Daş Salahlı mağarası
Məzmun
Qazax rayonunun Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Hündürlüyü 35 metr, uzunluğu 17 metr, eni 10 metr, sahəsi 170 kv. metrdir. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən Paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb. Heyvan sümüklərinin əksəriyyəti parçalanıb yandırılmışdır. Daş məmulatı əsasən çaxmaqdaşı və obsidiandan (Dəvəgözü) hazırlanıb. Alətərin çoxu itiuclular və qaşovlardır. Nukleus, bıçaq və gəzli alətlər nisbətən azdır. Daş alətlərin hazırlanma texnikası, forması və müqayisəsinə görə Mustye dövrünə aid edilir. Daş Salahlı mağarasının daş məmulatı Tağlar mağarasınınkılarla eyni dövrə (Son Mustye) aid edilir.
Mənbə
- Azərbaycan tarixi (7 cilddə). I cild. Bakı: Elm, 1998.
- Mansurov, M. Daşsalahlı mağarası //Mədəniyyət.- 2014.- 18 iyun.- S. 15.
İstinadlar
- Mənsur Mansurov. "Daşsalahlı mağarası". anl.az. Mədəniyyət. 18 iyun 2014. 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
Həmçinin bax
Azığ mağarası