Əylisdə olarkən yazılmağa başlanmış və 2007-ci ilin iyun ayında yazıçı Bakıda olarkən başa çatmışdır. Roman orijinal olaraq Azərbaycan dilində yazılmış sonradan isə "Drujba narodov" (azərb. "Xalqlar dostluğu") jurnalı üçün M.Hüseynzadənin redaktəsi ilə müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmişdir.[5]
Daş yuxular | |
---|---|
rus. Каменные сны | |
Müəllif | Əkrəm Əylisli |
Orijinalın dili | Azərbaycan dili, rus dili |
Orijinalın nəşr ili | 2012 |
Bu hadisədən sonra: Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb.[6] Əkrəm Əylisli Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və Azərbaycan Respublikasının xalq yazıçısı fəxri adından məhrum edilib.[7][8]
Personajlar
- Nuvariş Qarabağlı (aktyor, Saday Sadıqlının yaxın dostu);
- Saday Sadıqlı (məşhur Azərbaycan aktyoru);
- Fərid Fərzani (həkim-cərrah, Saday Sadıqlının əməliyyatı və müalicəsi ilə məşğul olan şəxs);
- Abasəliyev (məşhur psixiatr, Saday Sadıqlının qaynatası);
- Azada xanım (Saday Sadıqlının həyat yoldaşı, həkim Abasəliyevin qızı);
- Böyük Bəy (Xalq Cəbhəsinin rəhbəri);
- Qreta Minasova (teatrda qarderobçu işləyən qadın);
- Şahqacar Armaqanov (əslən Şuşadan olan, Baksovetdə işləyən məmur);
- Mopassan Mirələmov (teatr direktoru);
- Xəlilullah Xəlilov (Uluruh Turanməkan kimi də tanınan şair);
- Culyeta (Nuvariş Qarabağlının sayca 3-cü həyat yoldaşı).
Nəşri
Roman 2012-ci ilin dekabrında Rusiyada nəşr olunan "Drujba narodov" (azərb. "Xalqlar dostluğu") jurnalında çap olunmuşdur.
İctimai rəy
- 31 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri romana etiraz məqsədilə Əkrəm Əylislinin evinin qarşısında icazəsiz aksiyası keçirmişdir. Aksiyada yazıçının ünvanına "Ölkədən cəhənnəm ol!", "Erməni Əkrəm, çıx ölkədən!" kimi şüarlar səsləndirmişdir. Gənclər Əkrəm Əylislinin şəklini yandırmış və onun evinə yumurta atmışlar.[9]
- 1 fevral 2013-cü il tarixində Flora Xəlilzadənin imzası ilə Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində "Siz kimsiniz, Əkrəm Əylisli?" başlıqlı tənqidi yazı çıxmışdır.[10]
- "Mən Əkrəm Əylislinin qalmaqal yaradan “Daş yuxular” romanını oxumamışam. Bu haqda fikir deyə bilmərəm. Amma Əkrəm Əylisli haqqında onu qeyd edim ki, o, nəhəng yazıçıdır"[11] — Azərbaycan Ziyalılar Forumunun üzvü, tanınmış alim Rafiq Əliyev.
- "Mənə elə gəldi ki, romanı o yazmayıb. Çünki həddən artıq birtərəflidir." — "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli.
- "Buna münasibət bildirməyə lüzum görmürəm"[12] — Azərbaycan Yazıçılar Birliyinin sədri Anar.
- "...indiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb..." — Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev.
- "Kimsə deyir ki, Əkrəm müəllim Azərbaycanı aşağılayır. Əksinə, o, Azərbaycanı daha da ucaldır."[13] — Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış erməni jurnalist Aleksey Manvelyan.
- "Parlament bu əsəri müzakirəyə çıxarıb. Düşünürəm ki, Azərbaycan xalqının o qədər taleyüklü məsələləri, problemləri var, Milli Məclis o məsələləri həll etməkdənsə, düşüb bir yazıçının üstünə... Yazıçılıq azad düşüncə deməkdir."[14] — şair Rüstəm Behrudi.
İstinadlar
- "Azərbaycanın millət vəkilləri Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" əsərini "daşa tutdular"". 2013-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-04.
- "Azərbaycanın millət vəkilləri Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" əsərinə kəskin etiraz ediblər". 2013-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-04.
- "Qalmaqallı əsər "Baş xəbər" oldu". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-04.
- Əkrəm Əylislinin qalmaqallı əsərinə daha bir fərqli münasibət
- "Əkrəm Əylisli: "Erməni olsaydım, bunu hamı çoxdan bilərdi. Bundan heç də xəcalət çəkməzdim"". 2013-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-04.
- "Əkrəm Əylislinin oğlundan açıqlama" ( (az.)). youtube.com/Kanal13AZ. 2013-02-06. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
- İlham Əliyev. "Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" ( (az.)). president.az. 2013-02-07. 2016-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
- İlham Əliyev. "Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" ( (az.)). president.az. 2013-02-07. 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
- Əkrəm Əylislinin evinə yumurta atdılar, şəklini yandırdılar - FOTO Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine (az.)
- Flora Xəlilzadə. "Siz kimsiniz, Əkrəm Əylisli?" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. "Azərbaycan" qəzeti. 1 fevral 2013-cü il. (az.)
- “Əkrəm Əylisli nəhəng yazıçıdır” - Ziyalılar Forumunun üzvü. Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine (az.)
- Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında qalmaqal böyüyür (az.)
- Aleksey Manvelyanın bloqu: "Daş yuxular" haqqında Arxivləşdirilib 2013-02-15 at the Wayback Machine. bbc.co.uk (az.)
- «Daş yuxular»ı kim, necə yozdu? Arxivləşdirilib 2013-02-10 at the Wayback Machine (az.)
Xarici keçidlər
- "Daş yuxular" romanı. (rus.)
- “Əkrəm Əylislinin qalmaqallı əsərindəki personajların prototipləri - Siyahı. (az.)
- Əkrəm Əylisli Azadlıq radiosunun "Pen klub" proqramının "Daş yuxular"a həsr olunmuş 31.01.2013 buraxılışında (az.)
- İTV efirində Əkrəm Əylisli debatı. (az.)
- "Ziyalılardan Əkrəm Əylisliyə dəstək..." ( (az.)). youtube.com/Azadlıq Radiosu. 2013-02-03. İstifadə tarixi: 2014-11-24.
- "Əkrəm Əylislinin qalmaqallı əsərinin qısa məzmunu" ( (az.)). kulis.az. 2013-01-30. İstifadə tarixi: 2014-11-24.