Daş, qayçı, kağız
Daş, qayçı, kağız dünyanın bir çox ölkəsində tanınan iki nəfərlik və üç haldan birinin seçilməsi ilə oynanılan əl oyunudur. Oyun Çində icad olunub. Daş qayçını, qayçı kağızı, kağız da daşa qalib gələr. Oyunçular eyni halı eyni vaxtda seçsələr, oyun heç-heçə qurtarır.
Daş, qayçı, kağız | |
---|---|
Oyunçular |
|
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun qaydaları
Oyunçular birlikdə yumruqlarını silkələyərək ucadan "Daş, qayçı, kağız", yaxud "Bir, iki, üç" deyirlər və hər bir oyunçu eyni vaxtda üç haldan biri "daşdan, qayçıdan, kağızdan biri" seçilir. Seçilən hallara baxılaraq kimin udub-udmadığı məlum olur. Oyunun ilk saniyələrində qazanmaq üçün kağızdan başlamaq kifayətdir. İnsanlar ümumiyyətlə daşdan başlayırlar, çünki bu, əlin ala biləcəyi ən asan formadır.
- Daş - əl yumruq şəklində olur.
- Qayçı - Əlin şəhadət barmağı ilə orta barmağından başqa bütün barmaqlar ovucun içərisinə yığılır və şəhadət barmağı ilə orta barmaq bir-birindən ayrılmış halda olur.
- Kağız - Əl tamamilə açılır və barmaqlar bir-birinə yapışmış halda olur.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.