Daş Zirə

Daş Zirə və ya Daş adası[1]Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada.

Daş Zirə
Ümumi məlumatlar
Sahəsi 0.1 km²
Uzunluğu 0,7 km
Eni 0,1 km
Əhalisi 0 nəfər (2013-cü il)
Yerləşməsi
40°17′27″ şm. e. 49°58′40″ ş. u.
Ölkə  Azərbaycan
Arxipelaq
Akvatoriya
Daş Zirə xəritədə
Daş Zirə
Daş Zirə
Daş Zirə (Azərbaycan)
Daş Zirə
Daş Zirə


Tarixi

1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir.

Flora-Faunası

Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu). Sularında nərəkimilərlə zəngindir. Ekoloji vəziyyət neft cirklənməsilə əlaqədar gərgindir.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.